Panzerfaust

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Panzerfaust
Ölkə
İstismar tarixçəsi
İstismara başlanması 1943
İstifadə edilən döyüşlər
İstehsal tarixçəsi
Konstruktor Almaniya Federativ Respublikası
Xüsusiyyətləri
Uzunluğu
  • 1 m
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar
Original sandığında 4 ədəd Panzerfaust, Helsinki Hərbi Muzeyi

Panzerfaust ("zireh yumruğu" və ya "tank yumruğu"), İkinci Dünya müharibəsində Almanların hazırladığı ən təsirli tank əleyhinə silah idi. 6 milyon ədəd istehsal edilmişdi. Bu gün istifadə olunan RPG raketlərinin atası hesab olunur. 90 mm diametrli kumulyativ effektli doldurulmuş partlayıcı başlığı var idi. Çəkisi 5–10 kq və təxminən bir metr uzunluğunda idi. Onun boru korpusu aşağı dərəcəli poladdan hazırlanmışdır. Təsir dairəsi 60 metr idi. Almanlar tərəfindən əvvəlcə onlar piyada dəstələrinə paylanmış, sonralar bu tank əleyhinə silahı daşıyan xüsusi tank əleyhinə qoşunlar yaradılmışdır. Atış sürəti və effekti yüksək idi. Düşmən tanklarını 200 mm-ə qədər vurmağı bacarırdı. Onsuz da mövcud olan Rusiya tanklarının zireh qalınlığı 125 mm-dən çox olmurdu.

Lakin sonradan Rusiya ordusu bu təsirli silaha qarşı çıxmağın yeganə yolunun Panzerfaust mənzilinə girmədən hücum olduğunu düşünmüş və 100 metrdən çox Alman qoşunlarına yaxınlaşmamaq qərarına gəlmişdilər. Qərb Cəbhəsinin son günlərində Alman ordusunda rus tankları ilə toqquşacaq bir tank bölməsi olmadığından Panzerfaust daşıyan milis bölmələri olam "Volkssturm"un meydana gətirilməsinə diqqət yönəldildi. Berlin döyüşü zamanı rus tank birləşmələri binaların arasına girərək Panzerfaust üçün ideal hədəf olmuş və ağır itkilər vermişdir.