Musa Şəhəvat
Musa Şəhəvat (tam adıː Musa Əbu Məhəmməd; d. VII əsrin II yarısı - ö. 728/729) — Mədinə şəhərində yaşamış Azərbaycan şairi;[1] Azərbaycan şairi İsmayıl ibn Yəsarın qardaşı.[2]
Haqqında
[redaktə | mənbəni redaktə et]Musa Şəhəvat Azərbaycanın erkən orta əsr şairlərindən biridir. Onun həyatı əsasən Mədinə şəhərində keçsə də, əslən Azərbaycandan olduğu üçün tez-tez Təbrizə səfər etmişdir. Mədinə ilə yanaşı Şam şəhərində də yaşamışdır. "Şəhəvat" ləqəbi ilə tanınsa da onun künyəsi Əbu Məhəmməd idi. O İsmayıl ibn Yəsarın qardaşıdır. Orta əsr qaynaqlarında və M. Tərbiyətin “Danişməndani-Azərbaycan” kitabında Musa Şəhəvatdan qısaca bəhs edilir. Filoloq ibn Qüteybənin ( 828-889 ) və məşhur ərəb tarixçisi ət-Təbərinin ( 838-923 ) əsərlərində onun şeirlərindən nümunələr verilmişdir.[1]
İsfahani "Əɬ-Əğani kitabında yazırː
Əhməd ibn Abdüləziz əl-Cövhəridən eşitdim ki, Ömər ibn Şəbbə ona belə demişdirː "Musanın ləqəbi ona görə Şəhəvatdır ki, o, çox şey istəyir və israr edirdi... Başqaları onun Azərbaycan olduğunu qeyd edirlər. O Mədinə şəhərində böyümüşdür. Həmin şəhərə qənd, şəkər gətirərdi.[3] |
İbn Əl-Kələbi onun ləqəbi barədə belə yazırː
Onun "Şəhəvat" adlanmasının səbəbi Yezid ibn Müaviyəyəy yazdığı şeir olmuşdur.[3] |
Həmin şeirdə belə qeyd olunurduː
Sən bizdən deyilsən, dayın da bizdən deyil, Ey şəhvətlər uğrunda namazları tərk edən. |
Onun həyatı ilə bağlı o qədər də geniş məlumat yoxdur. Hicri tarixi ilə 110-cu ildə, miladi təqviminə əsasən 728/729-cu ildə vəfat etmişdir.[4]
Yaradıcılığı
[redaktə | mənbəni redaktə et]Yaradıcılığında sosial satira güclüdür, rüşvətxor qaziləri və zülmkar valiləri, Əməvi xəlifəsi Yəzidi həcv etmişdir. Didaktik şeirlərində yüksək insani keyfiyyətlər tərənnüm olunur. Ərəb dilində yazdığı əsərlərin bir hissəsi dövrümüzədək gəlib çıxmışdır. Lirik şeirlər də yazmışdır.[1]
İstinadlar
[redaktə | mənbəni redaktə et]- ↑ 1 2 3 Azərbaycan klassik ədəbiyyatından seçmələr. 3 cilddə. I cildː VII-XII əsrlər Azərbaycan şeiri. Bakıː Şərq-Qərb, 2005, s. 22
- ↑ Seymur Nəsirov. Ərəb mənbələrində Azərbaycanlı alim və ədiblər. Bakı, 2022, s.90-91
- ↑ 1 2 Seymur Nəsirov. Ərəb mənbələrində Azərbaycanlı alim və ədiblər. Bakı, 2022, s.71
- ↑ Seymur Nəsirov. Ərəb mənbələrində Azərbaycanlı alim və ədiblər. Bakı, 2022, s.89