Queen

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Queen
Loqonun şəkli
Queen 1975-ci ildə. Soldan sağa: Rocer Teylor, Freddi Merkyuri, Brayan Mey və Con Dikon
Queen 1975-ci ildə. Soldan sağa: Rocer Teylor, Freddi Merkyuri, Brayan MeyCon Dikon
Əsas məlumatlar
Üslub rok
Fəaliyyət illəri 1970-indiyədək
Ölkə Böyük Britaniya Birləşmiş Krallıq
Şəhər London
Dil ingilis dili
Leybl EMI  • Parlophone  • Elektra  • Capitol Hollywood  • Island  • Virgin EMI
Heyət Freddi Merkyuri
Brayan Mey
Rocer Teylor
Con Dikon
Keçmiş üzvlər Mayk Qros
Berri Mitçell
Douq Boqi
Əlaqəli layihələr Queen + Paul Rodgers  • Queen + Adam Lambert
queenonline.com
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Queenİngiltərə rok qrupu. 1970-ci ildə "Smile" qrupunun dağılması ilə Brayan Mey, Rocer TeylorFreddi Merkyuri Londonda "Queen" qrupunu yaradırlar. Bir il sonra Con Dikonun qrupa daxil olması ilə qrup tamamlanır. Qrup ilk vaxtlar proqressiv rok, hard rok, qlem rokhevi metal tərzlərindən ilham alsa da, daha sonra radio yayım formatlı pop rokarena rok kimi tərzlərin inkişafına da böyük təsir göstərmişlər.

Queen 1970-ci ildə Mey və Teylorun Smile qrupunu qurması ilə başlamışdır. Merkyuri Smile qrupunun pərəstişkarı olmuş və onları daha mürəkkəb səhnələşdirmə və səsyazma üsullarını sınamağa təşviq etmişdir. 1970-ci ildə o qrupa qoşulmuş və "Queen" adını təklif etmişdir. Qrup 1973-cü ildə "Queen" adlı ilk debüt albomunu buraxmazdan əvvəl Dikon 1971-ci ildə qrupa qoşulmuşdur. Queen 1974-cü ildə "Queen II" adlı ikinci debüt albomu ilə Böyük Britaniyanın hit-paradlarına daxil olmuşdur. Onlar eyni ildə "Sheer Heart Attack" və 1975-ci ildə "A Night At The Opera" albomu ilə beynəlxalq uğur qazanmışdır. "A Night at the Opera" albomunda yayımlanan "Bohemian Rhapsody" adlı mahnı musiqi video formatını populyarlaşdırmış və doqquz həftə Böyük Britaniya hit-paradlarında bir nömrədə qalmışdır. 1977-ci ildə çıxan "News of the World" albomunda idman tədbirlərində himnlərə çevrilən "We Will Rock You" və "We Are the Champions" kimi mahnılar yer almışdır. 1980-ci illərin əvvəllərində Queen dünyanın ən böyük stadion rok qruplarından birinə çevrilmişdir. 1980-ci ildə buraxdıqları "The Game" adlı albomundan "Another One Bites the Dust" adlı mahnısı onların ən çox satılan sinqllarından biri olmuş və 1981-ci ildə buraxılan "Greatest Hits" kompilyasiya albomu Birləşmiş Krallıqda ən çox satılan albom olmuş və Amerika Səsyazma Sənayesi Assosiasiyası tərəfindən on doqquzuncu yerdə qərarlaşmışdır. Onların 1985-ci ildə Live Aid konsertindəki çıxışı rok musiqisi tarixinin ən böyük çıxışlarından biri hesab olunur. 1986-cı ilin avqust ayında Merkyuri Queen qrupu ilə birlikdə İngiltərədəki Knebvvortda son dəfə çıxış etmişdir.

Merkyuriyə 1987-ci ildə QİÇS diaqnozu qoyulanda şəxsi həyatını davam etdirsə də, Queen 1989-cu ildə "The Miracle" və 1991-ci ildə "Innuendo" adlı daha iki albom buraxmışdır. Merkyuri 1991-ci ildə QİÇS-in səbəb olduğu ağciyər iltihabından vəfat etməzdən əvvəl 23 noyabr 1991-ci ildə QİÇS xəstəliyinə tutulduğunu açıq elan etmişdir. Daha sonra Merkyurinin vokal səsyazmalarından ibarət "Made in Heaven" adlı albomu 1995-ci ildə işıq üzü görmüşdür. Dikon 1997-ci ildə təqaüdə çıxmış, Mey və Teylor 2004-cü ildən Pol RocersAdam Lambert ilə birlikdə "Queen +" adı altında qastrol səfərlərinə davam etmişdir.

1999-cu ildə Channel 4 tərəfindən keçirilən "Music of the Millenium" sorğusunda ən yaxşı ikinci qrup seçilmişdir. Queen qrupunun 18 albom, 18 sinql və 8 DVD-i dünya üzrə məşhurluq qazanmış və ən çox albom satan qruplar arasında yerini almışdır. Dünya üzrə 300 milyon albom satmışdır. Bunun 35,5 milyonu ABŞ-də satılmışdır.

Qrup, həmçinin "Flash Gordon""Highlander" filmlərinin mahnılarını hazırlamış, bundan əlavə "Ueynin Dünyası" filmində Queen qrupunun məşhur "Bohemian Rhapsody" adlı mahnısından istifadə edilmişdir.

Queen 250 milyondan 300 milyona qədər nüsxə sataraq dünyanın ən çox albom satan musiqi qruplarından birinə çevrilmişdir. 1990-cı ildə Queen Britaniya musiqisinə görkəmli töhfələrinə görə "Brit" mükafatına layiq görülmüşdür. 2001-ci ildə onlar Rok-n-roll şöhrət zalına, 2003-cü ildə isə dörd üzv hit sinql bəstələdiklərinə görə Mahnı bəstəkarları şöhrət zalına daxil edilmişdir. 2005-ci ildə Britaniya Mahnı bəstəkarları, Bəstəkarlar və Müəlliflər Akademiyası tərəfindən "İvor Novello" mükafatına, 2018-ci ildə isə "Qremmi ömür boyu müvəffəqiyyət" mükafatına layiq görülmüşdür.

Musiqi üslubu və təsirləri

[redaktə | mənbəni redaktə et]
Brayan Mey özü üçün xüsusi olaraq hazırlanmış Red Special gitara ilə 2017-ci ildə Londondakı the O2 Arena-dakı ifası. O, bu gitaradan yalnız 1970-ci illərin əvvəllərində qrupun qurulmasından bəri istifadə etmişdir.

Queen 1960-cı və 1970-ci illərin əvvəllərindəki Britaniya rok qruplarından, o cümlədən the Beatles, the Kinks, Cream, Led Zeppelin, Pink Floyd, The Who, Black Sabbath, Slade, Deep Purple, Devid Boui, GenesisYes-dən ilham almışdır. Merkyuri həmçinin rok-n-roll müğənniləri Litl Riçard, Elvis Presliqospel müğənnisi Areta Franklindən də təsirlənmişdir. Brayan Mey Beatles haqqında belə demişdir: "Onlar musiqi tərkibi, aranjiman və istehsal baxımından bizim müqəddəs kitabımız idi. "The White Album", mahnı hazırlamaq üçün studiyadan necə istifadə olunacağına dair tam kataloqdur". Merkyuri də həmçinin "Con Lennon həyatın özü idi və mütləq dahi idi. Hətta onlar Beatles qrupunda olanda da mən həmişə Con Lennonun işlərinə üstünlük verirdim. Bilmirəm niyə. Sadəcə olaraq, onda bir növ sehr var idi." Mey və Merkyuri həmçinin Cimi Hendriksdən təsirlənmişdir; Merkyuri bu haqda "O, həqiqətən bir rok-n-roll ulduzunda ola biləcək hər şeyə sahib idi" demişdir. Mey isə, "Cimi, əlbəttə ki, mənim bir nömrəmdir. Və mən həmişə deyirdim ki, […] Cimidən öyrənməkdən heç vaxt əl çəkmirəm." İlinq Kollecində Merkyurinin tezis mövzusu Hendriks idi. Merkyuri və Teylor Hendriksin vəfat səbəbilə 18 sentyabr 1970-ci ildə Kensinqton bazarındakı dükanlarını bağlamışdır.

1970-ci illərin əvvəllərində Queen qrupunun musiqi üslubu "Led Zeppelin Yes ilə görüşür" kimi təsvir edilmişdir; bu, "akustik/elektrik gitara ifratları və fantaziyadan ilhamlanmış çox hissəli mahnı dastanlarının" birləşməsindən irəli gəlir. Merkyuri Robert Plenti ən sevimli müğənnisi və Led Zeppelini "ən böyük" rok qrupu kimi təsvir etsə də, o, Queen-in "Led Zeppelinlə müqayisədə Liza Minnelli ilə daha çox ortaq cəhətləri olduğunu" qeyd etmişdir: "Biz rok-n-roll ənənəsindən daha çox şou-biznes ənənəsinə daha yaxınıq". Eddi Trank "Essential Hard Rock və Heavy Metal" kitabında Queen-i "hər kəs üçün nəsə təklif edə bilən əzəmətli və teatral bir hard rok qrupu" kimi təsvir etmiş və qrupun "Britaniya mənşəli səsləndiyini" qeyd etmişdir. Judas Priest qrupunun solisti Rob Helford qrup haqqında belə demişdir: "Qrupun üslubunu müəyyənləşdirmək üçün çətinlik çəkmək nadir hallarda rast gəlinən bir durumdur. Əgər hevi metal qrupusunuzsa, hevi metal qrupu kimi görünməli və səslənməlisiniz, ancaq Queen-i təsvir edə bilməzsiniz. Onlar bir gün pop qrupu, ertəsi gün "Bicycle Race" mahnısını yazan qrup, ertəsi gün isə tam inkişaf etmiş bir metal qrupu ola bilər. Onların musiqi üsulunun genişliyi müəyyən dərəcədə Beatles-ə çox bənzəyirdi". Onlar müxtəlif musiqiçilərin və janrların təsirlərinə istinad etsələr də, "Guitar World" jurnalından Coy Bosso bu haqda belə yazmışdır: "Queen, öz dəstxətti üzrə gedir".

Queen musiqisində bir çox fərqli janrdan ilham almış və tez-tez əsərlərində yumordan istifadə etmişdir. Onların musiqi üslubuna proqressiv rok (simfonik-rok kimi də tanınır), art-rok, qlem-rok, arena rok, hevi metal, operatik pop, pop rok, psixodelik rok, barokko-poprokabilli kimi janrlar daxildir. Queen həmçinin opera, music hall, folk, qospel, raqtaym və rəqs/disko musiqi janrlarından ilhamlanaraq mahnılar yazmışdır. Onun 1980-ci ildə buraxılmış "Another One Bites the Dust" adlı mahnısı fank-rok janrında böyük hit olmuşdur. İdman arenalarında və stadionlarda marş mahnıları ilə tanınan Queen, "We Will Rock You" və "We Are the Champions" kimi mahnıları ilə tamaşaçıların iştirakını hədəfləmişdir. Eynilə, "Radio Ga Ga" mahnısı da qrupun canlı ifalarında məşhurlaşmışdır çünki konsert ərzində "izdiham Nürnberq mitinqindəki kimi alqışlayırdı".

1963-cü ildə yeniyetmə Brayan Mey və onun atası xüsusi olaraq əks-səda əldə etmək üçün nəzərdə tutulmuş məşhur "Red Special" gitarasını hazırlamışdır. Mey, 1960-cı illərin sonu və ya 1970-ci illərin əvvəllərində Londonda keçirilən bir konsertdə uzun müddətdir pərəstişkarı olduğu Rori Qallaqer ilə tanış olduqdan sonra demək olar ki, yalnız Vox AC30 gücləndiricilərindən istifadə etmişdir. O, istədiyi səsi əldə etmək üçün altı qəpikdən plektrom kimi istifadə edir. Sonic eksperimentasiyası Queen mahnılarında əhəmiyyətli yer tutur. Queen musiqisinin fərqli xüsusiyyəti, əsasən Mey, Merkyuri və Teylorun səslərindən ibarət vokal harmoniyalarıdır ki, bunlara ən yaxşı nümunə "A Night at the Opera""A Day at the Races" studiya albomlarıdır. Bu səs inkişafının bir hissəsi prodüser Roy Tomas Beyker və mühəndis Mayk Stoun ilə əlaqələndirilir. Vokal harmoniyalarına əlavə olaraq, Queen çoxhissəli-səsyazmaların təkrarları ilə böyük bir xor səsini təqlid etməklə də tanınır. Məsələn, Brayan Meyin dediyinə görə, "Bohemian Rhapsody" mahnısında 180-dən çox vokal təkrarı var. Qrupun vokal strukturları The Beach Boys ilə müqayisə edilmişdir.

Queen loqosu

Qrafik dizayn üzrə təhsil almış Merkyuri, qrupun ilk albomunun çıxarılmasından qısa müddət əvvəl, onun rəsmi loqosunu çəkir və "Queen xaçı" adlandırır. Loqoda qrup üzvlərinin bürcləri göstərilmişdi: iki şir Şir bürcünü (Dikon və Teylor), yencək Xərçəng bürcünü (Mey) və iki pəri Qız bürcünü (Merkyuri) təmsil edir. Şirlər stilləşdirilmiş şəkildə qucaqlaşaraq Q hərfini əmələ gətirir, xərçəng hərfin üstündə dayanır, pərilər isə, onların hər biri bir şir altında qorunur. Q hərfinin içində tac, üstündə isə böyük Simurq quşu təsvir olunmuşdur. Ümumilikdə qrupun loqosu Birləşmiş Krallığın krallıq gerbi ilə oxşarlıqlara malikdir. Orijinal loqo, qrupun debüt albomunun arxa qapağında göründüyü kimi sadə bir rəsmdir, ancaq sonrakı albom üz qabığı təsvirlərində daha ətraflı və rəngarəng versiyalar yer almışdır.

Mahnı klipləri

[redaktə | mənbəni redaktə et]
Merkyuri Harlikvin kostyumunda ifa edərkən. O, "We Are the Champions" mahnısının klipində bu kostyumun yarısı ağ, yarısı qara formasında görünmüşdür.

Brüs Qouersin rejissorluq etdiyi "Bohemian Rhapsody" mahnısının klipində qrup "qürurlu 'qlem' həssaslığını" qəbul etmişdir. Queen II albomunun üz qabığında Mik Rokun fotoşəkilini təqlid edərək - bu da öz növbəsində "Şanxay Ekspresi" filmindəki aktrisa Marlen Ditrixin fotoşəkilindən ilhamlanmışdır - videoda üzləri görünən qrup üzvləri qaranlıqda almaz formasında dayanırlar. a kapella bölməsi onların vokal ifası ilə açılır.

Musiqi sənayesinin əsas rejissorlarından biri olan Devid Mallet qrupun sonrakı kliplərinin çoxunun rejissoru olub. Sonrakı bəzi musiqi videolarında klassik kinofilm kadrlarından istifadə olunur; "Under Pressure" mahnısının klipində 1920-ci illərin səssiz ağ-qara filmləri, o cümlədən Sergey Eyzenşteynin "Potemkin" döyüş gəmisiF. V. Murnaunun "Nosferatu" kinofilmlərindən kadrlar daxildir; "Radio Ga Ga" mahnısı üçün 1984-cü ildə çəkilmiş klipdə Fritz Lanqın "Metropolis" filmindən kadrlar istifadə olunmuşdur. "Calling All Girls" mahnısının klipi Corc Lukasın "THX 1138" filminə tribyut idi və 1995-ci ildə "Heaven for Everyone" mahnısının klipində Jorj Meliesin "Aya səyahət""Mümkün olmayan səyahət" filmlərindən kadrlar göstərilir. Malletin "I Want to Break Free" mahnısı üçün çəkdiyi klipin birinci hissəsi Britaniyanın uzun müddət məşhur olmuş "Coronation Street" adlı sabun operasını satirikləşdirib.

"Innuendo" mahnısının klipində stop-moşn animasiyası və rotoskopinq texnikası birləşdirilir. Qrup üzvləri kinoteatr ekranında "Min doqquz yüz səksən dörd" distopik filminin üslubunda əvvəlki Queen musiqi videolarından çəkilmiş illüstrasiyalar və şəkillər kimi təqdim olunur. "Flash" ("Flash Gordon" filmindən) və "Princes of the Universe" ("Highlander" filmindən) mahnıları üçün hazırlanmış videokliplərə qrupun mahnılarını bəstələdiyi filmlərin kadrları daxildir (ikinci videoklipdə Merkyurinin baş obrazla qılınc döyüşü səhnəsini qısa müddətə canlandırmasını əhatə edir). "We Will Rock You" 1977-ci ilin yanvarında Rocer Taylorun həyətində qış fəslinin soyuq bir günündə çəkilib. Həmin ilin sonunda New London Teatrında lentə alınan "We Are the Champions" mahnısının videoklipində Merkyuri öz imzası olan Harlikvin kostyumunda tamaşaçı kütləsinin qarşısında çıxış edir. Qrupun Merkyuri sağ ikən çəkdiyi son klipi isə "These Are the Days of Our Lives" mahnısına aid olur. Bu klip Merkyurinin xəstəliyini gizlətmək üçün ağ-qara rəngdə çəkilmişdir.

Queen və Ben Eltonun We Will Rock You tamaşasının 2002-ci ildən 2014-cü ilə qədər səhnələndiyi Vest Endin Dominion Teatrında Merkyurinin heykəli

2002-ci ilin may ayında Londonun Uest Enddəki Dominion Teatrında Queen mahnıları əsasında hazırlanan "We Will Rock You" adlı musiqili "rok teatrı" tamaşası nümayiş olunur. Tamaşa ingilis komediyaçı və yazıçı Ben Elton Brayan MeyRocer Teylorla əməkdaşlıq edərək yazmışdır. Teatrın prodüseri isə Robert De Nirodur. O vaxtdan bəri bir çox şəhərlərdə səhnələşdirilmişdir. Musiqili teatr Kraliça II Yelizavetanın qızıl yubileyi ilə açılıb. Yubiley qeyd etmələri çərçivəsində Brayan Mey Bukinqam sarayının damında Kraliçaya həsr olunan və "A Night at the Opera" albomundan "God Save the Queen” mahnısından gitara solosunu ifa edib. Bu tamaşanın səsyazması "A Night At The Opera" albomunun 30-cu Yubiley DVD-si üçün video kimi istifadə edilmişdir. 8 sentyabr 2004-cü ildə Las-Veqasdakı premyeradan sonra Queen Los-Ancelesdəki Sanset Bulvarında Hollywood RockWalka qəbul edildi.

We Will Rock You musiqili teatr tamaşası 2006-cı ilin noyabr ayında Yaponiyanın Tokyo şəhərində

Orijinal London istehsalının Dominion Teatrında 7 oktyabr 2006-cı il şənbə günü bağlanması planlaşdırılırdı, lakin ictimai tələbdən sonra şou 2014-cü ilin may ayına qədər davam etdi. "We Will Rock You" əvvəlki rekordçu "Grease-i" geridə qoyaraq, bu əlamətdar London teatrında indiyə qədər nümayiş etdirilən ən uzunmüddətli musiqili teatr tamaşası oldu. Brayan Mey 2008-ci ildə "We Will Rock You" filminin davamını yazmağı düşündüklərini bildirdi. Musiqili tamaşa Böyük Britaniyada 2009-cu ildə Mançester Saray Teatrı, Sunderland Empire, Birminqem Hipodromu, Bristol HipodromuEdinburq Tamaşa Evi kimi məkanlarda qastrol səfərində olmuşdur. 2022-ci ilin dekabrına olan məlumata görə, bu tamaşa 28 ölkədə 20 milyon insan tərəfindən izlənib. 2023-cü ilin yayında 12 həftəlik təkrar-yayım üçün London Kolizeyinə qayıdır.

Sin Bovim Merkuriyə həsr olunmuş, Queen musiqisindən şounun rəqqasları üçün saundtrek kimi istifadə edilən və "Bohemian Rhapsody", "Radio Ga Ga" və "Killer Queen" kimi treklərin arxasındakı hekayələri şərh edən "Queen at the Ballet" tamaşasını yazmışdır. Queen musiqisi Off-Broadway istehsalı olan Power Balladz-da, xüsusilə də şounun iki aktyoru tərəfindən "o dövrün sənət nailiyyətinin zirvəsi" hesab etdiyi "We Are the Champions" mahnısı ilə səsləndi.

Proqram təminatı və rəqəmsal yayımlar

[redaktə | mənbəni redaktə et]

1998-ci ildə Queen, Electronic Arts ilə birlikdə "Queen: The eYe" adlı kompüter oyunu nəşr etdi. Oyun qarışıq rəylər aldı. Bəzi tənqidçilər qeyd edirdilər ki, oyundakı döyüş səhnələri çətin idi, çünki idarəetmələr cavab vermirdi və kamera bucaqları çaşqınlıq yaradırdı. "PC Zone" jurnalı oyunun qrafikasını təsirsiz hesab etdi. Bununla belə, "PC PowerPlay" jurnalı qrafikləri "tamamilə heyrətamiz" adlandırdı. Oyunun inkişafı çox uzun vaxtda getdiyi üçün, oyun çıxanda qrafika artıq köhnə görünürdü.

Mey və Teylorun nəzarəti altında Queen-in geniş audio və video kataloqunu əhatə edən bir çox bərpa layihələri davam edir. 1986-cı ildə Uembli konsertinin DVD buraxılışı ("Live at Wembley Stadium"), 1982-ci ildə keçirilmiş Milton Keynes konsertinin DVD buraxılışı ("Queen on Fire – Live at the Bowl") və qrupun iki ən böyük video hitləri (1 və 2-ci cildlər) 1970 və 1980-ci illərdə qrupun musiqisi 5.1DTS çevrəci səs sistemlərinə remiks edilmişdir. Bu günə qədər qrupun yalnız iki albomu, "A Night at the Opera""The Game", DVD-Audio-da yüksək rezolyusiyaya malik çoxkanallı çevrəci səslə tam remiks edilmişdir. "A Night At The Opera" 2005-ci ildə albomun orijinal buraxılışının 30-cu ildönümü üçün bəzi yenilənmiş 5.1 miksləri və videoları ilə yenidən buraxılmışdır (CD+DVD-Video dəsti). 2007-ci ildə Queen-in əvvəllər buraxılmış konsertlərinin, "Queen Rock Montreal & Live Aid"-in Blu-ray nəşrləri buraxıldı, bu qrupun 1080p HD qətnaməsində ilk layihəsini qeyd etmişdir.

Queen dəfələrlə "Guitar Hero" franşizasında görünmüşdür: orijinal "Guitar Hero" video oyununda "Killer Queen"-in üz qabığı, "We Are The Champions", "Fat Bottomed Girls" və Pol Rodcersin "C-lebrity" filmində. "Guitar Hero World Tour" üçün trek paketinə "Guitar Hero 5"-də Devid Boui ilə "Under Pressure", "Guitar Hero: Van Halen"-da "I Want It All", "Guitar Hero: Metallica"-da "Stone Cold Crazy" və "Guitar Hero: Warriors of Rock"-da "Bohemian Rhapsody" mahnıları daxildir. 13 oktyabr 2009-cu ildə Brayan Mey xüsusi Queen Rock Band oyunu haqqında "pərdə arxasında" gedən "söhbətin" olduğunu açıqladı.

Queen Rock Band franşizasında da dəfələrlə səslənmişdir: "Rock Band", "Rock Band 2""Rock Band 3" ilə uyğun gələn 10 mahnıdan ibarət trek paketi (onlardan üçü "Lego Rock Band" ilə də uyğundur). Onların "Bohemian Rhapsody" hiti tam harmoniya və düymə dəstəyi ilə "Rock Band 3"-də nümayiş etdirildi. Qrup həmçinin "Lego Rock Band" video oyununda oynana bilən Lego avatarları kimi meydana çıxdı. 2009-cu ilin mart ayında Sony Computer Entertainment şirkətin "SingStar" karaoke franşizasının Queen markalı versiyasını buraxdı. PlayStation 2PlayStation 3-də mövcud olan oyun "SingStar Queen" adlanır və PS3-də 25, PS2-də isə 20 mahnı var. Queen-in "We Will Rock You" və digər mahnıları da "DJ Hero"-da yer alır.

İndiki üzvlər

[redaktə | mənbəni redaktə et]
  • Brayan Mey — gitara, vokal, klavişli alət, bas gitara (1970-indiki)
  • Rocer Teylor — nağara, vokal, zərb alətləri, gitara, klavişli alət, bas gitara (1970-ci ildən indiyədək)

Keçmiş üzvlər

[redaktə | mənbəni redaktə et]
  • Freddi Merkyuri — vokal, piano, klavişli alət, bəzən gitara (1970–1991; vəfat etmişdir)
  • Con Dikon — bas gitara, gitara, klavişli alət, bek-vokal (1971–1997)

Uzun müddətli Queen + turu vokalistləri

[redaktə | mənbəni redaktə et]
  • Pol Rocers — aparıcı vokal, ritm gitara, klavişli alət (2004–2009)
  • Adam Lambert — aparıcı vokal (2011-ci ildən indiyədək)

İndiki tur üzvləri

[redaktə | mənbəni redaktə et]
  • Spayk Edni — klavişli alət, piano, ritm gitara, bek-vokal (1984-dən indiyədək)
  • Nil Ferklauf — bas gitara, bek-vokal (2011-ci ildən indiyədək)
  • Tayler Uorren – zərb alətləri, nağara, bek-vokal (2017-ci ildən indiyədək)

Keçmiş tur üzvləri

[redaktə | mənbəni redaktə et]
  • Morqan Fişer — klavişli alət (1982)
  • Fred Mendel — klavişli alət (1982)
  • Devid Qrosman — bas gitara, bek-vokal (1998–2004)
  • Ceymi Mozes — ritm gitara, bek-vokal (1998–2009)
  • Denni Miranda — bas gitara, bek-vokal (2005–2009)
  • Nil Mörri — bas gitara (2008)
  • Rufus Tayqer Teylor – zərb alətləri, nağara, bek-vokal (2011–2017)

Erkən üzvlər

[redaktə | mənbəni redaktə et]
  • Mayk Qros — bas gitara (1970; 2019-cu ildə vəfat etmişdir)
  • Berri Mitçell — bas gitara (1970–1971)
  • Douq Boqi — bas gitara (1971)

EasyTimeline girişini tərtib etmək mümkün deyil:

EasyTimeline 1.90


Timeline generation failed: More than 10 errors found
Line 11: id:lvocals value:red legend:Əsas_və_bek-vokal

- Data expected for command 'Colors', but line is not indented.

 



Line 11: id:lvocals value:red legend:Əsas_və_bek-vokal

- Invalid statement. No '=' found.


Line 12: id:bvocals value:pink legend:Bek-vokal

- Invalid statement. No '=' found.


Line 13: id:lead value:teal legend:Əsas_və_ritm_gitara

- Invalid statement. No '=' found.


Line 14: id:rhythm value:brightgreen legend:Ritm_və_əsas_gitara

- Invalid statement. No '=' found.


Line 15: id:bass value:blue legend:Bas_gitara

- Invalid statement. No '=' found.


Line 16: id:keyboard value:purple legend:Klavişli_alət

- Invalid statement. No '=' found.


Line 17: id:drums value:orange legend:Zərb_alətləri

- Invalid statement. No '=' found.


Line 18: id:studio value:black legend:Studio_albomları

- Invalid statement. No '=' found.


Line 19: id:Live value:gray(0.65) legend:Canlı_albom

- Invalid statement. No '=' found.


Line 20: id:bars value:gray(0.9)

- Invalid statement. No '=' found.


Mükafat və nominasiyalar

[redaktə | mənbəni redaktə et]
border=none Əsas məqalə: Queen diskoqrafiyası
Studiya albomları
Canlı albomlar
Məşhur mahnıları

Konsert turları

[redaktə | mənbəni redaktə et]

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]