Pilotsuz uçuş aparatı

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Elbit Hermes 450

Pilotsuz uçuş aparatı (PUA) (ing. unmanned aerial vehicle ; insansız hava aparatı), çox vaxt qısaca dron (ing. drone) kimi qeyd edilir — bortunda pilotu, heyəti və ya sərnişini olmayan uçuş aparatıdır.[1] PUA-lara avtopilot sistemi, bort kompüteri, kommunikasiya sistemi, mürəkkəb sensor kompleksi və müxtəlif növ faydalı yüklər quraşdırılır. Eyni zamanda bəzi PUA modelləri silahla təmin olunur.[2] Əksər PUA-lar kəşfiyyat, müşahidə və digər hərbi məqsədlər daşısa da, açıq mənbəli avtopilot sistemlərinin inkişafı PUA-ların şirkətlər və həvəskarlar tərəfindən istifadəsinə mühit yaradıb[3][4].

İngilis dilində işlənən Unmanned Aerial Vehicle hərfi tərcümədə İnsansız Hava Aparatı deməkdir. Lakin, Azərbaycan dilində daha çox işlənən Pilotsuz Uçuş Aparatı ifadəsi Rus dilindəki Беспилотный Летательный Аппарат termininin hərfi tərcüməsidir.[5]

PUA-ları gövdə-motor konfiqurasiyasına və faydalı yükünə görə müxtəlif qruplara ayırmaq olar.

Gövdə-Motor konfiqurasiyası[6]

[redaktə | mənbəni redaktə et]
  • Müşahidə kameraları
  • Xəritələmə kameraları
  • Qripperlər
  • Çiləyici avadanlıqlar
  • Partlayıcı maddələr
  1. "ICAO's circular 328 AN/190 : Unmanned Aircraft Systems" (PDF). ICAO. 2017-02-07 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2019-05-15.
  2. "PUA, yoxsa Dron?". ordu.az. ordu.az. 15 May 2019 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 15 may 2019.
  3. "Software Overview". PX4 Autopilot (ingilis). İstifadə tarixi: 2024-09-18.
  4. ArduPilot. "ArduPilot". ArduPilot.org (ingilis). 2024-09-17 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-09-18.
  5. Azərbaycanca-Rusca lüğət. Bakı Slavyan Universiteti.
  6. "Airframes Reference | PX4 Guide (main)". docs.px4.io. 2024-09-18 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-09-18.
  7. "Payload Use Cases | PX4 Guide (main)". docs.px4.io. İstifadə tarixi: 2024-09-18.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]