Rəcəb Paşa

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Rəcəb Paşa
osman. رجب پاشا
1720 – 1721
ƏvvəlkiDəllak Əli Paşa
SonrakıNişançı Mehmed Paşa
Şəxsi məlumatlar
Vəfat tarixi 1726
Vəfat yeri
Fəaliyyəti siyasətçi
Həyat yoldaşı
Rütbəsi general

Kürəkən Rəcəb Paşa (v. 1726, Konstantinopol) — Osmanlı sultanı III Əhməd dönəmində müxtəlif vəzifələrdə xidmət etmiş dövlət xadimi.

Əslən alban olub, saraydakı qohumları vasitəsilə Əndəruna alınmışdır. Ardından saray xəzinədarı olaraq xidmət etdikdən sonra 1707-ci ilin sentyabrında vəzirliklə Diyarbəkir, 1710-cu ildə Van, 1711-ci ildə Sivas, 1712-ci ildə Trabzon valisi təyin edildi. Bu vəzifədə ikən 1712-ci ildə Sultan Mustafanın qızlarından Əminə Sultanla nigahlandı.

1713-cü ildə Təkə, 1714-cü ildə Qüds, 1716-cı ildə Şam, 1717-ci ilin iyulunda Vidin, 1719-cu ilin fevralında Hələb, 1720-ci ildə Misir bəylərbəyi oldu. Ancaq bir il sonra vəzifədən alındı və çox keçmədən yenidən Hələbə təyin olundu. Daha sonra 1724-cü ilin martında Tiflis, 1725-ci ilin mayında Diyarbəkir, 1726-cı ildə İrəvan bəylərbəyi oldu. Ancaq həmin il vəfat etmişdir.