Mariya Titarenko

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Mariya Titarenko
ukr. Марія Сергіївна Титаренко
Ümumi məlumatlar
Doğum tarixi 27 mart 1918(1918-03-27)
Doğum yeri
Vəfat tarixi 26 sentyabr 2002(2002-09-26) (84 yaşında)
Vəfat yeri
Musiqiçi məlumatları
Fəaliyyəti opera müğənnisi, musiqi pedaqoqu
Janr opera
Səs tembri soprano
Mükafatları "Azərbaycan SSR əməkdar artisti" fəxri adı — 1960

Mariya Sergeyevna Titarenko (27 mart 1918, Sevastopol26 sentyabr 2002, Bakı) — Azərbaycanın opera müğənnisi. Azərbaycan SSR əməkdar artisti (1960).

Yaradıcılığı

[redaktə | mənbəni redaktə et]

Azərbaycan Dövlət Konservatoriyasında təhsil aldığı illərdə M.Titarenko Üzeyir Hacıbəyovun diqqətini cəlb etmiş və dahi bəstəkar ona "Koroğlu" operasında Nigarın partiyasını ifa etməyi təklif etmişdir.

Beləliklə, o, 1943-cü ildən opera teatrında işləməyə başlamış, 1944-cü ildə Koroğlu partiyasının ifaçısı Bülbüllə birlikdə Nigar partiyasını Azərbaycan dilində ifa etmişdir. M. Titarenkonun yaratdığı 35 səhnə obrazından 6-nı: "Koroğlu", "Azad", "Nizami", "Vaqif", "Sevil" operalarındakı obrazları və "Arşin mal alan" operettasının ekran versiyasında Validə Vəzirova ilə birlikdə ifa etdiyi Gülçöhrə obrazını (aktrisa Leyla Bədirbəyli) Azərbaycan dilində səsləndirmişdir. Ekran əsərinin rus variantında obraz yalnız Titarenkonun ifasında səslənmişdir. O, "Faust", "Bohema", "İolanta", "Yevgeni Onegin", "Qar qız", "Maskarad" və s. operalarda aparıcı partiyaları ifa etmişdir.