Pax Ottomana
Naviqasiyaya keç
Axtarışa keç
Pax Ottomana (latıncadan tərcüməsi "Osmanlı sülhü" mənasına gəlməkdədir) - dünyanın digər bölgələrinə nəzərən Osmanlı imperiyasında mövcud olan sabitlik və nizam üçün istifadə olunan termindir.[1] Daha geniş formada istifadə olunan "Pax Romana"dan törəmişdir.
Mənası
[redaktə | mənbəni redaktə et]Bu ifadə daha çox Osmanlı imperiyasına müsbət yanaşan modern Türkiyə tarixçiləri tərəfindən istifadə olunur. Osmanlı imperiyası gücünün zirvəsində olduğu zaman Orta və Yaxın Şərqi, Balkan yarımadasını və Şimali Afrikanı əhatə edirdi. I Dünya müharibəsindən sonra Osmanlı imperiyasının süqut etməsi ilə bu bölgələrin əksəriyyətində qeyri-sabitlik hökm sürməyə başladı. Buna görə də, Osmanlı dövrünün müsbət olduğunu ifadə etmək üçün Pax Ottomana ifadəsindən istifadə olunmağa başlandı.[2]
Həmçinin bax
[redaktə | mənbəni redaktə et]İstinadlar
[redaktə | mənbəni redaktə et]- ↑ Kemal Çiçek. Pax Ottomana: Studies in Memoriam Prof. Dr. Nejat Goyunc (1925-2001) (PDF). Ankara: Haarlem. 2001.
- ↑ İlber Ortaylı. Osmanlı barışı. 2006. ISBN 9756571507.