25°25′03″ şm. e. 51°30′27″ ş. u.HGYO

Lusail

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Lusail
لوسيل
25°25′03″ şm. e. 51°30′27″ ş. u.HGYO
Ölkə
Tarixi və coğrafiyası
Sahəsi
  • 35 km²
Digər
lusail.com
Xəritəni göstər/gizlə
Lusail xəritədə
Lusail
Lusail
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Luseyl (ərəb. لوسيلLūsayl) – Qətərin ikinci ən böyük şəhəri. Əd-Dəayin bələdiyyəsinin şimalında, Doha şəhər mərkəzindən 23 km şimalda, Qərb sahili laqununun şimalında yerləşir. Şəhərin sahəsi 38 km², əhalisi isə 198.000 təşkil edir. Şəhərdə yaxta limanları, yaşayış binaları, ticarət bölgələri, ada kurortları, bahalı ticarət və əyləncə mərkəzləri, qolf meydançaları, süni adalar, əyləncə bölgələri yerləşir. Tikinti işləri davam etməkdədir. Şəhərin tikintisində Qatari DiarParsons şirkətləri iştirak edir.

Şəhərdə tikilmiş Luseyl Stadionunun tutumu 80.000+ nəfərdir və 2022-ci ildə Futbol üzrə Dünya çempionatının açılış və final oyunlarına ev sahibliyi edəcək.[1] 2015-ci ildə Luseyl İdman Arenasında Həndbol üzrə Dünya çempionatının bəzi oyunları baş tutmuşdur.

  1. Brandon Griggs. "2022 World Cup city rises in the desert". CNN. 19 August 2014. 12 July 2015 tarixində arxivləşdirilib. İstifadə tarixi: 13 oktyabr 2017.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]