Krampak (film, 2000)
Krampak Krámpack | |
---|---|
isp. Krámpack | |
Janr |
komediya, dram |
Rejissor | Sesk Qay |
Baş rollarda |
Fernando Ramallo Xordi Vilçes |
Operator | Rodriqo Prieto |
Bəstəkar | Alberto İqlesias |
İlk baxış tarixi | 2000 |
Filmin növü | Bədii film |
Müddət | 91 dəq. |
Büdcə | 18 mln $ |
Ölkə | İspaniya |
Dil | İspanca |
İl | 2000 |
Rəng | rəngli |
Çəkiliş yeri | Barselona |
IMDb | ID0250478 |
Krampak (isp. Krámpack) — İspan filmi. Xordi Sançesin pyesası əsasında, rejissor Sesk Qayın filmi. 2009-cu ildə ekranizasiya olmuşdur. Film Niko və Dani adlı iki yeniyetmə oğlanın böyüməsi tarixçəsi haqqındadır.
Məzmun
[redaktə | mənbəni redaktə et]Niko onun ən yaxın dostu Dani ilə birlikdə yay tətillərini keçirmək üçün İspaniyanın cənubuna qəlir. 17 yaşında oğlanlar bütün günlərini çimərlikdə, barda, saysız-hesabsız seks haqqında söhbətləri ilə keçirirlər. Niko yerli gözəl qız Yelena ilə əlaqə qurmağa çalışır. Onun dostu Dani isə, deyəsən, qızlarla maraqlanmır. Dani anlayır ki, o Nikoya vurulub. Amma o narahatdır ki, dostu ona qarşılıqlı sevgi hissləri oyatmır. Depressiv halda şəhərdə gəzərkən, Dani təsadüfən ərəfədə tanış olduğu kişi ilə görüşür. Nahardan və yelkənli gəmi ilə gəzintidən sonra Dani ona sekslə məşğul olmağı təklif edir. Amma sonradan bundan vaz keçərək qaçıb Nikonun yanına gəlir. Tətillər sona çatır və Niko öz evinə, Barselonaya gedir...
Rollarda
[redaktə | mənbəni redaktə et]- Fernando Ramallo — Dani
- Xordi Vilçes — Niko
- Marieta Orosko — Yelena
- Ester Naibola — Berta
Mükafatlar və namizədlər
[redaktə | mənbəni redaktə et]- 2000 — Kann kinofestivalı
- 2000 — Çikaqo kinofestivalı
- FİPRESSİ mükafatı
- 2000 — Stokholm kinofestivalı
- 2001 — «Qoya»
- Əsas kişi rolu üçün verilmiş nominasiya (Xordi Vilçes)
- Ən yaxşı rejissor işinə görə nominasiya
- Ən yaxşı adaptasiya edilmiş ssenari üzrə nominasiya
Maraqlı faktlar
[redaktə | mənbəni redaktə et]- «krampak» sözü ispaniyalı homoseksuallar arasında birqə masturbasiyaya deyilir.
- amerika ekranlarında film neytral ad ilə Niko və Dani adı ilə çıxmışdı.