39°45′44″ şm. e. 46°45′09″ ş. u.HGYO

Sadıqcanın evi

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Sadıqcanın evi
Şuşanın Merdinli məhəlləsində Mirzə Sadıqın evi (işğaldan əvvəlki şəkil)
Şuşanın Merdinli məhəlləsində Mirzə Sadıqın evi (işğaldan əvvəlki şəkil)
39°45′44″ şm. e. 46°45′09″ ş. u.HGYO
Ölkə  Azərbaycan
Şəhər Şuşa
Yerləşir Şuşa şəhəri, Sadıqcan, 40
Aidiyyatı Şuşa Dövlət Tarix-Memarlıq Qoruğu
Tikilmə tarixi XIX əsr
Üslubu Arran memarlıq məktəbi
Vəziyyəti yararsız vəziyyətdə
UNESCO Ehtiyat Siyahısı
TipiMədəni
Kriteriyai,iv,v,vi
Təyin edilib2001
DövlətAzərbaycan
RegionAvropa
İstinad nöm.366
Kateqoriyaimarət
ƏhəmiyyətiYerli əhəmiyyətli

Sadıqcanın eviŞuşa şəhərində XIX əsrdə tikilmiş yaşayış binası. Merdinli məhəlləsində yerləşir. Sadıqcan təxəllüslü — Azərbaycan musiqiçisi, tarzən, bəstəkar və Azərbaycan tarını təkmilləşdirən Mirzə Əsəd oğlu Sadıqın yaşadığı ev. İmarət tarzən Sadıqcanın nəvəsi Sadıqov Rəhim adına qeydiyyatdadır.

Mirzə Əsəd oğlu Sadıqın evi Şuşa şəhərində Merdinli məhəlləsində, hal-hazırda onun adını daşıyan Sadıqcan, 40 ünvanında yerləşir.[1][2] Bina XIX əsrin memarlıq abidəsidir. Sadıqcan təxəllüslü Mirzə Əsəd oğlu Sadıq musiqiçi, tarzən, bəstəkar və Azərbaycan tarını təkmilləşdirən sənətkardır.[3][4]

Sadıq Mirzə Əsəd oğlu 1846-cı ildə Şuşa şəhərində anadan olub.[5][6][7] Ailələri maddi cəhətdən o qədər də imkanlı olmayıb, atası gözətçi işləyib.[5] Musiqiçinin doğulduğu ev bir mərtəbəli idi və iki otaqdan ibarət idi. Daha sonra, Mirzə Sadıq şöhrət qazanarkən, Şuşanın ən yaxşı küçələrindən birində üç mərtəbəli bir ev tikdi və özü də bir neçə gün tikinti işində iştirak etmişdir.[8]

Sadıqcanın evi Şuşa şəhərinin işğalından sonra erməni terrorçuları tərəfindən dağıdılmışdır. Şəhər azad edildikdən sonra binanın xarabalıqları aşkar edilmişdir.[9]

  1. "Sadıqcan küçəsi (Şuşa)". 2022-01-08 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-01-07.
  2. "MƏDƏNİYYƏT » MUZEYLƏR VƏ EV-MUZEYLƏR Sadıqcanın evi". 2022-01-07 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-01-07.
  3. Садых М. А. // Музыкальная энциклопедия / под ред. Ю. В. Келдыша. — М.: Советская энциклопедия, Советский композитор, 1978. — Т. 4.
  4. Huseynova, Aida. Music of Azerbaijan: From Mugham to Opera. Indiana University Press. 2016. səh. 30. (#accessdate_missing_url)
  5. 1 2 Xəlilzadə, Flora. "Naleyi-ney, nəğmeyi-tar". medeniyyet.az. medeniyyet.az. 2022-03-31 tarixində arxivləşdirilib. İstifadə tarixi: 19 iyun 2018.
  6. Абасова Э. Узеир Гаджибеков: путь жизни и творчества. — Б.: Элм, 1985. — С. 64. — 197 с.
  7. Садых // Большой энциклопедический словарь. Музыка. — М.: Большая Российская Энциклопедия, 1998. — С. 480.
  8. Т. Садыгов. Бабам һаггында ешитдикләрим (азерб.) // Әдәбијјат вә инҹәсәнәт. — Б., 1984. — 27 aprel.
  9. "Sadıqcanın və digər məşhurların talan olan evləri - Video". 2022-09-29 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-01-07.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]