Mübariz Qurbanlı
Mübariz Qurbanlı | |
---|---|
21 iyul 2014 – 14 fevral 2024 | |
(i. e. 14–16 fevral 2024) | |
Əvvəlki | Elşad İskəndərov |
Sonrakı | Səyyad Aran (i. e.) Ramin Məmmədov |
1995 – 2014; 2024 - | |
1994 – 1999 | |
Həmsədr | Vaqif Kərimov |
Əvvəlki | vəzifə təsis edildi |
Sonrakı | vəzifə ləğv edildi |
Şəxsi məlumatlar | |
Doğum tarixi | 7 yanvar 1954 (70 yaş) |
Doğum yeri | |
Partiya |
|
Təhsili | |
Fəaliyyəti | siyasətçi |
Dini | islam |
Elmi fəaliyyəti | |
Elmi dərəcəsi | |
|
|
Təltifləri | |
Vikianbarda əlaqəli mediafayllar |
Mübariz Qəhrəman oğlu Qurbanlı (7 yanvar 1954, Mahmudlu, Şamxor rayonu) — Azərbaycan Respublikası Milli Məclisinin I, II, III, IV, VII çağırış deputatı; Azərbaycan Respublikasının Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri (2014–2024).[1]
Həyatı
[redaktə | mənbəni redaktə et]Mübariz Qurbanlı 7 yanvar 1954-cü ildə Şəmkir rayonunun Koltəhnəli kəndində anadan olub.
Azərbaycan Dövlət Universitetinin Tarix fakültəsini fərqlənmə diplomu ilə bitirib. 1978–1982-ci illərdə Şəmkir rayon Koltəhnəli kənd orta məktəbində müəllim işləyib. 1982–1985-ci illərdə Bakı Dövlət Universitetinin aspiranturasında əyani təhsil alıb. Aspiranturada təhsilini başa vurduqdan sonra Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində müəllim, baş müəllim, dosent, kafedra müdiri, prorektor vəzifələrində çalışıb.
1995–2010-cu illərdə birinci, ikinci, üçüncü və dördüncü çağırış Azərbaycan Respublikasının Milli Məclisinə deputat seçilib. Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü, Hesablayıcı Komissiyanın sədri olub.
1996–2014-cü illərdə Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının Parlament Məclisində Azərbaycan nümayəndə heyətinin üzvü və komitə sədrinin müavini kimi fəaliyyət göstərib.
Mübariz Qurbanlı 1 oktyabr 1993-cü ildə Azərbaycan Demokratik İstiqlal Partiyasına üzv olmuş və partiyanın həmsədri olmuşdur.[2] Yeni Azərbaycan Partiyası Siyasi Şurasının və İdarə Heyətinin üzvü, partiyanın icra katibinin müavini olmuşdur.
Respublikanın ictimai-siyasi həyatında fəal iştirakına görə Azərbaycan Respublikası Prezidentinin 6 yanvar 2014-cü il tarixli Sərəncamı ilə "Şöhrət" ordeni ilə təltif edilib. Azərbaycan Respublikası Prezidentinin 21 iyul 2014-cü il tarixli Sərəncamı ilə Azərbaycan Respublikasının Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri təyin edilib[1].
Mübariz Qurbanlı tarix üzrə fəlsəfə doktorudur.
27 dekabr 2018-ci ildən Azərbaycan İlahiyyat İnstitutunun Himayəçilər Şurasının sədridir[3].
Yeni Azərbaycan Partiyasının VII qurultayında (5 mart 2021-ci il) YAP İdarə Heyətinin üzvü seçilib.[4]
2024-cü ildə 1 sentyabrda keçirilən Azərbaycan parlament seçkilərində 101 saylı Samux-Şəmkir seçki dairəsindən qalib gəldi. Rəsmi olaraq Azərbaycan Milli Məclisinin VII çağırış deputatı seçildi, ilk iclası 23 sentyabr 2024-cü ildə keçirildi[5][6].
Çoxsaylı elmi, elmi-publisistik, nəzəri, politoloji məqalələrin və bir neçə kitabın müəllifidir.
Ailəlidir, iki övladı var.
Mükafatları
[redaktə | mənbəni redaktə et]- 6 yanvar 2014 — "Şöhrət" ordeni[7].
- 7 yanvar 2024 — 2-ci dərəcəli "Vətənə xidmətə görə" ordeni[8] .
İstinadlar
[redaktə | mənbəni redaktə et]- ↑ 1 2 M. Q. Qurbanlının Azərbaycan Respublikasının Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri təyin edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı. Arxivləşdirilib 2019-04-03 at the Wayback Machine president.az (az.)
- ↑ Гурбанлы Мүбариз Гәһрәман оғлу // Азәрбајҹанда ким кимдир? (Сорғу-мәлумат китабы). Тәртибчи-мүәллифләр: Тејмур Әһмәдов, Тарыјел Ҹаһанҝир. Бакы: "Азәрбајҹан Енсиклопедијасы" НПБ. 1999. С. 127. ISBN 5-89600-253-x.
- ↑ [1] Arxivləşdirilib 2020-08-04 at the Wayback MachineAzərbaycan İlahiyyat İnstitutununHimayəçilər Şurasının tərkibi təsdiq edilib. scwra.gov.az, 27. dekabr 2018 (az.)
- ↑ "Arxivlənmiş surət". 2021-02-10 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-03-11.
- ↑ "Yeni, yoxsa köhnə parlament? Nə dəyişdi? – Hafiz Həsənov saat 17:00-da Çətin sualda". turan.az (az.). 2024-09-23. 2024-09-25 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-10-15.
- ↑ "İlham Əliyev yeddinci çağırış Azərbaycan Respublikası Milli Məclisinin ilk iclasında iştirak edib » Azərbaycan Prezidentinin Rəsmi internet səhifəsi". president.az (az.). 2024-10-08 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-10-15.
- ↑ "M. Q. Qurbanlının "Şöhrət" ordeni ilə təltif edilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin 6 yanvar 2014-cü il tarixli, 211 nömrəli Sərəncamı. Arxivləşdirilib 2017-11-08 at the Wayback Machine president.az (az.)
- ↑ "M.Q.Qurbanlının 2-ci dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı » Azərbaycan Prezidentinin Rəsmi internet səhifəsi". president.az (az.). 2024-01-07 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-01-07.
- 7 yanvarda doğulanlar
- 1954-cü ildə doğulanlar
- Yaşayan insanlar
- Şəmkir rayonunda doğulanlar
- Azərbaycan Milli İstiqlal Partiyasının üzvləri
- Azərbaycan Demokratik İstiqlal Partiyasının üzvləri
- Yeni Azərbaycan Partiyasının üzvləri
- Bakı Dövlət Universitetinin məzunları
- "Şöhrət" ordeni ilə təltif edilənlər
- 2-ci dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə təltif edilənlər
- Əlifba sırasına görə vəzifəli şəxslər
- Azərbaycan siyasətçiləri
- Azərbaycan Milli Məclisinin I çağırış deputatları
- Azərbaycan Milli Məclisinin II çağırış deputatları
- Azərbaycan Milli Məclisinin III çağırış deputatları
- Azərbaycan Milli Məclisinin IV çağırış deputatları
- Tarix üzrə fəlsəfə doktorları
- Azərbaycan Demokratik İstiqlal Partiyasının sədrləri
- Yeni Azərbaycan Partiyası İdarə Heyətinin üzvləri
- Yeni Azərbaycan Partiyası Siyasi Şurasının üzvləri
- Azərbaycan Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədrləri