Ramazan Xəlilov
Ramazan Xəlilov | |
---|---|
Doğum tarixi | 1901 |
Vəfat tarixi | 11 yanvar 1999 |
Fəaliyyəti | jurnalist |
Mükafatları |
Ramazan Həmzət oğlu Xəlilov (1901 – 11 yanvar 1999) — jurnalist, tərcüməçi. professor (1995).
Haqqında
[redaktə | mənbəni redaktə et]Ramazan Xəlilov 1901-ci ildə anadan olmuşdur. 1908–1914-cü illərdə Tiflisdə, 1914–1917-ci illərdə Moskvada gimnaziyada oxumuş, 1918-ci ildə "Ləzgi alayı"nın tərkibində Zaqatala, Qəbələ, Şəki və Gəncənin erməni daşnaklarından təmizlənməsində iştirak etmişdir. R. Xəlilov 1923-cü ildən jurnalistika ilə məşğul olmuş, 1933-cü ildə Moskva Redaktə-Nəşriyyat İnstitutunu bitirmişdir. O, 1933–1938-ci illərdə Sankt Peterburqda yaşamış, jurnalist fəaliyyətini davam etdirmişdir. Dahi bəstəkar Üzeyir Hacıbəyovun dəvəti ilə Bakıya gələn Ramazan Xəlilov əvvəlcə Azərbaycan Dövlət Konservatoriyasında Ü. Hacıbəyovun ədəbi katibi, 1941–1953-cü illərdə isə Azərbaycan Dövlət Konservatoriyasının rektorunun birinci müavini vəzifəsində çalışmışdır. R. Xəlilov 1975-ci ildən Üzeyir Hacıbəyovun xatirə ev-muzeyinə rəhbərlik etmişdir.
1995-ci ildə "Şöhrət" ordeni ilə təltif edilmişdir.[1]
Ramazan Həmzət oğlu Xəlilov 1999-cu ildə vəfat etmişdir.
Həmçinin bax
[redaktə | mənbəni redaktə et]- Üzeyir Hacıbəyovun baldızı oğludur.[2]
İstinadlar
[redaktə | mənbəni redaktə et]- ↑ "R. H. Xəlilovun "Şöhrət" ordeni ilə təltif edilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin 16 sentyabr 1995-ci il tarixli, 384 nömrəli Fərmanı [ölü keçid] (az.)
- ↑ Üzeyir Hacıbəyov Ensiklopediyası. Bakı, 2007, səh.108.