Qabus Şəms əl-Məali

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Qabus Şəms əl-Məali
Şəxsi məlumatlar
Doğum tarixi X əsr
Vəfat tarixi 1012
Vəfat yeri
Dəfn yeri
  • Günbədkavus[d]
Fəaliyyəti şair, monarx
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Qabus Şəms əl — Məali (X əsr1012, Qorqan)— Ziyarilərin hökmdarlarından biri.

Onun hakimiyyət illəri 978–1012-ci illəri əhatə edir. Onun atası Vuşmagir (935–967) Samanilər dövlətindən vassal asılılığını qəbul etmişdir. 967-ci ildə Vuşmagirin ölümündən sonra hakimiyyətə böyük oğlu Bisitun gəlmişdir. Bisitun dövləti 978-ci ilə qədər idarə etmişdir. Onun ölümündən sonra hakimiyyətə özündən yaşca kiçik olan qardaşı Qabus Şəms əl — Məali gəlmişdir. Bacarıqlı sərkərdə , çevik siyasətçi, mahir diplomat və dövlət xadimi olan Qabus Şəms əl — Məali əsas diqqəti Ziyarilər dövlətinin iqtisadi inkişafına və tam müstəqillik əldə etməsinə yönəltmişdir . Qabus Şəms əl — Məali Samanilər dövlətinin hökmdarlarının vassalı sayılsa da , fürsət düşdükcə onlara qarşı çıxırdı. Qabus Şəms əl — Məali Ziyarilər dövlətinin gəlirlə-rini artırmaq məqsədi ilə kənd təsərrüfatını, sənətkarlığı və ticarəti canlandırırdı. Eyni zamanda Samanilər dövlətinin hökmdarı II Nuha (976–997) Ziyarilər dövlətinin ərazisində təbii fəlakətlərin baş verdiyini yazan Qabus Şəms əl — Məali ödədiyi xəracı ixtisara saldırır. Onun əmri ilə çayların qarşısını kəsib, suyu əkin sahələrinə yö-nəltmək üçün bəndlər ucaldılıb, kanallar çəkilmişdi. İbn əl — Əsirin qeydlərindən məlum olur ki, 979-cu ildə Cənubi Azərbaycanın və İraqın müxtəlif yerlərində dağın-tılara və insan tələfatına səbəb olan zəlzələlər baş vermişdir . Qabus Şəms əl — Məali dağıntı olan yerlərdə əhalini bir il müddətinə vergidən azad etmişdir . O , əyalət hakimlərinin üzərinə ciddi nəzarət qoyaraq məmurların özbaşınalıqlarının qarşısını ala bilmişdir. Ziyarilər dövlətinin güclənməsindən qorxuya düşən Samanilər dövləti-nin hökmdarı II Nuh Ziyarilər dövlətinin ərazisinə hücum etdi. 983-cü ildə Ziyarilər dövlətinin paytaxtı Deyləm şəhərinin yaxınlığında baş verən həlledici qanlı döyüşdə Samanilər dövlətinin hökmdarı II Nuh Qabus Şəms əl — Məalini məğlubiyyətə uğratdı . Nəticədə , II Nuh Deyləm şəhərini ələ keçirdi və Qabus Şəms əl — Məalini Ziyarilər dövlətinin ərazisindən qovdu. II Nuh öz nümayəndəsini Ziyarilər dövlətinin taxtında otuzduraraq Orta Asiyaya qayıtdı . Bundan xəbər tutan Qabus Şəms əl — Məali elə həmin ildə böyük bir ordu ilə Ziyarilər dövlətinin ərazisinə daxil oldu. O, 983-cü ildə Ziyarilər dövlətinin paytaxtı Deyləm şəhərini ələ keçirərək Samanilər dövlətinin hökmdarı II Nuhun nümayəndəsini Ziyarilər dövlətinin ərazisindən qovdu. Nəticədə, Qabus Şəms əl — Məali öz hakimiyyətini Ziyarilər dövlətinin ərazisində yenidən bərpa etdi. Qabus Şəms əl — Məalinin hakimiyyətdə olduğu dövrdə , yəni 983-cü ildə baş vermiş hadisələrdən biri də göydə nəhəng quyruqlu ulduzun — kometanın görünüb, əhalini qorxutması idi. Bunu nəzərə alan Qabus Şəms əl — Məali 984-cü ildə Deyləmdə rəsətxana tikdirmişdir. Bu rəsətxanada dünyanın bir çox alimləri fəaliyyət göstərirdi. Ədəbiyyat və incəsənət həvəskarı olan Qabus Şəms əl — Məali öz sarayında kitabxana yaratmışdı. Bundan başqa o, tez — tez şairləri sarayına dəvət edib poeziya məclisləri düzəldirdi. Tarixdən məlumdur ki , Qabus Şəms əl — Məalinin özü də gözəl qəzəllər yazmışdır. O, həmçinin məşhur " Qabusnamə " əsərinin də müəllifidir . O , bu əsəri 1002-ci ildə yazmışdır. 999-cu ildə Samanilər dözləti süquta uğradıqdan sonra Qabus Şəms əl — Məali Qəznəlilər dövlətinin hökmdarı Sultan Mahmuddan vassal asılılığını qəbul etdi. Ziyarilər dövlətinin daha da qüvvətlənməsindən qorxuya düşən Qəznəli hökmdarı Sultan Mahmud 1012-ci ildə Deyləmdə qiyam təşkil edir. Məhz həmin ildə baş vermiş qiyam nəticəsində Qabus Şəms əl — Məali qətlə yetirilir. Onun ölümündən sonra Ziyarilər dövləti tənəzzülə uğramağa başladı . Nəhayət Ziyarilər dövləti 1090-cı ildə süqut etdi.