Rövnəq Həsənli

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Rövnəq Həsənli
Doğum tarixi 3 yanvar 1975(1975-01-03) (49 yaş)
Doğum yeri
Təhsili
Mükafatları "Azərbaycan Respublikasının əməkdar mədəniyyət işçisi" fəxri adı — 2019

Rövnəq Həsənzadə (3 yanvar 1975, Naxçıvan) — Redaktor, baş rejissor. Azərbaycan Respublikasının əməkdar mədəniyyət işçisi (2019).

Rövnəq Həsənzadə 1975-ci ildə Naxçıvan şəhərində anadan olub. 1991-ci ildə Naxçıvan şəhərindəki 5 saylı orta məktəbi bitirmişdir.

1991-ci ildə Azərbaycan İnşaat Mühəndisləri İnstitutunun "İnşaat" fakültəsinə qəbul olmuşdur. 1996-cı ildə Azərbaycan İnşaat Mühəndisləri Universitetinin "Sənaye və mülki tikinti" ixtisasını əla qiymətlərlə bitirmişdir. Həmçinin 1995-ci ildə Bakı Ali Mеnеcеr Kоllеcinin İnşaatçı menecment ixtisasını bitirmişdir.

Ali məktəbdə oxuduğu müddətdə təhsildən ayrılmamaqla Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında səhnə quraşdırıcısı vəzifəsində çalışmışdır (30.09.1994-?). Kinoya, mədəniyyətə, musiqiyə və teatra olan güclü marağı onun Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinə qəbul olmasına səbəb olmuş və bu universiteti də bitirmişdir.

Müəyyən müddət İctimai Televiziyada çalışmışdır.

Hal-hazırda Azərbaycan Dövlət Televiziyasında "Musiqi və əyləncəli proqramlar" redaksiyasının baş rejissoru vəzifəsində çalışır[1].

2019-cu il 6 noyabr tarixində Azərbaycan Respublikasında televiziya və radio sahəsinin inkişafında xidmətlərinə görə Prezident İlham Əliyevin sərəncamı ilə Azərbaycan Respublikasının əməkdar mədəniyyət işçisi fəxri adına layiq görülüb.[2]

  1. Bir mahnının tarixçəsi (veriliş, 2006)
  2. Xalq Heydər söyləyəcək (mahnı)
  1. "Musiqi və əyləncəli proqramlar redaksiyası. aztv.az saytı". 2013-09-13 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2013-10-09.
  2. "Azərbaycan Respublikasının televiziya və radio işçilərinə fəxri adların verilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı". 2022-01-07 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-08-24.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]