Rəşad Əhmədzadə

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Rəşad Əhmədzadə
Rəşad Rüfət oğlu Əhmədzadə
Doğum tarixi 3 aprel 1963(1963-04-03) (61 yaş)
Doğum yeri
Vətəndaşlığı
Həyat yoldaşı Səidə Haqverdiyeva
Atası Rüfət Əhmədzadə
Təhsili
Mükafatları "Azərbaycan Respublikasının əməkdar mədəniyyət işçisi" fəxri adı

Rəşad Rüfət oğlu Əhmədzadə (3 aprel 1963, Bakı) — Kukla teatrının direktoru, Azərbaycanın əməkdar mədəniyyət işçisi (2017).

Rəşad Əhmədzadə 3 aprel 1963-cü ildə Bakı şəhərində anadan olub. 172 saylı orta məktəbdə oxuyub (1970–1980).

1980-ci ilin dekabr ayında Ş. Qurbanov adına Azərbaycan Dövlət Musiqili Komediya teatrında fəaliyyətə başlayan Rəşad Əhmədzadə hərbi xidmətdən (1981–1983) sonra yenə Musiqili Komediya teatrına qayıdaraq 1996-cı ilə qədər burada səhnə maşinisti, texnik-radist , işıqçı, butaforçu, inzibatçı, bədii quruluş hissə müdiri və direktor müavini vəzifələrində çalışıb.

1989–1994-cü illərdə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində təhsil alıb.

1996-ildən Abdulla Şaiq adına Azərbaycan Dövlət Kukla teatrında direktor müavini vəzifəsində çalışıb.

2010-cu ilin aprel ayından Abdulla Şaiq adına Azərbaycan Dövlət Kukla Teatrının direktoru təyin olunmuşdur. 2011-ci ildən "UNİMA" Azərbaycan Milli Mərkəzinin Prezidentidir.

9 mart 2017-ci ildə Azərbaycanın Əməkdar mədəniyyət işçisi fəxri adına layiq görülmüşdür.[1]

2017-ci ildə-2018-ci illərdə Azərbaycan Dövlət Yuğ Teatrının direktoru vəzifəsini müvəqqəti icra edib.[2]

  1. President.az. "Azərbaycan Respublikasının teatr xadimlərinə fəxri adların verilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı" (az.). President.az. 09.03.2017. 2021-09-29 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-03-09.
  2. Kulis.az. ""Yuğ" Teatrının direktoru və baş rejissoru işdən çıxarılıb" (az.). Kulis.lent.az. 10.10.2017. 2021-07-24 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-10-10.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]