Midas
Naviqasiyaya keç
Axtarışa keç
Midas — E.ə. 738-696-cı illərdə Frigiya çarı.
Yunan əfsanəsinə görə, Midasa, Dionisi tərəfindən toxunduğu hər şeyi qızıla çevirmək qabiliyyəti bəxş edilmişdi. Qədim mifə görə, kobud və özündənrazı Midas Apollon və Pan arasında musiqi yarışmasında qələbəni sonuncuya vermişdi (buradan da "midas məhkəməsi" - "nadan (cahil) məhkəməsi" ifadəsi yaranmışdır); bu əməlinə görə Apollon Midası eşşək qulaqlı etmişdi(buradan isə "Midasın qulaqları" ifadəsi yaranmışdır).
İstinadlar
[redaktə | mənbəni redaktə et]- БСЭ.səh.799.