Ordos
Ordos səhrası | |
---|---|
çin. 鄂尔多斯沙漠 | |
Yerləşməsi | |
39°28′ şm. e. 108°32′ ş. u.HGYO | |
Ölkə | ÇXR |
|
|
|
Ordos (çin. 鄂爾多斯沙漠) — Mərkəzi Asiyada yerləşən səhradan ibarət olan plato. Cənubdan Lyesso platosu ilə əhatələnir. Ən hündür nöqtəsi 2535 m təşkil edir. İqlimi kəskin kontinentaldır. Yanvar ayının orta temperaturu —10°С, iyul ayının isə 23°С-dir. Şimal-qərbdən cənub-şərdə doğru yağıntının miqdarı 100 – 400 mm arasında dəyişir. Dolu müşahidə edilir. Ərazidə çoxlu sayda duzlu göllər vardır. Barxanlar əsasən insan və heyvanlar tərəfindən məhv edilmiş bitki örtüyü sayəsində geniş sahə tutur[1]. Cənub sərhəddi Böyük Çin səddi keçir.
Flora və faunası
[redaktə | vikimətni redaktə et]Bitki ötüyü zəyifdir: (Qəpikotu, Xostək, Çaytikanı, Yovşan, Stipa). 1600 m yüksəkliyindən isə artıq meşə örtüyü geniş sahə tutur. Burada duzlu göllərin kənarında nadir quşlar yuva qurur (Ichthyaetus relictus). İri canlılardan isə Vəhşi dəvə, Prjevalski atı, Ceyran və İrbis kimiləri görmək olar.
Tarixi
[redaktə | vikimətni redaktə et]Ordos türklərin tarixi vətəni hesab edilir. I minillikdə regionda xunnu tayfaları məskunlaşır. Çin dövlətlərinə daimi basqınlar səbəbindən Böyük Çin Səddi inşa edilmişdir.[mənbə göstərin]
Maraqlı fakt
[redaktə | vikimətni redaktə et]Ordos şəhərində Kanqbaşı adlı şəhər mövcuddur[2]
İstinadlar
[redaktə | vikimətni redaktə et]- ↑ "Справочные данные. Краткая географическая энциклопедия. Том 3". 2010-10-10 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2016-07-27.
- ↑ "Kanqbaşı — Çinin boşalmış şəhəri (13 şəkil)". 2012-05-01 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2016-07-27.