MOİK Bakı FK
Bu məqalədəki və ya bölmədəki məlumatlar köhnədir. |
MOİK Bakı FK | |||
---|---|---|---|
Klubun tam adı | Mərkəzi Ordu İdman Klubu | ||
Ölkə | Azərbaycan | ||
Ləqəb(lər) | hərbçilər | ||
Yaranma tarixi | 1961 ) | ||
Stadionu | Bayıl stadionu | ||
Tutumu | 3200 | ||
Prezidenti | Polkovnik-leytenant Mənsur Nəcəfov | ||
Baş məşqçisi | Ramil Əliyev | ||
Liqa | Azərbaycan Birinci Liqası | ||
2022-23 | 8 | ||
| |||
Vikianbarda əlaqəli mediafayllar |
Mərkəzi Ordu İdman Klubu Futbol Klubu və ya qısaca MOİK FK — Azərbaycanın futbol klubu. Azərbaycan I divizionunda çıxış edir.
1991-ci ildə Azərbaycan Respublikası müstəqilliyini bərpa etdikdən sonra Mərkəzi Ordu İdman Klubu Azərbaycan Respublikası Müdafiə Nazirliyinin tərkibinə verilib.[1]
Tarixi
[redaktə | mənbəni redaktə et]OİK (Ordu İdman Klubu) klubu 1961-ci ildə Bakı şəhərində yaradılıb. 1990-cı ilə qədər SSRİ Müdafiə Nazirliyinin himayəsində olub, 1993-cü ildən isə Azərbaycan Müdafiə Nazirliyinin himayəsindədir. SSRİ Futbol Liqasında heç vaxt iştirak etməyən klub SSRİ Kubokunda yalnız 1 dəfə iştirak edib. Klub Azərbaycan SSR Liqasında 4, Azərbaycan SSRİ Kubokunda 8 dəfə qalib olub. 1993-cü ildə Azərbaycan Birinci Liqasında yer alıb. 1995-ci ildə isə ilk dəfə Yüksək dəstədə mübarizə aparıb. 2 dəfə Azərbaycan Birinci Liqasında qalib olmuş klubun Yüksək liqalardakı ən yüksək nəticəsi 2001-ci ildə 7-ci yer olub. 2003/04 mövsümünün startında klub adını dəyişərək Mərkəzi Ordu İdman Klubu (MOİK) adı altında çıxış etməyə başlayıb.
Uğurları
[redaktə | mənbəni redaktə et]- Azərbaycan SSR Liqası:
- Qalib (4) - 1962, 1968, 1970, 1979
- Azərbaycan SSR Kuboku:
- Qalib (8) - 1962, 1963, 1969, 1970, 1973, 1974, 1976, 1978
- Azərbaycan Birinci Liqası:
Azərbaycan Çempionatında və Kubokunda
[redaktə | mənbəni redaktə et]Bu məqalədəki və ya bölmədəki məlumatlar köhnədir. |
Mövsüm | Liqa | Yer | O | Q | H | M | VQ | BQ | Xal | Kubok |
---|---|---|---|---|---|---|---|---|---|---|
1993–94 | 2-ci | 4 | 18 | 14 | 2 | 2 | 39 | 12 | 30 | 1/16 |
1994–95 | 2-ci | 2 | 28 | 22 | 2 | 4 | 68 | 21 | 46 | 1/16 |
1995-96 | 1-ci | 9 | 20 | 5 | 1 | 14 | 16 | 43 | 16 | 1/16 |
1996-97 | 1-ci | 11 | 30 | 7 | 6 | 17 | 26 | 50 | 27 | 1/16 |
1997-98 | 1-ci | 7 | 26 | 12 | 7 | 7 | 39 | 29 | 43 | 1/8 |
1998-99 | 1-ci | 9 | 32 | 8 | 11 | 13 | 28 | 36 | 35 | 1/8 |
1999-00 | 1-ci | 12 | 22 | 3 | 3 | 16 | 11 | 41 | 12 | 1/16 |
2000–01 | 2-ci | 1 | 22 | 16 | 5 | 1 | 67 | 17 | 53 | 1/4 |
2001-02 | 1-ci | 7 | 30 | 12 | 4 | 16 | 30 | 43 | 34 | 1/8 |
2003-04 | 1-ci | 8 | 26 | 7 | 8 | 11 | 25 | 32 | 29 | 1/4 |
2004-05 | 1-ci | 15 | 34 | 7 | 9 | 18 | 24 | 34 | 30 | 1/4 |
2005-06 | 1-ci | 13 | 26 | 2 | 3 | 21 | 13 | 67 | 9 | 1/16 |
2006–07 | 2-ci | 9 | 18 | 4 | 3 | 11 | 22 | 37 | 15 | 1/16 |
2007–08 | 2-ci | 2 | 20 | 13 | 5 | 2 | 31 | 17 | 44 | 1/16 |
2008-09 | 1-ci | 14 | 26 | 1 | 2 | 23 | 12 | 64 | 5 | 1/8 |
2009–10 | 2-ci | 2 | 22 | 15 | 2 | 5 | 48 | 25 | 47 | 1/16 |
2010-11 | 1-ci | 12 | 32 | 4 | 6 | 22 | 14 | 55 | 18 | 1/16 |
2011–12 | 2-ci | 13 | 26 | 7 | 4 | 15 | 34 | 44 | 25 | işt. etməyib |
2012–13 | 2-ci | 5 | 24 | 11 | 6 | 7 | 39 | 28 | 39 | işt. etməyib |
2013–14 | 2-ci | 12 | 30 | 7 | 8 | 15 | 37 | 56 | 29 | 1/16 |
2014–15 | 2-ci | 12 | 30 | 8 | 5 | 17 | 26 | 60 | 29 | 1/8 |
2015–16 | 2-ci | 4 | 26 | 14 | 5 | 7 | 53 | 24 | 47 | 1/16 |
2016–17 | 2-ci | 7 | 13 | 6 | 3 | 4 | 32 | 17 | 21 | 1/16 |
2017-18 | 2-ci | 4 | 1/16 |
Həmçinin bax
[redaktə | mənbəni redaktə et]İstinadlar
[redaktə | mənbəni redaktə et]- ↑ "Mərkəzi Ordu İdman Klubunun uğurları". 2023-07-19 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-07-19.