Məmməd Aslan

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Məmməd Aslan
Məmməd Muxtar oğlu Aslanov
Doğum tarixi 24 dekabr 1939(1939-12-24)
Doğum yeri
Vəfat tarixi 23 sentyabr 2015(2015-09-23) (76 yaşında)
Vəfat yeri
Dəfn yeri
Milliyyəti azərbaycanlı
Atası Muxtar
Anası Xədicə
Təhsili
Fəaliyyəti tərcüməçi
Fəaliyyət illəri –2015
Mükafatları "Şöhrət" ordeni
Azərbaycan Respublikasının əməkdar mədəniyyət işçisi
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Aslanov Məmməd Muxtar oğlu (24 dekabr 1939, Laçın, Kəlbəcər rayonu23 sentyabr 2015, Zaqatala) — Azərbaycan şairi, tərcüməçi, Azərbaycan Yazıçılar Birliyinin üzvü (1981-ci il), Azərbaycan Respublikasının Əməkdar Mədəniyyət İşçisi.

Məmməd Aslan 1939-cu il dekabrın 24-də Azərbaycanın Kəlbəcər rayonunun Laçın kəndində ziyalı ailəsində anadan olmuşdur. Klassik ədəbiyyata dərin bələd olan atasının gözəl şeir demək təbi olsa da, onları çap etdirməmişdir. Lakin bunlar kiçik yaşlı oğlunda şeirə-sənətə tükənməz həvəs oyatmışdır. Kəlbəcər qəsəbəsində (indi şəhərdir) orta məktəbi bitirdikdən sonra APİ-nin filologiya fakültəsində təhsil almışdır (1957–1962).

Əmək fəaliyyətinə Kəlbəcər rayonundakı Yanşaq, İstisu kənd məktəblərində Azərbaycan dili və ədəbiyyat müəllim kimi başlamışdır[1]. O, Kəlbəcər qəsəbəsində bir müddət müəllimlik etdikdən sonra rayonda nəşr olunan çoxtirajlı "Yenilik" qəzeti redaksiyasında məsul katib işləmişdir. 1970-ci ilin axırlarında Bakıya köçmüş, burada "Ulduz", "Azərbaycan təbiəti" jurnallarında, "Azərbaycan gəncləri", "Ədabiyyat və incəsənət" qəzeti redaksiyalarında çalışmış, "Yazıçı" nəşriyyatında böyük redaktor olmuşdur. Azərbaycan Dövlət Teleşirkətinin, "Ekran-Efir" qəzetinin baş redaktoru olmuşdur.

Yaradıcılığı

[redaktə | mənbəni redaktə et]

Bədii yaradıcılığa 1960-cı ildə "Azərbaycan müəllimi" qəzetində çıxan ilk şeirilə başlamışdır. Dövri mətbuatda müntəzəm çıxış etmişdir. Keçmiş SSRİ xalqları ədəbiyyatından tərcümələrə xüsusi qayğı ilə yanaşır. Zülfiyyənin "Torpağa səcdə", qazax şairi Qədir Murzalıyevin "Bu bağda bülbüllər ötər" (1980) şeirlər məcmuələrini şərikli tərcümə etmişdir.

Bir sıra beynəlxalq və respublika mükafatları laureatıdır. "Şöhrət" ordeni ilə təltif edilmişdir (2000).

Məmməd Aslan 23 sentyabr 2015-ci ildə[2] Zaqatalada vəfat etmişdir. Masazır qəbiristanlığında dəfn olunmuşdur.

  1. Dağ ürəyi (şeirlər). Bakı: Gənclik, 1969, 34 səh.
  2. Böyürtkən böyrü tikan (uşaqlar üçün). Bakı: Gənclik, 1972, 36 səh.
  3. Səhəri kim açır(uşaqlar üçün şeirlər). Bakı: Gənclik, 1972, 36 səh.
  4. Səsimə səs ver (şeirlər). Bakı: Gənclik, 1978, 136 səh.
  5. Bizdən sonra nə qalır (oçerklər, publisistika). Bakı: Gənclik, 1979, 180 səh.
  6. Ürək möhlət verəydi (şeirlər). Bakı: Yazıçı, 1980, 120 səh.
  7. Durnalar lələk salır (hekayələr). Bakı: Gənclik, 1982, 167 səh.
  8. Dəvə niyə gövşəyir (uşaq şeirləri). Bakı: Gənclik, 1980, 81 səh.
  9. Ərzurumun gədiyinə varanda (xatirələr). Bakı: İşıq, 1985, 250 səh.
  10. Ömrün yarı yaşında. Bakı: Yazıçı, 1986, 275 səh.
  11. Saxla izimi dünya. Bakı: İşıq, 1989, 200 səh.
  12. Nur içində nur (şeirlər). Ankara: 1997, 128 səh.
  13. Allahın rəsulu. Bakı: 2001, 327 səh.
  14. Bir sultan yaşardı Sultantəpədə. İstanbul: 2003, 135 səh.

Tərcümələri

[redaktə | mənbəni redaktə et]

(türkcədən)

  1. Türk xalqlar şeirlərindən seçmələr. Bakı: Gənclik, 1980, 176 səh.
  2. Yunus İmrə, Aşıq Veysəl, iki zirvə. Bakı: Yazıçı, 1982, 137 səh.
  • Dəlidağın körpə şairi. "Pioner" jurnalı, № 03, 1981-ci il.
  1. ARB TV. ""Qarabağın məşhur müəllimləri"– Məmməd Aslan" (az.). Youtube.com. 27.11.2020. 2020-12-05 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-11-27.
  2. "Məmməd Aslan dünyasını dəyişdi". 2015-09-24 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2015-09-22.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]