40°21′57″ şm. e. 49°49′57″ ş. u.HGYO

Çin məscidi

Vikipediya, azad ensiklopediya
(Qazi Fəzlullah bin Osman məscidi səhifəsindən yönləndirilmişdir)
Naviqasiyaya keç Axtarışa keç
Çin məscidi
Qazi Fəzlullah bin Osman məscidi
Xəritə
40°21′57″ şm. e. 49°49′57″ ş. u.HGYO
Ölkə  Azərbaycan
Şəhər Bakı Bakı
Yerləşir İçərişəhər
Aidiyyatı İçərişəhər Dövlət Tarix-Memarlıq Qoruğu
Sifarişçi Fəzlullah İmam ibn Osman Şirvani
Tikilmə tarixi 1375
Üslubu Şirvan-Abşeron memarlıq məktəbi
Vəziyyəti Bərpa olunub, Numizmatika Muzeyi kimi fəaliyyət göstərir.
Rəsmi adı: Walled City of Baku with the Shirvanshah's Palace and Maiden Tower
TipiMədəni
Kriteriyavi
Təyin edilib2000
İstinad nöm.958
DövlətAzərbaycan
RegionAvropa və Şimali Amerika
İstinad nöm.67
ƏhəmiyyətiYerli əhəmiyyətli
KateqoriyaMemarlıq abidələri
Çin məscidi (İçərişəhər)
Çin məscidi
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Çin məscidi və ya Qazi Fəzlullah bin Osman məscidiİçərişəhərdə yerləşən və ölkə əhəmiyyətli abidə olan məscid.

Məscid qala divarlarının İçərişəhər metrostansiyası tərəfdəki girişindən təxminən 50 metr məsafədə yerləşir. Arxa hissəsi Vahid bağına tərəf baxır.

Şirvanşahlar Sarayı Kompleksinin yaxınlığında yerləşən məscidin giriş qapısının üstündəki epiqrafik kitabə onun Hicri-qəməri təqvimlə 777-ci ildə[q 1] Fəzlullah İmam ibn Osman Şirvaninin vəsiyyəti ilə inşa olunmasından bəhs edir. Məhz buna görə məscid onun adı ilə adlandırılır. Fasad üzərindəki digər epiqrafik yazıdan isə belə məlum olur ki, abidə Hicri-qəməri təqvimlə 1186-cı ildə[q 2] Məsud Əli tərəfindən bərpa olunmuşdur.[1][2]

Məscid digər adı "Çin məscidi"dir. Xalq etimalogiyasına görə məscidin "Çin" adını alması bu məscidə gələn insanların arzu və diləklərinin çin olması faktı ilə əlaqədardır.[1]

Memarlıq xüsusiyyətləri

[redaktə | mənbəni redaktə et]

Ox üzrə interyerin cənub divarında dördbucaq çərçivəyə alınmış beşyaruslu stalaktik mehrab Şirvan-Abşeron memarlıq məktəbinin müəyyən kompozisiya motivini bütövlüklə təşkil edir. Cinahlarda kiçik taxçalar yerləşdirilmişdir.[1]

Əsas fasadı assimetrik olan məscidin sərt, iri həcmli kompozisiyası, klassik tipli portal-girişlə vurğulanır. Portalın dəqiq profillənmiş dördbucaq çərçivəsi, çatma oyuq və ərəb yazısının epiqrafik başlığı, fasadın bütöv daş divarının fonunda klassik formada təsvir edilmişdir. Şəhərin şərq üslublu orta əsr portalları arasında, məscidin portalı ən klassik olanıdır.[1]

Məsciddə 2012-ci ildə İçərişəhər Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi tərəfindən əsaslı şəkildə təmir-bərpa işləri aparılmışdır. Təmirdən sonra abidə İçərişəhər DTMQİ-nin nəzdində numizmatika muzeyi kimi fəaliyyət göstərir. Məsciddə ərazidə tapılmış qədim pullar və sikkələr nümayiş etdirilir və qorunub saxlanılır.[3]

  1. H. Q. 777 = M. 2 iyun 1375 – 20 may 1376
  2. H. Q. 1186 = M. 4 aprel 1772 – 23 fevral 1773
Çin məscidinin arxa tərəfinin cənub-qərbdən (Vahid bağından) görünüşü
  1. 1 2 3 4 "Çin məscidi". icherisheher.gov.az. 2015-06-18 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2014-09-29.
  2. Azərbaycan Respublikası Məscidlərinin Ensiklopediyası (PDF) (az.). Bakı: Beynəlxalq Əlhuda. 2001. səh. 50. ISBN 964-8121-59-1. 2021-07-23 tarixində arxivləşdirilib (PDF).
  3. ""Çin" məscid - qədim sikkələrin nümayiş olunduğu məkan". azertag.az. 16 sentyabr 2017. 2022-08-09 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-08-09.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]