Meteoroloji xidmət
Naviqasiyaya keç
Axtarışa keç
Meteoroloji xidmət – iqlimin vəziyyətinin təbii, süni və ya antropogen dəyişməsinə nəzarət xidməti. Respublika Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətinə həvalə olunmuşdur.
Meteoroloji müharibə
[redaktə | mənbəni redaktə et]Düşmənə iqtisadi zərər yetirmək və onun hərbi əməliyyatlarını çətinləşdirmək məqsədilə atmosfer hadisələrinə fəal təsir göstərmək üsullarının məcmusu (yağmurlu rayonların su rejimini dəyişdirmək, daşqınlar, tufan, qasırğa törətmək, yolları keçilməz hala salmaq, azyağmurlu rayonlarda uzun sürən quraqlıq törətmək və s.).