Marranlar
Naviqasiyaya keç
Axtarışa keç
Marranlar — Orta əsrlərdə İspaniya, habelə Portuqaliyada rəsmi surətdə xristianlığı qəbul etmiş yəhudilər.
Əhalinin digər qruplarından fərqlənirdilər. Ticarət və digər işlərlə məşğul olmaqla yanaşı dövlətdə yüksək vəzifələr də tuturdular. Varlı olduqlarından din xadimləri və feodallar onlara qibtə edirdilər. İnkvizisiya marranları vaxtaşırı xristian dinindən dönməkdə ittiham edib, onları təqiblərə məruz qoyurdu.