Mərkəz Məmmədov

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Məmmədov Mərkəz
Məmmədov Mərkəz Kərəm oğlu
Doğum tarixi (84 yaş)
Doğum yeri Dəllər, Şəmkir rayonu, Azərbaycan SSR, SSRİ
Vətəndaşlığı SSRİ SSRİ
Azərbaycan Azərbaycan
Milliyyəti azərbaycanlı
Elm sahəsi kimya
Elmi dərəcəsi kimya üzrə elmlər doktoru
Elmi adı professor
İş yeri Neft-Kimya Prosesləri İnstitutu
Tanınmış yetirməsi elmlər namizədlərinin sayı - 5

Məmmədov Mərkəz (tam adı: Mərkəz Kərəm oğlu Məmmədov; 2 fevral 1940, Dəllər, Şamxor rayonu) — kimya üzrə elmlər doktoru, professor.[1]

Mərkəz Kərəm oğlu Məmmədov 2 fevral 1940-cı ildə Azərbaycan Respublikası Şəmkir rayonunun Dəllər qəsəbəsində müəllim ailəsində anadan olmuşdur. O, 1947-ci ildə Dəllər orta məktəbinin birinci sinfinə daxil olmuş və 1957-ci ildə isə həmin məktəbi bitirmişdir.

1957-59-cu illərdə istehsalatda işləmək tələb olunurdu. Ona görə də o, Dəllər 7 illik məktəbində laborant işləmişdir.

1959-cu ildə V.İ.Lenin adına Azərbaycan Pedaqoji İnstitutunun kimya-biologiya fakültəsinə qəbul olunmuş, 1964-cü ildə oranı bitirmişdir.

M. Məmmədov 1964-cü ildə təyinat ilə bitirdiyi Dəllər orta məktəbinə müəllim təyin olunmuş və burada 1967-ci ilə kimi müəllim və tədris işləri üzrə direktor müavini vəzifəsində işləmişdir.

O, 1967-ci ildə Azərbaycan Milli Elmlər Akademiyasının akademik Y.H. Məmmədəliyev adına Neft-Kimya Prosesləri İnstitutunda əyani aspiranturaya daxil olmuşdur. 1973-cü ildə apardığı tədqiqatları yekunlaşdıraraq "Doymuş alifatik aldehidlərin vinilləşmə reaksiyasının tədqiqi və sintez edilmiş məhsulların bəzi çevrilmələri" mövzusunda namizədlik dissertasiyası müdafiə etmiş, elmlər namizədi adı almışdır. 1995-ci ildə M.Məmmədov uzun illər alitsiklik sırası mürəkkəb efirlərin sintezi sahəsində apardığı tədqiqatları "Tsikloolefin karbohidrogenləri və tsiklanonlar əsasında efir və ketoefirlərin alınması, xassə və tətbiq sahələrinin öyrənilməsi" mövzusunda doktorluq dissertasiyası şəklində müdafiə edərək kimya elmləri doktoru alimlik dərəcəsi, 2014-cü ildə professor elmi adı almışdır.

M.Məmmədov 1995-2002-ci illərdə Azərbaycan Prezidenti yanında Ali Attestasiya Komissiyasında kimya elmləri bölməsində Ekspert Komissiyasının üzvü olmuşdur, həmçinin o işlədiyi tədqiqat institutunda baş elmi işçi vəzifəsində çalışmışdır.

2006-cı ildən hal-hazıradək M.Məmmədov Neft-Kimya Prosesləri İnstitutunda "Alitsiklik funksional monomerlər" laboratoriyasının müdiri vəzifəsində çalışır [2]

Ailəlidir. İki qız övladı var

Elmi nailiyyətləri

[redaktə | mənbəni redaktə et]

Mərkəz Məmmədov aspiranturada oxuduğu müddət ərzində alifatik sırası sirkə, propion və yağ turşuları aldehidlərinin asetilenlə vinilləşmə reaksiyasını öyrənmiş və ilk dəfə olaraq sübut etmişdir ki, inisiatorların iştirakı ilə vinilaldehidlər almaq mümkündür. M.Məmmədov rus alimləri Favorski və Şostokovskidən fərqli olaraq asetileni üzvi peroksid radikallarının iştirakı ilə aldehidlərə birləşdirərək müvafiq vinilaldehidlər sintez etmişdir. Tədqiqatları bu istiqamətdə genişləndirərək M.Məmmədov alifatik və alitsiklik ketonların asetilenlə vinilləşməsi reaksiyasını öyrənmiş və nəticədə müvafiq vinilketonlar sintez edərək onların xassələrini və çevrilmələrini ətraflı öyrənmişdir.

Mərkəz Məmmədov aspiranturanı bitirdikdən sonra Neft-Kimya Prosesləri İnstitutunda mühəndis, kiçik, böyük, aparıcı və baş elmi işçi vəzifələrində çalışmışdır.

M.Məmmədov tərəfindən aparılan elmi-tədqiqat işlərindən dihidroditsiklopentadienil asetat ətirli maddə "Ditsilatın" alınması prosesi sənayedə tətbiq olunmuş və onun əsasında Xarkov şəhərində "Effekt" parfumer-kosmetika fabrikində müxtəlif ətirli kompozisiyalar hazırlanmış və istehsalatda tətbiq olunmuşdur. Onlara misal olaraq: "Komfort", "Lesnoy aromat", "Safari", "Roza" adlı ətirləri və odekolonları göstərmək olar. Apardığı elmi tədqiqat işləri əsasən alitsiklik mürəkkəb efirlərin alınması istiqamətində olmuşdur. İlk dəfə olaraq doymuş və doymamış alifatik turşuların karkas quruluşlu olefinlərə birləşməsi reaksiyasını dərindən öyrənmiş, yüzlərlə yeni reaksiyaqabiliyyətli monomerlər-akrilatlar, monotsiklik, bitsiklik, tritsiklik, politsiklik mono- və diefirlər sintez etmiş onların praktiki əhəmiyyəti sahəsində qiymətli tövsiyələr vermişdir.

Mərkəz Məmmədovun apardığı tədqiqat işlərindən ən əhəmiyyətlisi akademik S.C.Mehtiyevin rəhbərliyi altında tsiklopentadienin oliqomerləşməsi reaksiyasıdır. Bu tədqiqatların nəticəsində ion mayeləri əsasında tsiklopentadien tərkibli karbohidrogenlərin oliqomerləşməsi, sooliqmerləşməsi reaksiyası tədqiq olunmuş və bir sıra karbonil tərkibli yeni, xətti oliqomerlər sintez edilərək, onların tətbiq sahələri müəyyənləşdirilmişdir.

Aparılan tədqiqatlar nəticəsində alim sübut etmişdir ki, ilkin maddələr-monokarbon turşuları norbornen karbohidrogenlərinə birləşərkən özü sistemdə katalizator rolu oynayaraq mürəkkəb efirlər əmələ gətirmək qabiliyyətinə malikdirlər. Bu hadisə mürəkkəb efirlərin əmələ gəlməsi sahəsində çox mühüm elmi, həmçinin praktiki əhəmiyyət kəsb edir. Belə ki, tədqiqatların aparılması texnologiyası sadələşir və prosesin iqtisadi səmərəsi, yəni mürəkkəb efirlərin çıxımı 30,0-40,0% artır, ekoloji baxımdan isə əlverişli şərait yaranır.

Görülən tədqiqat işləri nəticəsində M.Məmmədov 200 elmi işin müəllifidir, onlardan 18-i SSRİ və Azərbaycan Respublikasının müəlliflik şəadətnaməsinə və Patentinə layiq görülmüşdür.

Son illərdə radioaktiv süaları keçirtməyən materialların alınması üçün alitsiklik quruluşlu monomerlərin alınması istiqamətində tədqiqatlar aparır və bu sahədə müəyyən müvəffəqiyyətlər əldə etmişdir.

Mərkəz Məmmədov tərəfindən son illərdə tsikloolefin karbohidrogenlərindən Sumqayıt şəhərində istehsal olunan etilenin alınması prosesində yan məhsul olan ditsiklopentadien əsasında yeni bitsiklik və tritsiklik akrilat monomerlərinin sintezinin iqtisadi və ekoloji baxımdan əlverişli üsulunun elmi əsasları işlənib hazırlanmışdır.

M.Məmmədov tərəfindən laboratoriyada sintez olunan birləşmələr xalq təsərrüfatının müxtəlif sahələrində, məsələn: tibbidə, kənd təsərrüfatında məhsuldarlığının artırılması üçün xəstəlik törədən həşaratlara qarşı da sınaqdan keçirilir. Belə birləşmələrdən tsiklik quruluşa malik efirlərdən “Ditsilat” Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin tərkibində olan V.Axundov adına METTPİ-də müvəffəqiyyətlə sınaqdan keçirilmiş və təsdiq olunmuşdur ki, o, xəstəlik yayan ağcaqanadlara qarşı yüksək təsirli insektisid xassəsinə malikdir. Əldə edilən müsbət nəticələr N.C. Namazovun 2007-ci ildə nəşr etdiyi “Tibbi Entomologiya” monoqrafiyasında öz əksini tapmışdır.

Beləliklə, alim tərəfindən laboratoriyadan sənaye miqyasına qədər gətirib çatdırdığı “Ditsilat”dan nəinki ətirlərin hazırlanmasında istifadə etmək, hətta ondan xəstəlik yayan ağcaqanadların çoxalmasının qarşısını da almaq olar.

Məmmədov M.K. uzun illər ətirli maddələr sahəsində apardığı tədqiqat işlərini və əldə etdiyi naliyyətləri ümumiləşdirərək 2006-cı ildə «Ətirli maddələr» monoqrafiyasını Azərbaycan Elmlər Akademiyasının «Elm» nəşriyatında dərc etdirmişdir. Alim şair olmasa da, onun Vətənə, dostluğa, məhəbbətə ürəkdən axıb gələn şerləri Mərkəz Şəmkirli təxəllüsü altında “Adım mənim odum mənim” (1999) şerlər kitabında nəşr olunmuşdur. O, öz ədəbi yaradıcılığını davam etdirərək 450 səhifəlik “Məhəbbət təranələri” adlı şerlər toplusunu 2011-ci ildə nəşr etdirmişdir. 2014-cü ildə onun həmmüəllifliyi ilə "Monomerlərin kimyası və texnologiyası" (Bakı, Elm-2014, 480 s.) kitabı dərc olunmuşdur.

Təltif və mükafatlar

[redaktə | mənbəni redaktə et]
  • D.İ. Mendeleyev adına Ümumittifaq kimya cəmiyyətinin diplomu - 1973;
  • SSR Ali Soveti tərəfindən “Əmək veteranı” medalı - 1989;
  • “Tərəqqi” medalı - 2009;
  • Elmi fəaliyyətindəki naiyyətlərinə görə AMEA-nın Fəxri Fərmanı - 2010.

Əsas elmi əsərlərin adları

[redaktə | mənbəni redaktə et]

Ümumilikdə 250 elmi əsərin, o cümlədən, 19 müəlliflik şəhadətnaməsi və patentin müəllifidir.

  1. Мамедов М.К., Кадырлы В.С. Ибрагимова М.Дж., Исмаилова Дж.Г. Получение бициклогептенил-метилакрилатов на основе дициклопентадиена // Azərbaycan Respublikası Təhsil Nazirliyi Azərbaycan Texniki Universiteti Elmi Əsərlər, 2018, №1, s. 135-140
  2. Мамедов М.К., Махмудова Э.Г., Расулова Р.А., Абдуллаева А.Дж. Синтез трициклических диэфиров на основе моноэфира 8-ацетокситрициклодец-3-ена // Журнал общей химии, 2018, Т. 88, вып. 3, С. 365-368.
  3. Mahmudova E.Q., Qədirli V.S., İbrahimova M.C., Məmmədov M.K., Rəsulova R.A., İsmayılova C.H. Polifunksional politsiklik akrilat monomerlərinin sintezi / Международная научно-практическая конференция «Инновативные перспективы развития нефтепереработки и нефтехимии», посвященная 110-летию акад. В.С. Алиева 9-10 октября 2018 г., С. 20.
  4. Мамедов М.К, Кадырлы В.С. Синтез насыщенных бициклических диэфиров // Журнал Oбщей Xимии, 2017, Т.87, вып. 6, стр. 910-915
  5. Мамедов М.К., Махмудова Э.Г., Расулова Р.А. Cинтез 8-формилокситрицикло [5.2.1.02.6]дец-3-ил(мет)акрилатов// Журнал Органической Химии 2017, том 53, №5, стр. 770-771
  6. Мамедов М.К., Махмудова Э.Г., Курбанова Х.К., Присоединения насыщенных одноосновных кислот к 8-ацетокси- метилтетрациклододец-3-ену / Материалы IX Бакинской Mеждународной Мамедалиевской конференции по нефтехимии, Баку, 2016, c.89
  7. М.К. Мамедов, В.С.Кадырлы. Полимеризация на основе полимеров - карбоксилсодержащихбициклических (мет)акрилатов // Журнал Прикладной Химии 2016, №9,стр. 1201-1204.
  8. М.К. Мамедов, Ф.С. Керимова. Получение бициклических диэфиров шавеловой кислоты // Азерб. Химический Журнал 2016, №2, стр. 63-66.
  9. M.K. Məmmədov, Qədirli V.S., Hacıyev O.Ş. 5-karboksil- və 5-karboksil-5–metilbitsiklo(met)akrilat. Azərbaycan Respublikası, İxtira, İ 2015 0071.
  10. Мамедов М.К., Джафаров Р.П., Махмудова Э.Г. Оптимизация реакции получения диэфира уксусной кислоты трицикло[5.2.1.02,6]дека-3,8-диена // Процессы нефтехимии и нефтепереработки, 2015, 16.3(63), c.281-285
  11. Məmmədov M.K., Qədirli V.S., İsmayılova C.H. Metoksikarbonil-norbornil(met)akrilat monomerlərinin sintezi // Gənc alimlərin əsərləri, № 11, 2015, s. 80-84
  12. Məmmədov M.K., Mahmudova E.Q. Ətirli maddə-tetratsiklododekan-3,8-diolun diasetat efirinin sintezi / H.Əliyevin anadan olmasının 92 illik yubileyinə həsr olunmuş III Beynəlxalq kimya və kimya mühəndisliyi konfransının tezis və məqalələri, Bakı, 2015, s. 270-271
  13. Мамедов М.К., Махмудова Э.Г. Cинтез нового мономера–акрилата трициклодекандиола / Monomerlər və polimerlər kim-yasının müasir problemlərinə həsr olunmuş konfransın materialları, Sumqayıt, SDU, 2015, s.9-10
  14. Məmmədov M.K., Mahmudova E.Q. 8-asetoksitritsiklodes-3-enə akril turşularının birləşdirilməsindən tritsiklik(met)akrilatların sintezi // Gənc alimlərın elmi əsərləri, 2015, № 11, s.95-98
  15. Məmmədov M.K., Mahmudova E.Q. Tritsiklik(met)akrilatların sintezi / Akad. T.N. Şahtaxtinskinin anadan olmasının 90 illik yubileyinə həsr olunmuş respublika elmi konfransının materialları, Bakı, 2015, s.188
  16. М.К. Мамедов, В.С.Кадырлы. Получение новых мономеров-карбоксил содержащихбициклических (мет)акрилатов // Журнал Прикладной Химии 2015, №10,стр. 1516-1518.
  17. М.К. Мамедов, Х.М. Мамедова, В.С.Юсифли. Синтез смешанных диэфиров трицикло[5.2.1.02.6]-дец-3-ен-8-ил насыщенных С15 кислот 1.3- глицерида // Международный научный институт «EDUCATIO» Ежемесячный научный журнал №4(11)/2015, часть 3
  18. İ.M. Quliyeva, M.K. Məmmədov, Ş.R. Bağırova, R.V. Əliyeva. Tərkibində mis saxlayan polimer nanokompozit iştirakı ilə tsikloheksil(met)akrilat və sian(metil)norbornilakrilat monomerlərinin polimerləşməsi // Müasir biologiya və kimyanın aktual problemləri elmi-praktik konfrans. -Gəncə. -2015. - S. 317-320.

Мамедов М.К., Махмудова Э.Г. Cинтез диэфира трициклодекандиола насыщенных одноосновных кислот // Журнал прикладной химии, 2013, т. 83, вып. 4, c. 521-524

  1. Мамедов М.К., Махмудова Э.Г., Гурбанова Х.Г. Cинтез новых мономеров-8-ацетокситетрациклододецил-3-(мет)акрилатов // Kimya problemləri, 2013, №3, s.331-335
  2. Мəmmədov М.К., Mahmudova E.Q., Qurbanova Х.Q. Tetratsiklik akrilat monomerlərinin sintezi / Akademik S.C. Mehdiyevin 100 illik yubileyinə həsr olunmuş respublika elmi-praktiki konfransının materialları, Bakı 2014, I cild, s. 96
  3. Мамедов М.К., Махмудова Э.Г. Синтез на основе трицикло[5.2.1.02.6]дека-3,8-диена гомо-диэфиров насыщенных кислот // Процессы нефтехимии и нефтепереработки, 2014, т.15, №4(60), c.335-338
  4. Мамедов М.К., Махмудова Э.Г., Салманова Ч.К. Синтез 8-ацетокситетрацикло[4.4.12.5.17.10.01.6]додец-3-ена и на его основе диэфиров С1-С5 кислот // Журнал общей химии, 2014, т.84, №9, с.1420-1424
  5. Мамедов М.К., Махмудова Э.Г., Исмаилова Дж.Г. Синтез диэфиров 8-гидроксиметилтетрациклододекан-3-ола // Азер-байджанский химический журнал, 2014, № 3, с.31-36
  6. Мəmmədov М.К., Mahmudova E.Q., Qurbanova Х.Q. Asetoksi- metiltetratsiklododesil(met)akrilatların sintezi // Azərbaycan elmi texniki məktəblərinin xəbərləri, 2014, т.16., №4, s.43-47
  7. М.К. Мамедов, Э.Г. Махмудова, Ч.К. Салманова. Синтез 8-ацетокситетрацикло- [4.4.12.5.17.10.01.6]додец-3-ена и диэфиров C1-C5 кислот на его основе // Журнал Общей Химии. -2014. -Т.84. -№9. -С. 1420-1424.
  8. М.К. Мамедов, И.М. Кулиева, А.Г. Азизов. Синтез моноциклоалкил-, функционально замещенных бициклоалкилакрилатных мономеров и олигомеров // Процессы нефтехимии и нефтепереработки. Баку. -2014. -№2(58). -С. 134-146.
  9. М.К. Мамедов, Э.Г. Махмудова. Синтез cложных диэфиров присоединением насыщенных карбоновых кислот к трициклодеценилформиату // Журнала прикладной химии. -2013. -Т. 86. -№ 4. -С. 563-566.
  10. М.К. Мамедов, Р.П.Джафаров, В.С.Кадырлы. Оптимизация синтеза 5-ацетоксибицикло[2.2.1]гепт-2-ена в присутствии катализатора нано-ТiО2 // Процессы нефтехимии и нефтепереработки. Баку. -2013. -том 14, -№.2. -С. 147-151.
  11. М.К. Мамедов, Г.Н. Мехтиева, Дж.Г. Исмаилова. Синтез смешанных диэфиров этиленгликоля // Процессы нефтехимии и нефтепереработки. Баку. -2014. -Том.15. -№.3. -С. 233-238.
  12. Мамедов М.К., Кадырлы В.С. Синтез октилоксикарбонилбицикло[2.2.1]гепт-2-ил(мет)акрилатов // Журнал Прикладной Химии 2013, Т.86, Вып. 3, С. 441-445.
  13. М.К. Мамедов, В.С. Кадырлы, Дж.Г. Исмаилова. Синтез 5-метил-5-октилоксикарбонилнорборн-2-ил(мет)акрилатов // Журнал Прикладной Химии. -2013. -Т. 86. -Вып. 3. -С. 441-446.
  14. М.К. Мамедов, Х.Г. Гурбанова. Cинтез новых мономеров - 8-ацетокситетрациклододецил-3-(Мeт)акрилатов // Химические проблемы- 2013. -№3. -стр.295-300
  15. М.К. Мамедов, В.С. Кадырлы, Н.Г. Алнагиева. Синтез 5-бутоксибицикло[2.2.1]гепт-2-ил(мет)акрилатов // ЖОРХ. -2012. -Т. 48. -Вып. 6. -С.871-873.
  16. М.К. Мамедов, В.С. Кадырлы , С.А. Велиева, Ф.С. Керимова. Синтез диэфиров присоединением кислот к 5-алкоксикарбонилнорборн-2-ену и их 5-метилзамещенным производным // Журнал Общей Химии 2012. -Т.82. -№4. -С. 573-576.
  17. М.К. Мамедов, Р.А. Расулова, С.А. Велиева. Синтез акрилатов на основе тетрациклододецена и его метилпроизводного // Журнал Прикладной Химии. -2012. -Т. 85. -Вып. 2. -С. 341-344.
  18. Мамедов М.К., Кадырлы В.С., Исмаилова Дж.Г. Синтез 5-карбалкоксинорборн-2-енов из дициклопентадиена и алкилакрилатов в присутствии нано-ТiO2. // Процессы нефтехимии и нефтепере-работки, 2012, № 3(51) стр.233-238.
  19. Мамедов М.К., Кадырлы В.С.,.Исмаилова Дж.Г, Аскерова А.С. Получение 5-бутилоксибицикло[2.2.1]гепт-2-ена конденсацией винилбутилового эфира с циклопентадиеном // Процессы нефте-химии и нефтепереработки, 2011, №3(47), с.178-182
  20. Мамедов М.К., Кадырлы В.С., Керимова Ф.С., Исмаилова Дж.Г. Синтез диэфиров присоединением кислот к ацетокси- и ацетоксиметилбициклогептену // Процессы нефтехимии и нефте-переработки, 2010, 11, 3(43), С. 245-250
  21. М.К. Мамедов, И.М. Кулиева, А.Г. Азизов, Р.В. Алиева. Синтез новых мономеров циан-, метилнорборнил акрилатов // Журнал Прикладной Химии. 2010. -Т. 83. -Вып. 7. -С. 1228-1230.
  22. М.К. Мамедов, А.Г. Азизов , И.М. Кулиева Синтез 2-цианобицикло[2.2.1]гепт-5-ени и акриловых эфиров на его основе // Процессы нефтехимии и нефтепереработки. Баку. -2009. -№3-4(39-40). -С. 244-248.
  23. М.К. Мамедов, Х.Х. Халилова. Способ очистки воды от нефтяных загрязнений // Журнал «Химия и технология воды». -2008. -Т. 30. -№ 3. -С. 339-344.
  24. М.К. Мамедов, Р.А. Расулова, А.Г. Азизов. Синтез эфиров акриловой кислоты на основе бициклогептеновых углеводородов под давлением азота // Азербайджанское нефтяное хозяйство. -2008. -№5. -С. 53-58.
  1. "Arxivlənmiş surət". 2019-09-27 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-09-27.
  2. http://www.ameankpi.org/?page=addread&id=4951[ölü keçid]