Sədrəddin Xiyavi
Bu məqalənin ensiklopedik tələblərə cavab vermədiyinə dair şübhələr var. |
Bu məqalədəki məlumatların yoxlanıla bilməsi üçün əlavə mənbələrə ehtiyac var. |
SƏDRƏDDİN XİYAVİ | |
---|---|
Doğum yeri | Şirvan |
Vəfat tarixi | |
Vəfat yeri | Şamaxı |
Fəaliyyəti | alim |
Sədrəddin Xiyavi - mənşəcə Azərbaycan türklərindən olan məşhur xəlvəti şeyxlərindən biri və sufi alimidir.
Xiyav və ya Müşəkkə kəndində doğulmuşdur. Mənbələr hansı kənddə doğulması haqqında ziddiyyətli məlumat verir. Ləmazatda isə Xiyavın qəza, Müşəkkənin isə kənd olduğu bildirilir. Həsən Krımi də Xiyavın Şirvanın kəndlərindən biri olduğunu, digər adının isə Cənaim olduğunu qeyd edir. Mehmet Rıhtım isə Xiyavın Şirvanda yer adı olduğunu qeyd edir.
Şeyx Sədrəddin çoxlu fəhlə işlədərək yundan paltar tikdirib satan zəngin və səxavətli bir tacir olmuşdur. Şeyx İzzəddin Xəlvəti ilə Xiyavda görüşdükdən sonra təsirlənmiş və onun müridi olmuşdur. Bir müddət sonra seyri-sülukunu tamamladıqdan sonra Xiyava gələrək ətraf ərazilərdə irşada başlamışdır. Şeyx Sədrəddin kçik qızın Seyid Yəhya Bakuviyə ərə vermişdi. O, qazancı ilə öz məişətini və müridlərinin ruzisini təmin edir, başqasından yardım almazmış.
Şeyx Sədrəddin 1425-ci ildə vəfat etmişdir. Qəbri Şamaxı yaxınlığında "Günbəz-qubur"dadır.
Xəlifələri Şeyx Pirzadə, Şeyx İbrahim, Şeyx İlyas və Seyid Yəhya Bakuvidir.
- 1425-ci ildə vəfat edənlər
- İslam alimləri
- Türk din adamları
- Türk filosoflar
- Türk alimlər
- Xəlvətilik
- Xəlvətiyyə şeyxləri
- Övliyalar
- Sufilər
- Seyidlər
- Azərbaycan sufiləri
- Azərbaycan alimləri
- Azərbaycanlı alimlər
- Azərbaycan şairləri
- Azərbaycanlı şairlər
- Azərbaycanlı din adamları
- Azərbaycanlı filosoflar
- Azərbaycan filosofları
- Şirvanda (Azərbaycan) doğulanlar
- Şamaxıda vəfat edənlər
- Doğum tarixi bilinməyənlər
- XIV əsr Azərbaycan filosofları
- XV əsr Azərbaycan filosofları