Orşa
Şəhər | |
Orşa | |
---|---|
belar. Орша | |
54°30′ şm. e. 30°24′ ş. u.HGYO | |
Ölkə | Belarus |
Vilayət | [[Vitebsk vilayəti]] |
Başçı | Poznyak Aleksandr Qriqoryeviç[1] |
Tarixi və coğrafiyası | |
Əsası qoyulub | 1067 |
İlk məlumat | 1067 |
Əvvəlki adı | Rşa |
Sahəsi | 42.90[2] |
Mərkəzin hündürlüyü | 192 m |
Saat qurşağı | UTC+3 |
Əhalisi | |
Əhalisi | ▼ 115 938 nəfər (2017) |
Sıxlığı | 2325 nəf./km² |
Milli tərkibi |
belaruslar: 86.96% ruslar: 8.47% digərləri: 4.57%[3] |
Rəqəmsal identifikatorlar | |
Telefon kodu | +375 216 |
Poçt indeksi | 211030 |
Nəqliyyat kodu | 2 |
Digər | |
orsha.vitebsk-region.gov.by (rus.) | |
Vikianbarda əlaqəli mediafayllar |
Orşa — müasir Belarusun Vitebsk vilayətində şəhər.
Tarixi
[redaktə | mənbəni redaktə et]Vaxtilə Orşa (indiki Orşitsa) çayının Dnepr çayına töküldüyü yerdə möhkəm türk qalası olmuşdur. Türk hərbi məntəqəsi Ada Kalanın adı rus yazılı mənbələrində ilk dəfə 1067-ci ilə aid "Povesti vremennıx let" səhifələrində çəkilir1.[4] (Qeyd: "Povesti vremennıx let" ümumrus əlyazmaları toplusudur; Kiyevdə 12-ci əsrin ilk onilliyində tərtib olunmuşdur. Onun əsas canını Lavrenti və İpatov salnamələri təşkil edir).
Şəhərin adı həqiqətən onun təbii istehkam-qala görünüşü ilə bağlı idi. Belə ki, qalanın yeri hərbi – strateji baxımdan çox əlverişli sayılırdı. Orşa ilə Dneprin qovuşduğu yerdə – bu çayların hər iki tərəfdən qucduğu çayarası sahədə yerləşən və xilqətən alınmaz olan bu qalanı çaylar hər tərəfdən mühafizə edir, ona gələn yolları təbii şəkildə bağlayırdı. Arxadan – qurudan açıq qalan, sanki qorunmayan, lakin insan əlinə tapşırılan bu səmtdən isə qazılmış və su ilə doldurulmuş dərin kanal qalanı göz bəbəyi kimi qoruyurdu. Beləliklə, Ada Kala təbii, ilahi qüdrətiylə yaranmış belə bir adada qərar tuturdu. Adı da buradandır. Ada Kala öz zamanına görə möhkəm qala sayılır və təbii qala şöhrətini daşıyırdı. Dneprin (Uzu çayının) sahillərində belə bir qala mühüm əhəmiyyətə malik idi; ondan su yolu ilə Kiyevə və yuxarıya Smolenskə getmək mümkün olurdu. Orşa çayı ilə isə (onu sonradan Orşitsa adlandırdılar) Qərbi Dvinə, Vitebskə, Baltik dənizinə, Novqoroda çıxmaq olardı. 1768–1774-cü illər Rus-Türk müharibəsinin gedişində 1772-ci ildə Ada Kala istila olunmuş və Rusiyanın idarəsinə keçmişdir. Həmin zamandan o üzərində yerləşdiyi çayın adı ilə Orşa adını daşıyır. Bu adın da qədim türk sözü Or "xəndək, kanal" sözündən yarandığı ehtimalı güclüdür. Osmanlılara məxsus daha bir Ada Kala (müasir Rumınya ərazisində) vardır. 1691-ci ildə yenidən inşa olub möhkəmlənən Dunay sahillərindəki bu qala Dəmir Qapı boğazını nəzarətdə saxlayırdı[5].
İstinadlar
[redaktə | mənbəni redaktə et]- ↑ "Райисполком | Оршанский район | Орша | Новости Орши | Новости Оршанского района | Оршанский райисполком". 2022-09-01 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-09-25.
- ↑ "«Государственный земельный кадастр Республики Беларусь»". 2016-03-04 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-09-25.
- ↑ 2009-cu ildə Orşa şəhərinin milli tərkibi
- ↑ Энциклопедический словарь Брокгауз и Ефрона, т. I, "А", с.384; Большая Советская Энциклопедия, т.18, с.544
- ↑ İslam Ansiklopedisi, I c, İstanbul, 1988, s. 340
Mənbə
[redaktə | mənbəni redaktə et]Minaxanım Təkləli, Türk kitabı. Unudulan tarix. Dəyişdirilən adlar, Bakı, Nurlar, 2009