Plastic Memories
Plastic Memories | |
Anime serialının posteri. Personaj: Ayla. | |
プラスティック・メモリーズ (Purasutikku Memorīzu) Pla-Memo azərb. Plastik xatirələr | |
---|---|
Janr | dram, romantika, elmi fantastika |
Anime | |
Rejissor | Yoşiyuki Fucivara |
Ssenarist | Naotaka Hayaşi |
Bəstəkar | Masaru Yokoyama |
Studiya | Doga Kobo |
Digər lisenziyalar | |
Kanal | AT-X, Tokyo MX, GYT, GTV, ABC, GBS, MTV, BS11 |
Buraxılış tarixi | 5 aprel 2015 – 28 iyun 2015 |
Seriyalar | 13 (seriya siyahısı) |
Manqa | |
Plastic Memories: Say to Good-bye | |
Yazıçı | Naotaka Hayaşi |
Rəssam | Yuuyuu |
Nəşriyyat | ASCII Media Works |
Jurnal | Dengeki G's Comic |
Demoqrafiya | Seynen |
Nəşr tarixi | iyun 2015 – hazırda |
Cildlər | 1 |
Video oyun | |
Hazırlayan | 5pb. |
Nəşr edən | 5pb. |
Janr | vizual roman |
Platforma | PlayStation Vita |
Buraxılış tarixi |
Plastic Memories (プラスティック・メモリーズ, Purasutikku Memorīzu?, azərb. Plastik xatirələr) və ya qısaca Pla-Memo (プラメモ, Puramemo?) — Yoşiyuki Fucivaranın rejissorluğu ilə Doga Kobo studiyası tərəfindən istehsal olunmuş anime serialı. Anime serialının ssenarisini Naotaka Hayaşi yazmış, personajlarını Okiura dizayn etmişdir. Yaponiyada 5 apreldən 28 iyun 2015-ci ilə kimi yayımlanmışdır.
Məzmun
[redaktə | mənbəni redaktə et]"Plastic Memories"-də hadisələr yaxın gələcəkdəki bir şəhərdə baş verir. Bu şəhərdə insanlar normal insana çox oxşayan, emosiyalara və yaddaşa malik androidlərlə birlikdə yaşayırlar. Android istehsalında qabaqcıl şirkətlərdən biri olan SAI Corp indiyə qədər insana ən çox oxşayan android modeli Qiftiyanı (ing. Giftia) təqdim edir. Bir qiftiyanın ömrü 81.920 saat (təxminən 9 il 4 ay) təşkil edir. Bu zaman limitini keçdikdən sonra qiftiya şəxsiyyətini və yaddaşını itirir, insanlara qarşı şiddət tətbiq etməyə başlayır. Bu halın qarşısını almaq üçün terminal xidmətləri fəaliyyət göstərir. Terminal xidmətinin vəzifəsi yaxında istifadə müddəti bitəcək qiftiyaları sahiblərindən təhvil almaq və yaddaşlarını silməkdir. İşi sistemləşdirmək üçün bir insandan ("nəzarətçi" adlandırılır) və bir qiftiyadan ("nişancı" adlandırılır) ibarət iki nəfərlik komandalar yaradılır. Hekayə I terminal xidmətinin ofisində nəzarətçi kimi yenicə işə başlamış Tsukasa Mizuqakidən və yaxın zamanda ömrü bitəcək partneri Ayla adlı qiftiyadan bəhs edir.
Personajlar
[redaktə | mənbəni redaktə et]I terminal xidməti
[redaktə | mənbəni redaktə et]- Tsukasa Mizuqaki (水柿 ツカサ, Mizugaki Tsukasa?)
- Səsləndirən: Yasuaki Takumi
- Anime serialının baş qəhrəmanı olan 18 yaşlı oğlandır. Səhhətində yaranan problemlərə görə kollec imtahanlarını keçmədiyindən atasının köməyi ilə terminal xidmətində işləməyə başlayır. Halbuki işə başlamazdan qabaq nə ilə məşğul olduqlarını bilmirdi. Aylanın nəzarətçisi təyin olunur, lakin ilk başlarda Aylanın tezliklə sıradan çıxacağından bixəbər idi. Tsukasa bunu öyrənəndə Aylanı tərk etməyi imtina edir. Ayla ilə partnerliyi zamanı onu sevdiyini anlayır.
- Ayla (アイラ, Aira?)
- Səsləndirən: Sora Amamiya
- Anime serialının baş qadın qəhrəmanıdır. Ayla uşaq görünüşünə malik qiftiyadır. Çox bacarıqsızdır, hətta adi işləri belə görə bilmir. Ayla terminal xidmətinin veteran işçilərindən biridir və bir zamanlar Kazukinin nişancısı idi. Çay servis etmək işi ona tapşırılır. Tsukanın gəlişindən sonra onun nişancısı olur, lakin ömrünün bitməsinə cəmi 2000 saat qalıb. Sonda Tsukasaya aşiq olur.
- Miçiru Kinuşima (絹島 ミチル, Kinushima Michiru?)
- Səsləndirən: Çinatsu Akasaki
- Terminal xidmətində işləyən 17 yaşlı qızdır və işə Tsukadan 1 il qabaq başlayıb. Tsukasaya qarşı sevgi hislərinin olduğunu görünür, lakin bunu etiraf etməyi rədd edir. Miçiru bir qiftiya tərəfindən böyüdülüb, buna görə də "android uşaq" adlandırılır. Atasının istifadə müddəti bitdikdə və onu geri almaq istəyəndə Miçiru buna mane olmaq istəyib, lakin atasının "Sərsəri" olmasına və xüsusi təhlükəsizlik əməkdaşları tərəfindən məhv edilməsinə səbəb olub. Buna görə Miçiru xüsusi təhlükəsizlik əməkdaşlarını nifrət edir. Bu təcrübəsindən sonra Miçiru terminal xidmətində işə başlayır.
- Zak (ザック, Zakku?)
- Səsləndirən: Sayuri Yahaqi
- Lisey şagirdi görünüşünə malik qiftiyadır. Miçirunun nişancısıdır. Zak ətrafındakı insanları əsəbləşdirməyi və onların sirlərini ortaya çıxarmağı sevir.
- Kazuki Kuvanomi (桑乃実 カヅキ, Kuwanomi Kazuki?)
- Səsləndirən: Mequmi Toyoquçi
- Birinci terminal xidmətinin boslarından biridir. Bir zamanlar Aylanın nəzarətçisi idi. Buna görə Aylanın xətrini çox istəyir. Alkoqola qarşı çox həssasdır: bir-iki stəkan içən kimi sərxoş olur. Üç il əvvəl Miçirunun atasını geri almağa çalışarkən bir ayağını itirib.
- Konstans (コンスタンス, Konsutansu?)
- Səsləndirən: Satoşi Hino
- Kazukinin hazırkı nişancısı olan qiftiyadır. Mülayim xasiyyəti ilə tanınır.
- Yasutaka Hanada (縹 ヤスタカ, Hanada Yasutaka?)
- Səsləndirən: Kenciro Tsuda
- Terminal xidmətinin veteran işçisidir. Artıq 10 ildir ki, bu işdə işləyir. Özünü həmişə çox rahat aparır, motivasiya çatışmazlığı var.
- Şerri (シェリー, Sherī?)
- Səsləndirən: Aymi
- Yasutakanın nişancısı olan qiftiyadır. Çox ciddi şəxsiyyətə və karyera qadını görünüşünə malikdir. Yasutaka tez-tez işlərini atdığından Şerri həmişə buna əsəbləşir. Əsəbləşəndə Kazuki qədər dəhşətli ola bilir.
- Ren Kavarake (土器 レン, Kawarake Ren?)
- Səsləndirən: Şinnosuke Oqami
- Terminal xidmətinin işçilərindən biridir.
- Eru Miru (海松 エル, Miru Eru?)
- Səsləndirən: Sumire Uesaka
- iftiya təmir komandasının mühəndisidir. Bu işdə iki ildir ki, işləyir. Çox çılğın şəxsiyyətə malikdir, Aylanı çox sevir. Onun keçmiş dostu Oliviya illər əvvəl təhvil alınıb. Lakin Oliviyanın OS-u dəyişdirilib və hazırda üçüncü terminal xidmətində Endi adı ilə yeni həyata başlayıb.
- Takao Yamanobe (山野辺 タカオ, Yamanobe Takao?)
- Səsləndirən: Nobuo Tobita
- Birinci terminal xidmətinin bölmə meneceridir. Onun əvvəlki işləri satışlarla bağlı idi, buna görə də indiki işi ilə bağlı çox təcrübəsi yoxdur. Qızı ilə ünsiyyət saxlamaqda problemlərinin olduğu görünür.
- Mikiciro Tetsuquro (鉄黒 ミキジロウ, Tetsuguro Mikijirō?)
- Səsləndirən: Mitsuaki Hoshino
- Erunun gözətçisi və qiftiyaların fiziki bacarıqlarını sınaqdan keçirmək üçün qurulmuş test otağının başçısıdır.
Digər personajlar
[redaktə | mənbəni redaktə et]- Şizu Şirohana (白花 チヅ, Shirohana Chizu?)
- Səsləndirən: Reyko Suzuki
- Nina adlı qiftiya nəvəsini böyüdən sərt, qoca qadındır.
- Nina (ニーナ?)
- Səsləndirən: Missaki Kuno
- Çizu tərəfindən böyüdülmüş qiftiyadır.
- Sota Vakanae (若苗 ソウタ, Wakanae Souta?)
- Səsləndirən: Misato Fukuen
- Marsiya adlı qiftiya tərəfindən böyüdülmüş "android uşağıdır". Marsiya yaxın zamanda istifadə müddətini bitirəcəyindən Sota qiftiyalara güvənmir və Marsiyanın getməsinə razıdır. Lakin Tsukasa, Ayla və Miçiru onların arasındakı münasibətləri düzəldirlər.
- Marsiya (マーシャ?)
- Səsləndirən: Mamiko Noto
- Sotanı böyütmüş qiftiyadır.
- Şinonome (東雲?)
- Səsləndirən: Kenta Miyake
- İstifadə müddətini keçmiş qiftiyaları ovlamaq üçün nəzərdə tutulmuş təhlükəsizlik komandasının başçısıdır.
- Endi (アンディ?)
- Səsləndirən: Mikako Komatsu
- Üçüncü terminal xidmətinin nişancısıdır. Bir zamanlar Erunun qonşusu və dostu Oliviya idi. Lakin daha sonra terminal xidməti tərəfindən təhvil alınır. Lakin büdcə kəsirlərinə görə onun OS-u dəyişdirilmiş və Endi olmuşdur.
- Antonio Horizon (アントニオ・ホリゾン?)
- Səsləndirən: Hiroşi Naka
- Sara adlı qiftiyaya sahib mafiya başçısıdır. Sara onun cangüdənidir. Saranın təhvil vaxtı yaxınlaşanda Antonio başa düşür ki, həyat tərzinə görə Sara normal yaşaya bilmir. Buna görə Ayladan Saranı əyləndirməsini istəyir.
- Sara (サラ?)
- Səsləndirən: Ayahi Takaqaki
- Antonionun qiftiyasıdır. İllərlə Antonionun cangüdəni olub. Buna görə də ikisi çox yaxındır və Sara Antonionu babası kimi görür.
Media
[redaktə | mənbəni redaktə et]Anime
[redaktə | mənbəni redaktə et]Anime serialı Yoşiyuki Fucivaranın rejissorluğu ilə Doga Kobo studiyası tərəfindən istehsal olunmuş və 13 seriya davam etmişdir.[1] İstehsal olunacağı Kadokawa Shoten nəşriyyatının "Dengeki G's Magazine" jurnalının 2014-cü il noyabr buraxılışında anons edilmişdir.[2] Animenin ssenarisi Naotaka Hayaşi tərəfindən yazılmış, musiqisi Mages tərəfindən bəstələnmişdir. Okiura orijinal personaj dizaynlarını hazırlamış, Çiaki Nakacima onları animeyə uyğunlaşdırmış,[1] arxaplan Atelier Rourke 07, Gachi Production və Nara Animation tərəfindən hazırlanmışdır. Serial 5 apreldən 28 iyun 2015-ci ilə kimi Tokyo MX kanalı vasitəsilə yayımlanmışdır.[3] Növbəti tarixlərdə isə GYT, GTV, ABC, GBS, MTV, BS11 və AT-X vasitəsilə nümayiş etdirilmişdir. 9 aprel 2015-ci ildə Niconico vasitəsilə yayımlanmağa başlamışdır. Bundan əlavə Aniplex Channel, Crunchyroll (4 aprel 2015-ci ildən Böyük Britaniya, Almaniya, İrlandiya, Avstriya və Lixtenşteyn istisna olmaqla Şimali Amerika, Mərkəzi Amerika, Cənubi Amerika və Avropada),[4] Hulu, Hanabee[5] və Daisuki vasitəsilə də nümayiş etdirilmişdir.[6] Viewster isə animeni ABŞ, Kanada və Latın Amerikasında yayımlamışdır.[7]
"Plastic Memories" Şimali Amerikada Aniplex of Amerika,[8] Böyük Britaniyada Anime Limited,[9] Avstralasiyada Hanabee tərəfindən lisenziyalaşdırılmışdır.
Anime serialının açılış mahnısı Eri Sasaki tərəfindən ifa olunan "Ring of Fortune" mahnısı, bağlanış mahnısı isə Asami İmay tərəfindən ifa olunan "Asayake no Starmine" (朝焼けのスターマイン?) mahnısı olmuşdur.[10] Birinci və yeddinci seriyalarda Melody Chubak tərəfindən ifa olunan "Again & Again" mahnısından istifadə olunmuşdur. Səkkizinci seriyada "Ring of Fortune" mahnısı bağlanış mahnısı olmuşdur. Onuncu seriyada Aylanın səsləndiricisi Sora Amamiya tərəfindən ifa olunan "Suki nano de." (好きなので。?, azərb. "Mən səni sevirəm") mahnısı səsləndirilmişdir.
Manqa
[redaktə | mənbəni redaktə et]Yuuyuunun rəssamlığı ilə hazırlanmış "Plastic Memories: Say to Good-bye" (プラスティック・メモリーズ Say to good-bye) adlı spin-off manqasında hadisələrin baş qəhrəmanı Miçiru Kinuşimadır. 2015-ci ilin iyununda ASCII Media Works nəşriyyatının "Dengeki G's Comic" jurnalında nəşr olunmağa başlamışdır. Manqa jurnalda serializasiya olunmazdan əvvəl 27 aprel 2015-ci ildə bir tankobon cildi buraxılmışdır.[11] 27 noyabr 2015-ci ildə isə ikinci cildi çapdan çıxmışdır.[12]
Cild siyahısı
[redaktə | mənbəni redaktə et]№ | Nəşr tarixi | ISBN |
---|---|---|
1 | 27 aprel 2015[13] | ISBN 978-4-04-865084-7 |
2 | 27 noyabr 2015[12] | ISBN 978-4-04-865529-3 |
Videooyun
[redaktə | mənbəni redaktə et]5pb.[14] şirkəti tərəfindən PlayStation Vita üçün istehsal olunmuş vizual romanın Yaponiyada 13 oktyabr 2016-cı ildə buraxılması planlaşdırılır.[15][16]
Qəbul
[redaktə | mənbəni redaktə et]Anime News Network anime serialının hekayəsinə B, animasiyasına B-, incəsənətinə B- və musiqisinə B reytinqi vermiş, ümumilikdə isə animeni B reytinqi ilə qiymətləndirmişdir. Tənqidçi Teron Martin anime serialının yumorunu tənqid edərək tutarsız olduğunu və daha ciddi səhnələrdə yaxşı inteqrasiya olunmadığını bildirmişdir.[17]
Goo Ranking tərəfindən 2016-cı ilin oktyabrında 500 nəfər arasında keçirilmiş sorğuda ən kədərli 18-ci anime (12 səslə) seçilmişdir.[18]
İstinadlar
[redaktə | mənbəni redaktə et]- ↑ 1 2 "Club's Fujiwara to Helm Plastic Memories Anime at Dogakobo". Anime News Network. October 29, 2014. 2018-06-19 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2 avqust 2016.
- ↑ "Steins;Gate's Hayashi, IS's okiura Make Plastic Memories Anime". ANN (ingilis). 27 sentyabr 2014. 2021-01-26 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2 avqust 2016.
- ↑ "TVアニメ「プラスティック・メモリーズ」は4月4日(土)24時30分よりTOKYO MXほかにて放送開始!" (Japanese). Doga Kobo. February 28, 2015. March 4, 2016 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2 avqust 2016.
- ↑ "Crunchyroll to Stream Uta no Prince-sama Revolutions Anime". ANN (ingilis). 3 aprel 2015. 2022-01-01 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2 avqust 2016.
- ↑ "Hanabee Adds Plastic Memories and Re-Kan to Streaming Slate". ANN (ingilis). 15 aprel 2015. 2015-06-23 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2 avqust 2016.
- ↑ "Aniplex USA to Stream Nisekoi Season 2, Gunslinger Stratos, Plastic Memories". ANN (ingilis). 20 mart 2016. 2022-07-07 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2 avqust 2016.
- ↑ "Viewster Streams Fate/stay night: UBW, Gunslinger Stratos, Plastic Memories in Americas". ANN (ingilis). 2021-12-06 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2 avqust 2016.
- ↑ "Aniplex of America to Release Plastic Memories, Wagnaria!!3 on Blu-ray". ANN (ingilis). 25 mart 2016. 2021-08-22 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2 avqust 2016.
- ↑ "Anime Limited Plans for Home Releases of Plastic Memories and Tokyo Ghoul". ANN (ingilis). 2 may 2016. 2022-04-15 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2 avqust 2016.
- ↑ "Plastic Memories' Opening and Ending Themes Revealed". Anime News Network. February 26, 2015. 2021-01-26 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2 avqust 2016.
- ↑ "「プラスティック・メモリーズ Say to good-bye」表紙イラスト公開!" (Japanese). Doga Kobo. April 5, 2015. July 6, 2015 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2 avqust 2016.
- ↑ 1 2 "プラスティック・メモリーズ Say to good-bye(2)". ASCII Media Works (yapon). 2016-08-02 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2 avqust 2016.
- ↑ "プラスティック・メモリーズ Say to good-bye(1)". ASCII Media Works (yapon). 2016-08-02 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2 avqust 2016.
- ↑ "Plastic Memories Anime Inspires Game Adaptation by MAGES". Anime News Network. May 19, 2016. 2021-09-22 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2 avqust 2016.
- ↑ "MAGES/5pb's Plastic Memories Game Slated for PS Vita". Anime News Network. May 24, 2016. 2021-01-26 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2 avqust 2016.
- ↑ "Plastic Memories PS Vita Game Slated for October 13". Anime News Network. June 2, 2016. 2021-01-25 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2 avqust 2016.
- ↑ Teron Martin. "Review. Plastic Memories Sub.Blu-Ray 1". ANN (ingilis). 31 iyul 2016. 2022-08-16 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2 avqust 2016.
- ↑ "Japanese Fans Choose Anime's Biggest Tearjerkers". Anime News Network (ingiliscə). 21 noyabr 2016. 2022-01-17 tarixində arxivləşdirilib. İstifadə tarixi: 21 noyabr 2016. (#apostrophe_markup)
Xarici keçidlər
[redaktə | mənbəni redaktə et]- plastic-memories.jp — Rəsmi saytı (yap.)
- plasticmemoriesusa.com — Rəsmi saytı (ing.)
- Plastic Memories: Say to Good-bye ComicWalker-də (yap.)
- Plastic Memories 5pb.-də (yap.)
- Plastic Memories (anime) Anime News Network Ensiklopediyasında
- Manqa seriyaları
- Dram anime və manqaları
- Elmi fantastika anime və manqaları
- Romantik anime və manqalar
- Tokyo Metropolitan Television verilişləri
- Asahi Broadcasting Corporation verilişləri
- 2015-ci ilin anime serialları
- 2015-ci ilin manqaları
- ASCII Media Works manqaları
- Seynen anime və manqaları
- Vizual romanlar
- PlayStation Vita videooyunları
- Yaponiya videooyunları
- 2016-cı ilin videooyunları
- Orijinal ssenari ilə çəkilmiş animelər
- Faciə anime və manqaları
- Doga Kobo
- 5pb.