Olqa Senyuk
Naviqasiyaya keç
Axtarışa keç
Olqa Senyuk | |
---|---|
| |
Şəxsi məlumatlar | |
Tam adı | Olqa Senyuk |
Vətəndaşlığı |
Ukrayna → Azərbaycan |
Doğum tarixi | |
Doğum yeri | Kişinyov, Moldova |
Boyu | 175 sm. |
İdman növü | Kamandan oxatma |
Olqa Senyuk (23 yanvar 1991, Kişinyov) — Azərbaycanı təmsil edən oxatan.[1]
Karyerası
[redaktə | vikimətni redaktə et]Olqa Senyuk 2016-cı ildə Birləşmiş Krallıqda baş tutan Avropa Çempionatının nəticələrinə əsasən olimpiya lisenziyasına sahib oldu. Bununla da Olqa Senyuk Azərbaycanı Olimpiya Oyunlarında bu idman növü üzrə təmsil edən birinci idmançı olaraq tarixə düşdü.
Olqa Senyuk Rio-de-Janero Olimpiadasında avqustun 5-də təsnifat mərhələsində mübarizə apardı.[2] Həmin mərhələdə Olqa Senyuk 622 xal topladı və mərhələni 64 idmançı sırasında 37-ci pillədə başa vurdu.[2] Avqustun 8-də baş tutan 1/32 final mərhələsində isə Olqa Senyuk Çin nümayəndəsi Ço Huy ilə üz-üzə gəldi.[2] Həmin görüşdə Olqa Senyuk rəqibinə 1:7 hesabı ilə məğlub oldu və olimpiadanı 33-cü pillədə başa vurdu.[2]
İstinadlar
[redaktə | vikimətni redaktə et]- ↑ Olympedia.org. "Olqa SENYUK". www.olympedia.org (ingilis). 2022-08-30. 2022-08-30 tarixində arxivləşdirilib. İstifadə tarixi: 30.08.2022.
- ↑ 1 2 3 4 Olympedia.org. "2016 Summer Olympics / Archery / Individual / Women". www.olympedia.org (ingilis). 2022-08-30. 2020-08-30 tarixində arxivləşdirilib. İstifadə tarixi: 30.08.2022.
Kateqoriyalar:
- Yaşayan insanlar
- 23 yanvarda doğulanlar
- 1991-ci ildə doğulanlar
- Əlifba sırasına görə idmançılar
- Kişinyovda doğulanlar
- Azərbaycanın qadın oxatanları
- Azərbaycanın olimpiya oxatanları
- 2015 Avropa Oyunlarında oxatanlar
- 2016 Yay Olimpiya Oyunlarında oxatanlar
- Azərbaycanın Ukraynadan milliləşdirilən idmançıları
- Azərbaycan olimpiya idmançıları