Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu
Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu
Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu
Ümumi məlumatlar
Ölkə Azərbaycan
Tipi Elmi-tədqiqat institutu
Yaradılıb 1933
Digər məlumatlar
Direktor akademik İsa Həbibbəyli
Ünvan AZ 1143, Hüseyn Cavid prospekti, 117
Telefon (994 012) 510-34-25
Sayt literature.az
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutuAzərbaycan Milli Elmlər Akademiyasının strukturuna daxil olan elmi təşkilat.

Azərbaycan Milli Elmlər Akademiyasının Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu şərəfli tarixi, böyük elmi ənənələri, adlı-sanlı alimləri olan mühüm elmi mərkəzlərdən biridir. Azərbaycanda elmi qurumların əsaslı şəkildə yaradılması işinə 29 dekabr 1932-ci ildə SSRİ Elmlər Akademiyası Zaqafqaziya Filialının Azərbaycan Bölməsinin təşkilindən sonra başlanılmışdır, bundan sonra Azərbaycan Dövlət Elmi-Tədqiqat İnstitutunun bütün səlahiyyətləri yeni təşkil olunmuş akademik quruma verilmişdir[1]. SSRİ Elmlər Akademiyası Zaqafqaziya Filialının Azərbaycan Bölməsində 22 mart 1933-cü ildə Ədəbiyyat Sektorunun yaradılması haqqında qərar qəbul olunmuşdur. Əli Nazim Mahmudzadənin rəhbərlik etdiyi həmin Ədəbiyyat Sektorunun təşkili Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun yaranma tarixi kimi qeyd oluna bilər. 25 oktyabr 1935-ci ildə SSRİ Elmlər Akademiyasının Azərbaycan Filialı təşkil olunduqdan sonra bu akademik qurumun tərkibində müstəqil DilƏdəbiyyat İnstitutu yaradılmışdır. Bu qurum 1939-cu ildən sonra Tarix, Dil və Ədəbiyyat İnstitutu kimi fəaliyyət göstərmişdir. SSRİ EA Azərbaycan Filialının 2 yanvar 1939-cu il tarixli qərarı ilə Tarix, Dil və Ədəbiyyat İnstitutunun bazasında iki elmi müəssisə təşkil olunmuşdur: Nizami Gəncəvi adına Ədəbiyyat və Dil İnstitutu; Tarix, Arxeologiya və Etnoqrafiya İnstitutu. Dil və Ədəbiyyat İnstitutuna 8 sentyabr 1938-ci ildə Azərbaycan SSR Xalq Komissarları Sovetinin 4925 saylı qərarı ilə Nizami Gəncəvinin adı verilmişdir.

Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutuna müxtəlif illərdə aşağıdakı elm xadimləri rəhbərlik etmişlər:

  1. Artur Rudolfoviç Zifeldt-Simumyaqi (1889–1938) – 27 fevral 1936 – 1 iyun 1937-ci il
  2. Əhməd Əli oğlu Əhmədov (1903–1937) – 1 iyun 1937 – 11 iyul 1937-ci il
  3. İdris Zaman oğlu Həsənov (1897–1950) – 19 iyul 1937 – 17 fevral 1938-ci il
  4. Aleksey Alekseyeviç Klimov (1894-?) – 17 fevral 1938 – 31 dekabr 1938-ci il
  5. Heydər Hüseynov (1908–1950) – 1 yanvar 1939 – 25 sentyabr 1939-cu il
  6. Yakov Dmitriyeviç Kozin (1896–1973) – direktor vəzifəsini icra edən: 20 iyun 1939 – 1 avqust 1939-cu il
  7. Fəzləddin Babayev – (1903–1939) 1 avqust 1939 – 1 oktyabr 1939-cu il
  8. Məmməd Arif Dadaşzadə (1904 –1975) – 25 sentyabr 1939 – 27 iyul 1950-ci il. İkinci dəfə: 7 dekabr 1957 – 17 sentyabr 1959-cu il
  9. Akademik Mirzə Əjdər oğlu İbrahimov (1911–1993) – 15 avqust 1950 – 29 fevral 1952-ci il
  10. Professor MirzağaYüzbaşi oğlu Quluzadə (1907–1979) – 29 fevral 1952 – 7 dekabr 1957-ci il. İkinci dəfə: 19 aprel 1968 – 9 aprel 1979-cu il.
  11. Akademik Məmmədağa Şirəli oğlu Şirəliyev (1909–1991) – 1 iyun 1960 – 19 aprel 1968-ci il
  12. Akademik Kamal Abdulla Şaiq oğlu Talıbzadə (1923–2006) – direktor vəzifəsini icra edən – 19 aprel 1979 – 15 may 1980-ci il
  13. Akademik Məmməd Cəfər Zeynalabdin oğlu Cəfərov (1909–1992) 15 may 1980 – 10 aprel 1981-ci il
  14. AMEA-nın müxbir üzvü Əziz Mirfeyzulla oğlu Mirəhmədov (1920 –2002) – 10 aprel 1981 – 9 sentyabr 1985-ci il
  15. AMEA-nın müxbir üzvü Yaşar Vahid oğlu Qarayev (1936–2002) – 9 sentyabr 1985 – 25 avqust 2002-ci il
  16. Akademik Bəkir Əhməd oğlu Nəbiyev (1930–2012) – 10 fevral 2003 – 15 mart 2012-ci il
  17. Akademik Teymur Həşim oğlu Kərimli (1953, 2 oktyabr) direktor vəzifəsini icra edən – 4 iyul 2002 – 10 fevral 2003-cü il; İkinci dəfə: 15 mart 2012 – 19 iyun 2013-cü il
  18. Akademik İsa Əkbər oğlu Həbibbəyli (1949, 16 oktyabr) – 19 iyun 2013-cü il tarixindən indiyə qədər.

İnstitutun baş direktoru:

İnstitutun icraçı direktoru:

  • Filologiya üzrə fəlsəfə doktoru, dosent Mehman Həsənli

Elmi katib:

  • Filologiya üzrə fəlsəfə doktoru, dosent Aygün Bağırlı

Struktur bölmələri

[redaktə | mənbəni redaktə et]

Hazırda Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunda Azərbaycan ədəbiyyatşünaslıq elmi aşağıdakı şöbələr və sektorlar üzrə araşdırılıb tədqiq edilir:

  1. Azərbaycan şifahi xalq ədəbiyyatı və yazılı abidələr (Fil.e.d., prof.Məhərrəm Qasımlı).
  2. Ortaq başlanğıc və intibah dövr Azərbaycan ədəbiyyatı (Fil.e.d. prof. İmamverdi Həmidov)
  3. Orta əsrlər Azərbaycan ədəbiyyatı (Fil.e.d., dos. Fəridə Əzizova)
  4. Nizamişünaslıq şöbəsi (AMEA-nın müxbir üzvü Nüşabə Araslı)
  5. Füzulişünaslıq sektoru (Fil.e.d., dos. Ataəmi Mirzəyev)
  6. Erkən realizm və Yeni dövr Azərbaycan ədəbiyyatı (Fil.e.d. İslam Qəribli)
  7. XX əsr Azərbaycan ədəbiyyatı (Fil.e.d., prof. Asif Rüstəmli)
  8. Azərbaycan mühacirət ədəbiyyatı (Fil.e.d., dos. Nikpur Cabbarlı)
  9. Müstəqillik dövrü Azərbaycan ədəbiyyatı (AMEA-nın müxbir üzvü Tehran Mustafayev)
  10. Cənubi Azərbaycan ədəbiyyatı (Fil.e.d. Rəhim Əliyev)
  11. Ədəbiyyat nəzəriyyəsi (Fil.e.d., prof. Tahirə Məmməd)
  12. Ədəbi tənqid (Fil.e.d., dos. Vaqif Yusifli)
  13. Mətbuat tarixi və publisistika (Fil.e.d., prof. Vüqar Əhməd)
  14. Dünya ədəbiyyatı və komparativistika (Fil.e.d., prof. Gülər Abdullabəyova)
  15. Azərbaycan- Asiya ədəbi əlaqələri (Fil.e.d., prof. Bədirxan Əhmədov)
  16. Türk xalqları ədəbiyyatı (Fil.e.d. prof. Məmməd Əliyev)
  17. Azərbaycan-Türkmənistan-Özbəkistan ədəbi əlaqələri (Fil.e.d., dos. Almaz Ülvi Binnətova)
  18. Uşaq ədəbiyyatı şöbəsi (Fil.e.d., dos. Elnarə Akimova)

Köməkçi şöbələrdən Beynəlxalq Əlaqələr, Elmi nəşrlər və proqnozlaşdırma, İctimaiyyətlə Əlaqələr və Təhsil şöbələri İnstitutun çoxcəhətli fəaliyyətini əlaqələndirir. Bundan başqa, İnstitutda Çin Tədqiqatları Mərkəzi (4 fevral 2015-ci il), Koreya mərkəzi (9 fevral 2015-ci il) və Əlişir Nəvai adına Ədəbiyyat Mərkəzi (29 iyun 2018-ci il) fəaliyyət göstərir.

Fəaliyyət istiqamətləri

[redaktə | mənbəni redaktə et]

Folklorun tarixi və nəzəriyyəsi, toplanması və nəşri, ən qədim dövrlərdən bu günə qədər Azərbaycan ədəbiyyatının tarixi mərhələləri və inkişaf qanunauyğunluqları, nəzəri problemləri, ədəbi əlaqələr, Cənubi Azərbaycanda ədəbi proses, xaricdə Azərbaycan ədəbiyyatı, ortaq türk ədəbi abidələri, müasir və klassik bədii irsin nəşri.

Beynəlxalq əlaqələri

[redaktə | mənbəni redaktə et]

Azərbaycan Milli Elmlər Akademiyası Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu aşağıdakı akademik qurumlar və universitetlərlə əməkdaşlıq müqaviləsi və memorandum imzalamışdır:

Elmi nəticələr

[redaktə | mənbəni redaktə et]

Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunda bir sıra əhəmiyyətli tədqiqat əsərləri hazırlanıb nəşr edilmişdir:

Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun əməkdaşlarının elmi əsərlərinin biblioqrafik göstəriciləri 2014-cü ildən etibarən ardıcıl olaraq kitab halında çap olunur[2].

Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutun elmi jurnalı olan "Ədəbiyyat məcmuəsi" (hazırda "Azərbaycan ədəbiyyatşünaslığı") jurnalı 1946-cı ildən çıxan respublika miqyasında əsas elmi nəşrlərdən biri hesab olunur[3]. Azərbaycan Milli Elmlər Akademiyası Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun elmi jurnalı olan — "Poetika.izm" 2014-cü ildən nəşr olunur[4]. Azərbaycan Milli Elmlər Akademiyası Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun elmi jurnalı olan — "Müqayisəli ədəbiyyatşünaslıq" 2004-cü ildən 2018-ci ilə qədər "Ədəbi əlaqələr" adı ilə nəşr olunub. Jurnal 19 fevral 2019-cu ildən "Müqayisəli ədəbiyyatşünaslıq" adı ilə yenidən Azərbaycan Respublikası Ədliyyə Nazirliyində dövlət qeydiyyatına alınmışdır[5].

"Sənətkarın elmi pasportu" seriyası

[redaktə | mənbəni redaktə et]

Nizami Gəncəvi adına Ədəbiyyat institutunda görkəmli yazıçışairlərimizin ədəbiyyatşünas alimlərimizin həyat və yaradıcılıqlarının öyrənilməsi məqsədilə "Sənətkarın elmi pasportu" seriyası yaradılmışdır. "Sənətkarın elmi pasportu" seriyasında aşağıdakı kitablar nəşr olunmuşdur:

  1. Əbdürrəhim bəy Haqverdiyev. Həyatı və yaradıcılığı (kollektiv). Bakı, "Elm və təhsil",2018, 332 s.
  2. Yadigar Əsgərova. Səməd Mənsur. Həyatı və yaradıcılığı. Bakı, 2019. 176 s.
  3. Böyük Azərbaycan şairi İmadəddin Nəsimi (kollektiv monoqrafiya). Bakı,"Elm", 2019, 400 s.
  4. Firudin Qurbansoy. İmadəddin Nəsimi. Bakı, "Elm", 2019, 136 s.
  5. Lətifə Mirzəyeva. Kərim Məşrutəçi Sönməz. Bakı, "Elm və təhsil", 2019, 184 s.
  6. Akademik Məmməd Cəfər Cəfərov: şəxsiyyəti və yaradıcılığı (kollektiv monoqrafiya). Bakı, "Elm və təhsil", 2019, 208 s.
  7. Abid Tahirli. Ceyhun Hacıbəylinin həyat və yaradıcılıq yolu. Bakı, "Elm və təhsil", 2019, 344 s.
  8. Uşaq ədəbiyyatında Xanımana Əlibəyli imzası. (kollektiv monoqrafiya). Bakı, "Elm və təhsil", 2020, 148s.
  9. Əfzələddin Xaqani. Həyatı və yaradıcılığı (kollektiv monoqrafiya). Bakı, "Elm və təhsil", 2020, 395 s.
  10. Mehman Həsənli. Çingiz Aytmatov fenomeni və Azərbaycan. Bakı, "Elm və təhsil", 2020, 406 s.
  11. Almaz Ülvi. Əlişir Nəvainin əsri və nəsri (elmi- filoloji və dini-təsəvvüf əsərləri). Bakı, "Elm və təhsil", 2020, 570 s.
  12. İslam Qəribli. Məhəmməd Hadi: həyatı və yaradıcılığı. Bakı, "Elm və təhsil", 2020, 570 s.
  13. Elmira Babayeva. Mövlud Süleymanlı: həyatı və yaradıcılığı. Bakı, "Elm və təhsil", 2020, 204 s.
  14. Lətifə Mirzəyeva. Həsən Məcidzadə Savalan: həyatı və yaradıcılığı. Bakı, "Elm və təhsil", 2020, 200 s.
  15. Solmaz Daşdəmirova. Pərvin Etisaminin həyat və yaradıcılığı. Bakı, "ULU" İKF, 2020, 68 s.
  16. Teymur Əhmədov. Nəriman Nərimanov (həyatı, mühiti və ədəbi-bədii yaradıcılığı). Bakı, "Nurlar", 2020, 552 s.
  17. Əlizadə Əsgərli. Teymur Əhmədov: ədəbiyyat və mətbuat xadimi. Bakı, "Nurlar", 2020, 338 s.
  18. Muxtar Auezov: həyatı və yaradıcılığı (kollektiv). Bakı, "Elm və təhsil", 2020, 180 s.
  19. İsa Həbibbəyli, İsmixan Osmanlı. Qabdulla Tukay və Azərbaycan. Bakı, "Elm və təhsil", 2021, 536 s.
  20. Bədirxan Əhmədli. Rabindranat Taqor: Yeni Hindistanın manifesti. Bakı: "Elm və təhsil", 2021, 372 s.
  21. Xalq şairi Sabir Rüstəmxanlı: həyatı və yaradıcılığı (kollektiv). Bakı, "Elm və təhsil", 2021, 484s.
  22. Salidə Şərifova. Fərəc Fərəcov yaradıcılığının problematikası, janr müxtəlifliyi və bədii xüsusiyyətləri. Bakı, "Qanun", 2021, 164 s.
  23. İsa Həbibbəyli. Molla Pənah olan Vaqif. Bakı, "Elm və təhsil", 2021, 160 s.
  24. Bəsirə Əzizəli. Məhəmməd İqbal. Eşq və düşüncə şairi. Bakı, "Elm və təhsil", 2021, 228 s.
  25. Nizami Gəncəvi: həyatı və yaradıcılığı (kollektiv). Bakı, "Elm", 2021, 982 s.
  26. Qəndab Haqverdi. Fədai Şair Qaflantının həyatı və sənəti. Bakı, 2022, 232 s.
  27. İsa Həbibbəyli. Məhəmməd Tağı Sidqinin həyatı və ədəbi-maarifçi fəaliyyəti. Bakı, "Elm və təhsil", 2022, 84s.
  28. Mahmizər Mehdibəyova. Zeynalabdin Marağalının həyatı, mühiti, yaradıcılığı. Bakı, "Elm və təhsil", 2022, 178 s.
  29. İslam Qəribli. Xurşidbanu Natəvan: həyatı və yaradıcılığı. Bakı, "Elm və təhsil", 2022, 280 s.
  30. İsa Həbibbəyli. Akademik Məmməd Cəfər Cəfərovun bədii yaradıcılığı. Bakı, "Elm və təhsil", 2022, 152 s.
  31. Molla Pənah Vaqif. Həyatı və yaradıcılığı. Bakı, "Elm və təhsil", 2022, 342 s.
  32. Əlizadə Əsgərli. Bəxtiyar Vahabzadə (həyatı, mühiti və yaradıcılığı). Bakı, "Elm və təhsil", 2022, 556 s.
  33. İsa Həbibbəyli. Hüseyn Cavid (həyatı və sənəti). Bakı, "Elm və təhsil", 2022, 104 s.
  34. Gülçin Babayeva. Azərbaycan poeziyasının XV əsr mərhələsi: Cahanşah Həqiqi və Həbibi. Bakı, "Elm", 2022, 160 s.
  35. Səadət Vahabova. Ömər Faiq Nemanzadə: həyatı və yaradıcılığı. Bakı, "Elm və təhsil", 2022, 164 s.
  36. Elnarə Qaragözova. Yunus Oğuz: həyatı və yaradıcılığı. Bakı, "Elm və təhsil", 2022, 118 s.
  37. Bahar Bərdəli (Məmmədova). Elçin İsgəndərzadə: həyatı, yaradıcılığı. Bakı, "Vektor" Beynəlxalq Nəşrlər Evi. 2023, 160 s.
  38. Kifayət Məmmədova. Qulamrza Səbri Təbrizinin elmi-bədii fəaliyyəti. Bakı, "OPTİ-MİST" MMC çap mərkəzi", 2022, 174 s.
  39. Əmir Xosrov Dəhləvi (kollektiv). Bakı, "Elm və təhsil", 2022, 184 s.
  40. Baba Babayev. Həsən Seyidbəyli: həyatı və nəsr yaradıcılığı. Bakı, "Elm və təhsil", 2022, 220 s.
  41. Abid Tahirli. Məhəmməd Altunbayın həyatı və yaradıcılığı. Bakı, "Xəzər Universiteti Nəşriyyatı", 2023, 140 s.

Ədəbi proses bədii yaradıcılıq, ədəbiyyat sahəsində gedən prosesləri, baş verən dəyişmələri, çətinlikləri və mübarizəni əhatə edən hadisədir[6]. Azərbaycan Milli Elmlər Akademiyası Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunda müşavirələrin keçirilməsinə 1976-cı ildən başlanılmışdır. "Ədəbi proses" yaradıcılıq müşavirələrinin keçirilməsi 1976–1984-cü illərdə ənənəyə çevrilmişdir. Ədəbi prosesə həsr olunmuş ilk yaradıcılıq müşavirəsinin materialları ondan bir il sonra 1977-ci ildə nəşr olunmuşdur. Yaradıcılıq müşavirəsinin 1983–1984-cü illərin ədəbiyyatına həsr olunmuş materialları on ildən sonra, yəni 1994-cü ildə nəşr olunmuşdur. Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunda otuz illik fasilədən sonra keçirilmiş "Ədəbi-proses-2013" yaradıcılıq müşavirəsi yeni tarixi epoxanın ədəbi tənqidinin parolunu vermişdir. "Ədəbi proses" sessiyalarının ənənələrinə 30 ildən sonra, 2014-cü ildə yenidən qayıdılmışdır[7].Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunda ədəbiyyat üzrə ilin yekunlarına həsr edilmiş "Ədəbi proses" yaradıcılıq müşavirələrinin materialları 2013-cü ildən etibarən ardıcıl olaraq kitab halında çap olunmuşdur. Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu tərəfindən təqdim olunan "Ədəbi proses" icmalları müstəqillik dövrü Azərbaycan ədəbiyyatının yüksək elmi səviyyədə yazılmış ədəbi-tarixi oçerkləridir. Ədəbi proses müşavirəsinin məruzələri əhatə etdiyi dövrün Azərbaycan ədəbiyyatı tarixinin konkret bir mərhələsinin janrlar üzrə təhlillər aparılmış elmi icmallarıdır.

"Azərbaycan mühacirət ədəbiyyatı kitabxanası" seriyası

[redaktə | mənbəni redaktə et]

Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunda çoxcildlik "Azərbaycan mühacirət ədəbiyyatı kitabxanası" seriyası yaradılmışdır. "Azərbaycan mühacirət ədəbiyyatı kitabxanası" seriyası üzrə aşağıdakı kitablar nəşr olunmuşdur:

  1. Məmməd Əmin Rəsulzadə. "Mühacirət dövrü ədəbi-elmi irsindən seçmələr". Bakı, "Elm", 2016, 386 s.
  2. Ceyhun Hacıbəyli. Seçilmiş əsərləri. Bakı, "Elm", 2017, 368 s.
  3. Səlim Rəfiq Rəfioğlu. Füzuli. Bakı, "Elm və təhsil", 2019, 440 s.
  4. Teymur Atəşli. Seçilmiş əsərləri. Bakı, "Elm və təhsil", 2020, 336 s.
  5. Alazan Baycan. Seçilmiş əsərləri. Bakı, "Elm və təhsil", 2021, 204 s.
  6. Süleyman Təkinər. Seçilmiş əsərləri. Bakı, "Elm və təhsil", 2022, 277 s.[8]
  • Ədəbiyyatda Heydər Əliyev obrazı: tarixi gerçəklikdən ideala. Monoqrafiya. Bakı, "Elm və təhsil", 2018–400 s.
  • Ədəbiyyatda Heydər Əliyev obrazı: tarixi gerçəklikdən ideala. Monoqrafiya. Bakı, "Elm və təhsil", 2019–332 s.
  • Nizami Ganjavi almanac – III. Baku, "Elm ve tehsil", 2021–188 p.
  • Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu-2016. Biblioqrafik göstərici. – Bakı: 2017 – 427 s.
  • Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun əməkdaşlarının 2018-ci ildə nəşr edilmiş elmi əsərləri:biblioqrafik göstərici. – Bakı: Elm və təhsil, 2019 – 513 s.
  • "Molla Nəsrəddin" ensiklopediyası. Bakı: Elm, 2020–466 s.
  • Ədəbiyyat nəzəriyyəsi: inkişaf mərhələləri və problemləri. I cild. Bakı: Elmin İnkişafı Fondu, 2018–399 s.
  • Ədəbiyyat nəzəriyyəsi: inkişaf mərhələləri və problemləri. II cild. Bakı: Elmin İnkişafı Fondu, 2018–358 s.
  1. İsa Həbibbəyli. Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu. Bakı: Elm və təhsil. 2018. səh. 58.
  2. Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun əməkdaşlarının 2020-ci ildə nəşr edilmiş elmi əsərləri: biblioqrafik göstərici. Bakı: Elm və təhsil. 2021. səh. 465.
  3. Azərbaycan ədəbiyyatşünaslığı (Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun Əsərləri). Bakı: Elm və təhsil. 2019. səh. 378.
  4. Poetika.izm (Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun Əsərləri). Bakı: Elm və təhsil. 2022. səh. 106.
  5. Müqayisəli ədəbiyyatşünaslıq (Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun Əsərləri). Bakı: Elm və təhsil. 2022. səh. 149.
  6. Ədəbi proses – 2013. Bakı: Hədəf nəşrləri. 2014. səh. 237.
  7. Ədəbi proses-2017. Bakı: Hədəf nəşrləri. 2018. səh. 521.
  8. "Azərbaycan mühacirət ədəbiyyatı" (azərbaycan). 15.01.2011. 2023-07-29 tarixində arxivləşdirilib. İstifadə tarixi: 28 iyul 2023.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]