Misir Kommunist Partiyası

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Misir Kommunist Partiyası

الحزب الشيوعي المصري
Loqonun şəkli
Lideri Saleh Ədli[1]
Quruluş tarixi 1975[2]
Baş qərargah Qahirə, Misir
İdeologiya Kommunizm
Marksizm-Leninizm
Aşağı palatada
0 / 567
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar


Misir Kommunist Partiyası (ərəb. الحزب الشيوعي المصري‎‎; MKP) — Misirdə kommunist partiya.

Misir Kommunist Partiyası Misirin müstəqillik əldə etməsi uğrunda, Yaxın Şərq məsələlərinin həllində separat siyasət əleyhinə fəal çıxış etmişdir. Partiya rəhbərliyi Ənvər Sadat hakimiyyətinin antisovet xəttini qətiyyətlə pisləmişdir. MKP gizli şəraitdə fəaliyyət göstərmişdir. 1980-ci ilin sentyabrında keçirilmiş I qurultayında partiyanın Proqramı və Nizamnaməsi təsdiq olunmuşdur. MKP 1980-ci ilin əvvəlində Misirin hakim dairələrinin xalqa zidd siyasətinə qarşı mübarizə aparmaq üçün nasirçilər, dini və müstəqil müxalifət nümayəndələri ilə birlikdə Misir Vətənpərvər Cəbhəsini (MVC) yaratmışdır. MKP qeyri-leqal "Əl-İntisar" qəzetini nəşr etmişdir.[3]

  1. "Egypt's Secular Forces: Emerging Secular Coalitions and Parties", Guide to Egypt's Transition, Carnegie Endowment for International Peace, 25 November 2012, 29 December 2013 tarixində orijinalından arxivləşdirilib, İstifadə tarixi: 13 December 2013
  2. "A Partial Guide to the Egyptian Political Parties". Connected in Cairo. 15 November 2011. 7 October 2014 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2 October 2014.
  3. Мисир Коммунист Партијасы // Азәрбајҹан Совет Енсиклопедијасы: [10 ҹилддә]. VII ҹилд: МисирПрадо. Бакы: Азәрбајҹан Совет Енсиклопедијасынын Баш Редаксијасы. Баш редактор: Ҹ. Б. Гулијев. 1983. С. 5.

Əlavə ədəbiyyat

[redaktə | mənbəni redaktə et]
  • Арабские страны в 1880-е — начале 1900-х годов. — История Востока. Т. IV. Восток в новое время (конец XVIII — начало XX в.). Кн. 1. М., 2004

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]
  • cp-egypt.com — Misir Kommunist Partiyasının rəsmi saytı