Qaşqaçay
Qaşqaçay | |
---|---|
41°23′24″ şm. e. 47°02′33″ ş. u.HGYO | |
Ölkə | Azərbaycan |
Region | Şəki-Zaqatala iqtisadi rayonu |
Rayon | Qax rayonu |
Tarixi və coğrafiyası | |
Mərkəzin hündürlüyü | 1 325[1] |
Saat qurşağı | |
Əhalisi | |
Əhalisi | 1.055 nəfər (2012) |
Rəqəmsal identifikatorlar | |
Telefon kodu | +994 |
Poçt indeksi | AZ 3421[2] |
Nəqliyyat kodu | 34 |
Qaşqaçay — Azərbaycan Respublikasının Qax rayonunun inzibati ərazi vahidində kənd.
Tarixi
[redaktə | mənbəni redaktə et]Coğrafiyası və iqlimi
[redaktə | mənbəni redaktə et]Əsasən dağlıq ərazilərdən ibarətdir. Yağıntıları bərabər paylanan mülayim-isti iqlim hakimdir.
Əhalisi
[redaktə | mənbəni redaktə et]- 1872-ci ildə dərc olunmuş və 1869-cu il əhalinin kameral siyahıyaalınması nəticələrini əks etdirən "Tiflis quberniyasının və Zaqatala dairəsinin hərbi icmalı"na əsasən Zaqatala dairəsinin İlisu naibliyinə daxil olan Qaşqaçay kəndində milli tərkibi ləzgilərdən ibarət 98 ailə yaşayırdı.[3] Müvafiq icmalda dairəni təşkil edən yaşayış məntəqələrinin əhalisinin milli tərkibinə dair məlumatlarda etnik Türklər muğallar, Dağıstanlı xalqların nümayəndələri isə ümumi adla ləzgilər olaraq göstərilmişdirlər.
- 14 may-17 dekabr 1886-cı ildə ailələr üzrə aparılmış kameral siyahıyaalmaya əsasən Zaqatala dairəsi, Qax şöbəsi, Qaşqaçay kənd cəmiyyəti tərkibinə daxil olan Qaşqaçay kəndində 192 evdə sünni etiqadlı müsəlman avarlardan (190 evdə 555 nəfər kişilər və 431 nəfər qadınlar olmaqla toplam 986 nəfər əhali) və tatarlardan[4] (2 evdə 7 nəfəri kişilər və 6 nəfəri qadınlar olmaqla toplam 13 nəfər) ibarət 999 nəfər (562 nəfəri kişilər, 437 nəfəri qadınlar) əhali yaşayırdı.[5] Müvafiq mənbədə dairəni təşkil edən yaşayış məntəqələrinin əhalisinin milli tərkibinə dair məlumatlarda etnik Türklər tatarlar, Dağıstanlı xalqların nümayəndələri isə ümumi adla avarlar olaraq göstərilmişdirlər.
- 1 yanvar 1914-cü il tarixinə olan məlumata əsasən kənddə əsasən etnik saxurlardan ibarət toplam 1269 nəfər əhali yaşayırdı.[6]
- 1 yanvar 2012-ci il tarixinə olan rəsmi məlumata əsasən kənddə 396 təsərrüfatda toplam 1055 nəfər əhali yaşamaqdadır.[7]
Toponimikası
[redaktə | mənbəni redaktə et]Qaşqaçay oyk., sadə. Qax rayonunun eyniadlı i.ə.v.-də kənd. Qaşqaçayın sol sahilində, Baş Qafqaz silsiləsinin yamacındadır. Yaşayış məntəqəsi sahilində yerləşdiyi çayın adını daşıyır.[8] Qaşqa qədim türkdilli abidələrdə "sakit, dinc" mənalarında işlənilən "qosqı" (qoşqı) sözünün xalq etimalogiyası təsiri ilə yaranmış formasıdır (türk dillərində "s" səsinin "ş" səsi ilə yerdəyişməsi məlumdur). Müasir dildə qoşqı sözü işlənmədiyindən Qaşqaçay şəklinə düşmüşdür. Digər fikrə görə, çay qara və boz rəngə çalan çaydaşlarının üzərindən axdığına görə yerli əhali çaya Qaşqa adı vermişlər. Əslində ad "qaşdan, dağın yüksək yerindən axan çay" mənasını verir. Azərbaycanda "qaşqa" komponentli coğrafi adlar azdır. Qırğızıstanda qaşqa komponenti ilə yaranan 62 coğrafi ad mövcuddur.[8]
Xarici keçidlər
[redaktə | mənbəni redaktə et]Tanınmış şəxsiyyətləri
[redaktə | mənbəni redaktə et]- Cavanşir Rəhimov – Azərbaycanın Milli Qəhrəmanı
- Rəfael Süleymanov – Tarix elmləri doktoru, professor.
- Abdulhəmid Manafov – Sərbəst güləş üzrə Veteranlar arasında dünya birinciliyinin 2012-ci il qızıl, 2013-ci ildə isə bürünc mükafatçısı.
- Tofiq Osmanov – Texnika elmləri namizədi, dosent.
- Ənvər Əfəndiyev – General-leytenant, Azərbaycan Respublikasının müdafiə nazirinin müavini, Birinci Qarabağ müharibəsinin və İkinci Qarabağ müharibəsinin iştirakçısı.
- Cavid Abdullayev – 2-ci Qarabağ müharibəsi şəhidi.
İnfrastrukturu
[redaktə | mənbəni redaktə et]2012-ci ildə kənd sürətli internet xidməti ilə təmin olunmuşdur.[9]
İstinadlar
[redaktə | mənbəni redaktə et]- ↑ Fallingrain Global Gazetteer: Qasqacay, Azerbaijan Page Arxivləşdirilib 2017-05-31 at the Wayback Machine, Other names: Qaşqaçay,Kashkachay
- ↑ Cybo - Qlobal biznes kataloqu: Poçt Indeksi AZ 3421, Qaşqaçay[ölü keçid]
- ↑ Военный обзор Тифлисской Губернии и Закатальского округа, составлен подполковником Генерального штаба В. Н. Филиповым. Воспроизведено в оригинальной авторской орфографии издания 1872 года (издательство "Санктпетербург: Товарищества "Общественная польза""), стр. 168
- ↑ Qeyd: azərbaycanlılardan
- ↑ Свод статистических данных о населении Закавказского края, извлеченных из посемейных списков 1886 г.. Изд. по распоряжению главноначальствующего гражд. частью на Кавказе Завкавк. стат. ком. - 1893
- ↑ "Кавказский календарь на 1915 год". Издан по распоряжению Наместника его Императорскаго Величиства на Кавказе, под редакцией А.А.Эльзенгера и Н.П.Стельмащука, Тифлис. Типография Канцелярии Наместника Е.И.В. на Кавказе, казённый дом. 1914./Оглавление: Глава — Отдел статистический: Список населенных мест Кавказа, стр. 138
- ↑ Qax rayon İcra Hakimiyyəti: İcra Hakimiyyəti: Bələdiyyələr: Qax rayonu inzibati ərazi dairələri üzrə nümayəndəliklər və bələdiyyələr haqqında məlumat Arxivləşdirilib 2012-12-27 at Archive.today
- ↑ 1 2 Azərbaycan Toponimlərinin Ensiklopedik Lüğəti. Azərbaycan Milli Elmlər Akademiyası. Nəsimi adına Dilçilik İnstitutu. Şərq-qərb Bakı-2007.II cild. səh.427
- ↑ Qax rayon İcra Hakimiyyəti: Poçt və Rabitə Arxivləşdirilib 2022-04-25 at the Wayback Machine
Həmçinin bax
[redaktə | mənbəni redaktə et] Qax rayonu ilə əlaqədar bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin. |
Kənd ilə əlaqədar bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin. |