Porfir
Naviqasiyaya keç
Axtarışa keç
Porfir - fenokristalları qələvi çöl şpatı, turş plagioklaz, kvars, biotit, əsas kütləsi isə eyni minerallardan və ya mikrofelzit, bəzən hornblenddən, təşkil olunmuş süxurların ümumi adı. Əsas kütləsi bəzən şüşədən və ya təkrar kristallaşmış şüşədən ibarət olur. Porfir termini həm paleotip effuziv süxurlar (məsələn: kvarslı porfir) və həm də hipabissal və damar süxurlar (məsələn: qranit-porfir) üçün işlədilir. Zavaritski, Lodoçnikov və b. "porfir" terminini paleotip effuziv süxurlara tətbiq etdikdə müvafiq süxur tərkibini göstərən söz əlavə etməyi təklif etmişlər (məsələn: traxit-porfir, riolit-porfir).
Həmçinin bax
[redaktə | vikimətni redaktə et]Mənbə
[redaktə | vikimətni redaktə et]- Geologiya terminlərinin izahlı lüğəti. Bakı: Nafta-Press. 2006. 679.