Oldos Haksli
Oldos Haksli | |
---|---|
ing. Aldous Huxley | |
Doğum adı | Aldous Leonard Huxley |
Doğum tarixi | 26 iyul 1894[1][2][…] |
Vəfat tarixi | 22 noyabr 1963[1][2][…] (69 yaşında) |
Vəfat yeri | |
Vəfat səbəbi | qırtlaq xərçəngi[d] |
Təhsili |
|
Fəaliyyəti | şair, romançı, filosof, ssenarist, professor, fantastika yazıçısı[d], nasir |
Əsərlərinin dili | ingilis dili |
Tanınmış əsərləri | |
huxley.net | |
Vikianbarda əlaqəli mediafayllar |
Oldos Leonard Haksli (ing. Aldous Leonard Huxley; 26 iyul 1894[1][2][…] – 22 noyabr 1963[1][2][…], Los-Anceles, Kaliforniya, ABŞ[4]) — ingilis yazıçısı. Oksfordda təhsil alarkən görmə ilə bağlı problemləri yarandığı üçün təhsilini yarımçıq saxladı. Sonrada bir daha kor olacağı qorxusu ilə qarşısına gələn bütün kitabları oxudu. Müasirlər Oldos Hakslinin iki ayrı ruh daşıdığını deyirdilər. Onun bir ruhu qədim şərq fəlsəfəsilə, bilinməyənlə və mistika ilə maraqlanarkən, digər ruhu son elmi kəşflərlə, rasional zəka ilə və siyasətlə maraqlanırdı. İntellektual-polemik "Sarı Krom" (1921), "Təlxək rəqsi" (1923), "Kontrapunkt" (1928), "Cəsur Yeni Dünya" (1932) romanlarında cəmiyyətin mənəvi eybəcərliyi satira atəşinə tutulur. Lakin Haksli yaradıcılığında humanizmin zəifləməsinə, əxlaqi və dini öyüdçülüyə, mistisizmə gətirib çıxarmışdır: "Meymun və mahiyyət" (1948), "Dahi və ilahə" (1955) və s. romanları var.
Mükafatları
[redaktə | mənbəni redaktə et]İstinadlar
[redaktə | mənbəni redaktə et]- ↑ 1 2 3 4 Bibliothèque nationale de France BnF identifikatoru (fr.): açıq məlumat platforması. 2011.
- ↑ 1 2 3 4 Aldous Huxley // Internet Broadway Database (ing.). 2000.
- ↑ 1 2 3 4 Aldous Huxley // Encyclopædia Britannica (ing.).
- ↑ 1 2 Deutsche Nationalbibliothek Record #118555081 // Ümumi tənzimləmə nəzarəti (GND) (alm.). 2012—2016.
Xarici keçidlər
[redaktə | mənbəni redaktə et] Yazıçı ilə əlaqədar bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin. |