Rza İsmayılov (dövlət xadimi)
Rza İsmayılov | |
---|---|
25 aprel 1951 – 26 mart 1953 | |
Əvvəlki | vəzifə təsis edilib |
Sonrakı | vəzifə ləğv edilib |
28 mart 1946 – 28 yanvar 1948 | |
Əvvəlki | vəzifənin adı dəyişdirilib |
Sonrakı | Hüseyn Nəcəfov |
20 sentyabr 1950 – 25 aprel 1951 | |
Əvvəlki | Hüseyn Nəcəfov |
Sonrakı | vəzifə ləğv edilib |
194? – 28 mart 1946 | |
Sonrakı | vəzifənin adı dəyişdirilib |
1941 – 194? | |
1937 – 1939 | |
Şəxsi məlumatlar | |
Doğum tarixi | 16 yanvar 1911 |
Doğum yeri | |
Vəfat tarixi | 12 yanvar 1973 (61 yaşında) |
Partiya |
|
Təhsili |
|
|
|
Təltifləri |
Rza Məmmədrza oğlu İsmayılov (16 yanvar 1911, Bakı – 12 yanvar 1973) — Azərbaycan dövlət xadimi, Azərbaycan SSR meşə sənayesi naziri, Azərbaycan Kommunist Partiyası Yevlax Rayon Komitəsinin birinci katibi (1937–1939), Azərbaycan SSR Ali Sovetinin I və II çağırış deputatı.
Həyatı
[redaktə | vikimətni redaktə et]Rza Məmmədrza oğlu İsmayılov 1911-ci ildə Bakı şəhərində anadan olmuşdur. 1929-cu ildə Bakı Pedaqoji Texnikumunu bitirdikdən sonra Qala kəndində müəllimlik etmiş və bir neçə il xalq maarifi sistemində işləmişdir. Sonralar məsul partiya işinə göndərilmiş, 1937–1939-cu illərdə Azərbaycan Kommunist Partiyası Yevlax Rayon Komitəsinin birinci katibi olmuşdur.[1]
1939-cu ildə Rza İsmayılov Azərbaycan SSR Xalq Daxili İşlər Komissarlığının fəhlə-kəndli milisi orqanlarında işləmiş, burada əvvəlcə XDİK Fəhlə-Kəndli Milis İdarəsi rəisinin müavini, sonra isə rəisi vəzifəsində çalışmışdır. 1941-ci ildə Rza İsmayılov Azərbaycan SSR xalq meşə sənayesi komissarının birinci müavini təyin edilmiş, az sonra isə meşə sənayesi naziri təsdiq olunmuşdur. Bu vəzifədə o, 1953-cü ilədək işləmişdir. Sonralar isə Rza İsmayılov Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin məsul təşkilatçısı, Bakı ət kombinatının direktoru vəzifələrində çalışmışdır. 1960-cı ildən 1971-ci ilədək isə Azərbaycan SSR Nazirlər Sovetinin Dövlət Meşə Təsərrüfatı Komitəsi sistemində işləmişdir.[1]
Rza İsmayılov 1932-ci ildən Sovet İttifaqı Kommunist Partiyasının üzvü olmuşdur. O, Azərbaycan KP MK-nın üzvü, birinci və ikinci çağırış Azərbaycan SSR Ali Sovetinin deputatı seçilmişdir. "Qırmızı əmək bayrağı" və "Şərəf nişanı" ordenləri, eləcə də SSRİ medalları ilə təltif edilmişdir. İttifaq əhəmiyyətli fərdi təqaüdçü olmuşdur.[1]
Rza İsmayılov 1973-cü ilin yanvar ayında vəfat etmişdir.[1]
İstinadlar
[redaktə | vikimətni redaktə et]Xarici keçidlər
[redaktə | vikimətni redaktə et]- "Исмайлов Рза Мамед Рза оглы" (rus). Память народа. İstifadə tarixi: 24 yanvar 2023.
- 16 yanvarda doğulanlar
- 1911-ci ildə doğulanlar
- Bakıda doğulanlar
- 12 yanvarda vəfat edənlər
- 1973-cü ildə vəfat edənlər
- 61 yaşında vəfat edənlər
- Sovet İttifaqı Kommunist Partiyasının üzvləri
- Azərbaycan Dövlət Pedaqoji Kollecinin məzunları
- SSRİ-nin "Qırmızı əmək bayrağı" ordeni ilə təltif edilənlər
- "Şərəf nişanı" ordeni ilə təltif edilənlər
- "Qafqazın müdafiəsinə görə" medalı ilə təltif edilənlər
- "1941–1945-ci illər Böyük Vətən müharibəsində Almaniya üzərində qələbəyə görə" medalı ilə təltif edilənlər
- Əlifba sırasına görə vəzifəli şəxslər
- Azərbaycan SSR xalq komissarları və nazirləri
- Azərbaycan SSR Ali Sovetinin I çağırış deputatları
- Azərbaycan SSR Ali Sovetinin II çağırış deputatları
- Azərbaycan Kommunist Partiyası Yevlax Rayon Komitəsinin birinci katibləri
- Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin üzvləri