Nasuh Paşa
Gümülcinəli Kürəkən Nasuh Paşa | |
---|---|
5 avqust 1611 – 17 oktyabr 1614 | |
Əvvəlki | Quyucu Murad Paşa |
Sonrakı | Öküz Mehmed Paşa |
Şəxsi məlumatlar | |
Doğum tarixi | XVI əsr |
Doğum yeri | |
Vəfat tarixi | 17 oktyabr 1614 |
Vəfat yeri | |
Dəfn yeri | Şahqulu Məzarlığı və ya Oxmeydanı |
Fəaliyyəti | siyasətçi |
Həyat yoldaşı |
|
Dini | Sonradan islam |
Gümülcinəli Kürəkən Nasuh Paşa (XVI əsr, Komotini – 17 oktyabr 1614, İstanbul) — I. Əhmədin hakimiyyəti dövründə, 5 avqust 1611 – 17 oktyabr 1614 tarixləri arasında sədrəzəm olmuş Osmanlı dövlət adamı.
Həyatı
[redaktə | mənbəni redaktə et]Dəvşirmə olaraq İstanbula gətirilmiş və Zülüflü Baltaçılar ocağında təhsil almışdır. Saraydan mütəfərrik olaraq çıxmış və Divan-ı Humayun çavuşluğu etmişdir. Oradan Zile voyvodalığına göndərilmiş və sonra İstanbula dönərək qapıçılar kəndxudası və kiçik cilovdar vəzifələrini görmüşdür.[2]
1603'də Hələb hakimliyinə təyin edilmişdir. İran sərdarı olan Cığalızadə Yusif Sənan Paşa onu Hələb hakimliyindən azad etmiş və yerinə Canpoladoğlunu gətirmişdir. Nasuh Paşa buna etiraz etsə də, bu etirazı qəbul edilməmişdir. Özünə vəzirlik rütbəsi verilmiş və Tavil Əhməd adlı Cəlali üsyançısını aradan qaldırmaq ilə vəzifələndirilmişdir, lakin bu üsyançının üstünə getsə də, məğlub olmuş və geri çəkilmişdir. Daha sonra 1606-cı ildə Bağdadı saxta bir fərman ilə ələ keçirən Tavil Əhməd oğlu Məhəmmədin üstünə Bağdadı geri almaq üzrə göndərilmişdir. Bu səfərdə də müvəffəqiyyətsiz qalıb Diyarbəkirə çəkilmək məcburiyyətində qalmışdır. Nasuh Paşa Diyarbəkir hakimliyinə gətirilmişdir. Bu vəzifədə ikən Bitlis hakimi olan Şərəf xanın qızı ilə evlənmiş və qayınatası vasitəsiylə əhəmiyyətli bir sərvət əldə etmişdir. Burada əyalət sipahi gücü olaraq 5000 atlı mükəmməl bir süvari birliyi qurub yetişdirmişdir.
Bu hakimliyi əsnasında Sədrəzəm Quyucu Murad Paşa İran üzərinə səfər üçün sərdar-i əkrəm təyin edilmişdi. Diyarbəkir hakimi olan Nasuh Paşa, Sultan I Əhmədə bir məktub yazaraq, Quyucu Murad Paşanın vəzifədən alınaraq yerinə özünün sədrəzəm vəzifəsinə gətirilməsi vəziyyətində xəzinəyə 40.000 qızıl verib, həmçinin İran səfərinə çıxmış olan ordunun bütün xərclərini öz cibindən təmin edəcəyini bildirmişdir. Sultan bu məktubu səfərdə olan Quyucu Murad Paşaya göndərməmişdir. O, Nasuh Paşanı yanına çağırmış; ona bu məktubu kimin yazdığını soruşmuşdur. Nasuh Paşa inkar etməmiş, məktubu onun yazdığını etiraf etmişdir. Sədrəzəmin ətrafındakılar bunun Nasuh Paşanın edamı ilə nəticələnəcəyini sanmaqda ikən Quyucu Murad Paşa onun dövlətə lazımlı bir adam olduğunu bildirərək onun edam edilməməsini ətrafına açıqlamışdır.[2]
Çox keçmədən, Sədrəzəm Quyucu Murad Paşa üsyan qaldıran Hələb hakimi Canpoladoğlunu aradan qaldırmaq üçün əyalət süvari birliyindən istifadə barədə Nasuh Paşaya tələb göndərsə də, Nasuh Paşa öz süvari dəstəsiylə səfərə qatılmaqdan imtina etmişdir. Bunun ardından Sədrəzəm Murad Paşa Nasuh Paşanın edam edilməsi barədə fərmanı paytaxta yolladı ancaq I Əhməd Nasuh Paşanın toxunulmazlığını əmr etdi. Nasuh Paşa 1611-ci ilin mart ayında Misir hakimi təyin edilmiş ancaq şərq sərhəddində səfərdə olan Quyucu Murad Paşanın xəstəliyi səbəbiylə sədarət məmuru olaraq paytaxta çağırıldı.
15 avqust 1611-ci ildə Quyucu Murad Paşanın Diyarbəkirdə ölməsi ilə Nasuh Paşa sədrəzəmliyə gətirilmişdir. Nasuh Paşa, Nasuh Paşa Andlaşması adı verilən bir andlaşma ilə Səfəvilərlə sülh bağlamışdır. sentyabr 1612-də yanında Səfəvi elçilik heyəti və Şah I. Abbasın hər il təzminat olaraq ödəməyi qəbul etdiyi 200 yük ipəklə İstanbula dönmüşdür.[3]
Lakin xarakterinin hiddətli və incidici olması səbəbindən dövlət adamları ilə arası açılmışdır. Xüsusilə Şeyxülislam Xocazadə Mehmed Əfəndi ilə münasibətləri çox pis idi. Nasuh Paşanın özünə əleyhdə rəftar göstərənlərin yerinə, xüsusiyyət və təcrübələrinə baxmadan öz adamlarını gətirməsi də hökumət və dövlət adamlarının ona qarşı münasibətini olduqca pisləşdirmişdir. Digər tərəfdən Sultan I Əhmədin dövlət işlərinə qarışmasına da qarşı çıxmış və özbaşına hərəkətləri ilə sultanı özündən uzaqlaşdırmışdır. Naima tarixinə görə Nasuh Paşa Sultan I. Əhmədə
"Ya ben dersem amel edip hayırhahliğima itimad ile dediğimi yaparsınız veyahut bana sedaret lazım değil, mührü başka kulunuza verirsinis, aksi takdirde kendimi zehirlerim."
demişdir və padşah da bu sözlərdən onun Quyucu Murad Paşanı zəhərlədiyi mənasını çıxarıb çox əsəbləşmiş, ertəsi gün onun vəzifədən alınmasına qərar vermişdir.
17 oktyabr 1614-də İstanbul gərgin bir gün yaşayıb. I. Əhməd Cümə salamlığına çıxmamış və saray ətrafında qoruma tədbirləri alınmışdır. Bütün qapıqulu əsgərləri saray divarları xaricində düzülüb bir divar kimi sarayı qorumağa almış, Sədrəzəm iqamətgahı olan Paşaqapısına Bostancıbaşı Ohrili Hüseyn Ağa və silahlı 100 nəfər bostancı göndərilmişdir. Orada Sədrəzəm Nasuh Paşa bostancıbaşının əliylə boğulub edam edilmişdir.
Sədrəzəmin malları müsadirə edilmişdir və sərvətinin milyonlarla düka qızıl olduğu görülmüşdür; bu yüksək mal varlığı aldığı rüşvətə istinad edilmişdir. Cənazəsi ya Oxmeydanına ya da Şahqulu qəbiristanlığına basdırılmışdı.
Oğlu Hüseyn Paşa 1629-cu ildə qapıçıbaşı, 1634-cü ildə baş miraxur, 1636-cı ildə Ərzurum, Hələb, 1642-ci ildə Sivas bəylərbəyi oldu. 1643-cü ildə vəfat etdi.
Həmçinin bax
[redaktə | mənbəni redaktə et]İstinadlar
[redaktə | mənbəni redaktə et]- ↑ 1 2 https://islamansiklopedisi.org.tr/nasuh-pasa.
- ↑ 1 2 Uzunçarsılı, İsmail Hakkı, (1954) Osmanlı Tarihi III. Cilt, 2. Kısım , XVI. Yüzyıl Ortalarından XVII. Yüzyıl Sonuna kadar), Ankara: Türk Tarih Kurumu (Altıncı Baskı 2011 ISBN 978-975-16-0010) say.365–367
- ↑ Sakaoğlu, Necdet (1999), Bu Mülkün Sultanları, İstanbul: Oğlak Yayınları ISBN 975-329-2999 s.205