Sərnişin konveyeri
Sərnişin konveyeri (slenq ing. travelator) və ya Hərəkət edən səki — sərnişinlərin hərəkətini yüngülləşdirən və ya tezləşdirən hərəkət edən pilləsiz mexaniki yol.
Terminologiya
[redaktə | mənbəni redaktə et]O ingilis dilində : travelator, walkalator, movator.[1][2], rus dilində isə həmçinin "qaçan yol" («бегущая дорожка») və "hərəkət edən səki" («движущийся тротуар») də adlandırırlar.
İstifadə sahəsi
[redaktə | mənbəni redaktə et]Sərnişin konveyeri bir qayda olaraq böyük ticarət komplekslərində, aeroportlarda, vağzallarda və sərgi komplekslərində istifadə edirlər. Onlar həm şaquli, həm də üfüqi qurulur. Sürətinə görə sərnişin konveyerləri az sürətli (2.5-3.6 km/saat), sürətli (12–17 km/saat) və passiv kabinəli sistemlərə (20–33 km/saat) bölünürlər. Sərnişinlər az sürətli səkilərin lentinə səkidən və ya giriş meydançasından keçirlər. Sürətli lentlərə isə ardıcıl olaraq aşağı sürətli lentdən daha böyük sürətli lentə prinsipi ilə keçirlər. Sürət artdıqca hərəkət edən səkinin (Travolatorun) sərnişin daşıma qabiliyyəti artır, lakin müəyyən sürətdən sonra aşağı düşməyə başlayır. Sürətli səkilər daha yüksək daşıma qabiliyyətini təmin edirlər. Hərəkət edən səkilərin (Travolatorların) bir sıra üstünlükləri (məsələn: pillələrinin olmaması və bu səbəbdən istənilən qabaritli əşyaların rahat üzərində yerləşdirilə bilinməsi..) vardır. Lakin, onun məhdudiyyətləri də mövcuddur, məsələn; - onun yalnız müəyyən meyl bucağı altında yerləşdirilməsi (sərnişinlərin hərəkət zamanı müvazinətliliyini təmin edəcək meyl bucağı), eskalatorlardan fərqli olaraq sərt meyl bucağı altında yerləşdirilməsi imkanlarının məhdud olması. Sərnişin konveyerləri praktiki olaraq geniş ərazili, əhalinin (sərnişin) kütləvi axınlarının daimi mövcud olduğu böyük ticarət mərkəzlərində, hava limanlarında, dəmir yolu stansiyalarında, metropoliten stansiyalarında, yeraltı piyada keçidlərində, sərgi kompleksləri və s. istifadə olunur.
Həmçinin bax
[redaktə | mənbəni redaktə et]Mənbə
[redaktə | mənbəni redaktə et]- Çingiz Rəhimov, Bakı şəhərində avtobus sərnişin daşımalarının təşkilində müasir üsulların tətbiqi
- Chingiz Rehimov МЕТОДЫ ОПРЕДЕЛЕНИЯ ТРЕБУЕМОГО КОЛИЧЕСТВА ЛЕГКОВЫХ АВТОМОБИЛЕЙ ТАКСИ И ПРАКТИКА МИРОВЫХ СТРАН В ЭТОЙ ОБЛАСТИ Arxivləşdirilib 2012-09-06 at the Wayback Machine
- Cavadov Əlvahab, "Avtomobil Sərnişin Daşımaları".
- Moving sidewalk video Arxivləşdirilib 2008-02-08 at the Wayback Machine
- Технические характеристики типов траволаторов Arxivləşdirilib 2012-04-25 at the Wayback Machine
İstinadlar
[redaktə | mənbəni redaktə et]- ↑ Moving walkway (ing.)
- ↑ moving walkway — Definitions from Dictionary.com Arxivləşdirilib 2012-06-07 at the Wayback Machine (ing.)