Sara İbrahimova

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Sara İbrahimova
azərb. Sara Hökmulla qızı İbrahimova
Doğum tarixi (84 yaş)
Doğum yeri SSRİ, Azərbaycan SSR, Lənkəran
Vətəndaşlığı SSRİ SSRİ
Azərbaycan Azərbaycan
Milliyyəti Azərbaycanlı
Fəaliyyəti kitabxanaçı-biblioqraf, kitabxana direktoru
Fəaliyyət illəri 1961-2020
Mükafatları "Azərbaycan Respublikasının əməkdar mədəniyyət işçisi" fəxri adı — 2008
"Tərəqqi" medalı — 2000
Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu — 2015
"Bakı Dövlət Universitetinin 100 illiyi (1919-2019)" yubiley medalı — 2019

Sara İbrahimova (d. 6 yanvar 1940, Lənkəran, Azərbaycan SSR) — Azərbaycan Respublikasının əməkdar mədəniyyət işçisi (2008)[1], Azərbaycan Respublikası Prezidentinin fəxri diplomçusu (2019)[2], tanınmış kitabxana işi mütəxəssisi. 1984–2020-ci illərdə Bakı Dövlət Universitetinin Elmi kitabxanasının direktoru vəzifəsində çalışmışdır.[3] Bakı Dövlət Universitetinin 80 illiyi münasibətilə "Tərəqqi" medalı (2000)[4], həmçinin "Bakı Dövlət Universitetinin 100 illiyi (1919–2019)"[5] yubiley medalı ilə təltif edilmişdir.

Sara Hökmulla qızı İbrahimova 6 yanvar 1940-cı ildə Lənkəran şəhərində dünyaya göz açmışdır. Ailəlidir. İki övladı var.[3]

Lənkəran şəhər 4 saylı orta məktəbdə (1950–1960) təhsil alıb. 1960-cı ildə Azərbaycan Pedaqoji İnstitutunun mexanika-riyaziyyat fakültəsinin qiyabi şöbəsinə qəbul olmuşdur. 1962–1967-ci illərdə Azərbaycan Dövlət Universitetinin (indiki Bakı Dövlət Universitetinin) Kitabxanaçılıq fakültəsində təhsil almışdır.[3]

1961-ci ildə Azərbaycan Dövlət Universitetinin kitabxanasında (indiki Bakı Dövlət Universitetinin Elmi kitabxanasında) işə düzəlir.[3] O, 1967-ci ildə bu kitabxanada şöbə müdiri təyin olunur, 1984-cü ildə isə kitabxanaya direktor vəzifəsinə irəli çəkilir.[3] 2020-ci ilədək bu kitabxananın direktoru vəzifəsində çalışmışdır.[6]

  1. ""Azərbaycan qadınlarının bir qrupuna fəxri adların verilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin Sərəncamı, 25 sentyabr 2008-ci il, № 3062". 2020-04-08 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-01-03.
  2. "Bakı Dövlət Universitetinin əməkdaşlarının "Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu" ilə təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı, 25 noyabr 2019-cu il, № 1606". 2021-01-07 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-01-03.
  3. 1 2 3 4 5 Mənəvi xəzinəmizin təəssübkeşi və fədaisi. "Respublika" qəzeti. 28 noyabr 2019-cu il [ölü keçid]
  4. ""Məhəmməd Əmin Rəsulzadə adına Bakı Dövlət Universiteti müəllimlərinin təltif edilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin Fərmanı, 11 fevral 2000-ci il, № 279". 2022-03-25 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-01-03.
  5. "Bakı Dövlət Universitetinin əməkdaşlarının "Bakı Dövlət Universitetinin 100 illiyi (1919–2019) Azərbaycan Respublikasının yubiley medalı" ilə təltif edilməsi barədə Azərbaycan Respublikasının Təhsil Nazirinin Əmri, 25 noyabr 2019-cu il, № K-1768" (PDF). 2019-11-27 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2021-01-03.
  6. "BDU-da kadr dəyişiklikləri". 2021-01-28 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-01-03.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]