Sadir Məmmədov

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Sadir Məmmədov
Doğum tarixi 14 fevral 1950(1950-02-14) (74 yaş)
Doğum yeri
Elm sahələri tarix, hüquq
Elmi dərəcəsi Hüquq üzrə fəlsəfə doktoru
Elmi adı
İş yerləri Bakı Slavyan Universiteti, Elmi-tədqiqat Layihələri Laboratoriyası rəhbəri ofisinin müdiri
Elmi rəhbəri Lətif Hüseynov
Mükafatları "İctimai asayişin qorunmasında" göstərdiyi xidmətə görə medalı

Məmmədov Sadir Surxay oğlu (14 fevral 1950, Kəngərli, Ağdam rayonu) — hüquq üzrə fəlsəfə doktoru, dosent, polis polkovniki, Qarabağ müharibəsi veteranı, istefada olan polis polkovniki

Sadir Surxay oğlu Məmmədov 14 fevral 1950-ci ildə Ağdam rayonunun Göytəpə sovetliyinin Kəngərli kəndində anadan olmuşdur.[1]

  • 1956-cı ildə Göytəpə kənd orta məktəbinə daxil olmuş, 1966-cı ildə həmin məktəbin X sinfini bitirərək H. Zərdabi adına Kirovabad Dövlət Pedaqoji İnstitutunun Tarix fakültəsinə daxil olmuşdur. 1970-ci ildə həmin fakültəni bitirmişdir.
  • 1970-ci ildən Ağdam rayonu Söyüdlüqol orta məktəbində tarix, ictimaiyyət müəllimi işləmişdir. Eyni zamanda Ağdam şəhəri Üzeyir Hacıbəyov adına müsiqi texnikumunda həmin fənlər üzrə müəllim işləmişdir.
  • 1971-ci ildə hərbi xidmətə çağırılmış, 1972-ci ildə xidməti başa vuraraq Söyüdlüqol orta məktəbində müəllim və təlim-tərbiyə işləri üzrə direktor müavini vəzifəsində işləmişdir.
  • 1973-cü ildə Özbəkistan Respublikası Daxili İşlər orqanlarında xidmətə başlamışdır.
  • 1 oktyabr 1973-cü ildə Buxara vilayətinin Nəvoi şəhər daxili işlər şöbəsinin cinayət-axtarışı bölməsində əməliyyat müvəkkili və baş əməliyyat müvəkkili vəzifələrində xidmətə başlamışdır.
  • 1979-cu ildən Buxara şəhər Daxili işlər idarəsinin cinayət axtarış şöbəsinin rəisi vəzifəsində işləmişdir.
  • 1982-ci ildə Moskva şəhərində keçmiş SSRİ Daxili İşlər Nazirliyinin Akademiyasına daxil olmuşdur. 1984-cü ildə həmin Akademiyanı fərqlənmə diplomu ilə bitirmiş və təyinatla Bakı Milis Məktəbində xüsusi fənlər üzrə müəllim, baş müəllim və həmin kafedranın rəisi vəzifələrində işləmişdir.
  • 1986-cı ildə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Cinayət Axtarışı İdarəsində mühüm işlər üzrə baş əməliyyat müvəkkili vəzifəsində çalışmışdır.
  • 1988-ci ilin 11 fevralında Dağlıq Qarabağ Muxtar Vilayətində yaranmış vəziyyətlə əlaqədar AR Dİ nazirinin əmrinə əsasən Xankəndinə (Stepanakertə) ezam olunmuşdur.
  • 1989-cu ildə Azərbaycan Respublikası DQMV-i Şuşa Rayon Daxili İşlər Şöbəsinin rəisi, 1990-cı ildə DQMV-nin Daxili İşlər İdarəsinin rəis müavini vəzifəsinə təyin olunmuşdur.
  • 1992-ci il iyunun 17-də Ağdərə Rayon Polis Şöbəsinə rəis vəzifəsinə təyin olunmuş və həmin il iyul ayının 24-də həmin vəzifədən azad edilmişdir.
  • 1992-ci ildə Özbəkistan Respublikası DİN-nin Ali Milis Məktəbində xüsusi fənlər üzrə baş müəllim vəzifəsində işləmişdir.
  • 1993-cü ilin may ayında Özbəkistan Respublikası DİN-nin Baş Cinayət Axtarışı İdarəsinin rəis müavini vəzifəsinə təyin edilmişdir.
  • 1993-cü ilin oktyabrında AR DİN-in tələbnaməsi ilə yenidən Azərbaycana qayıtdıqdan sonra Azərbaycan Respublikası DİN-in Narkomaniya və Narkobiznesə qarşı mübarizə İdarəsinin rəis müavini vəzifəsində, 1995-ci dekabrından Nəqliyyatda Baş Polis İdarəsində Cinayət Axtarış İdarəsində şöbə rəisi, 2000-ci ildən isə həmin baş idarədə Narkotiklərlə Mübarizə Şöbəsinin rəisi vəzifəsində işləmişdir.
  • 2005-ci ildə yaş həddinə görə Daxili İşlər orqanlarından təqaüdə çıxmışdır.
  • 2007-ci ildə elmi işini müdafiə etmiş və hüquq elmlər namizədi alimlik dərəcəsi almışdır.
  • 2010-cu ilin yanvar ayından bu günə kimi Bakı Slavyan Universitetinin Beynəlxalq Münasibətlər fakültəsinin Diplomatiya və xarici siyasət kafedrasının dosenti və Azərbaycanşünaslıq tədris-mədəniyyət mərkəzində böyük elmi işçi və Qarabağ bölməsinin rəhbəri vəzifəsində işləmişdir. Hal-hazırda Azərbaycanşünaslıq elmi-tədqiqat laboratoriyasının müdiridir. 2016-cı il may ayının 4-də Azərbaycan Respublikası müharibə, əmək və silahlı qüvvələri veteranları təşkilatının üzvü olmuşdur. Qarabağ müharibəsi veteranıdır. Onun haqqında iki kitab nəşr olunmuşdur: Rüstəm Kamalın "Tanı oğlunu, Vətən" və Əbülfət Mədətoğlu, Qasım Qırxqızlı "Zəhmli polkovnik".

Ailəlidir, 3 övladı, 6 nəvəsi var.

Elmi fəaliyyəti

[redaktə | mənbəni redaktə et]

50-dən çox elmi əsərin, Xocalı soyqırımı və ermənilər tərəfindən azərbaycanlılara qarşı törədilmiş soyqırıma həsr olunmuş kitabların müəllifidir. Hər bir kitab dünyanın 12 dilinə (türk, rus, ingilis, ukrayna, belarus, fransız, alman, yunan, çex, polyak, bolqar və ivrit dillərinə) tərcümə edilmişdir.

  1. "Məmmədov Sadir Surxay oğlu". 2022-01-26 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-10-04.