Sehr Nazirliyi

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Sehr Nazirliyi
  • ing. Ministry of Magic
Ümumi məlumatlar
Ölkə
Yurisdiksiya Birləşmiş Krallıq
Yaradılma tarixi 1707[2]
Baş qərargah
Ünvan Vaythall, London, İngiltərə
Rəhbərlik
Nazir Ulik Gamp (1707–1718; ilk)
Kornelius Fudge (1990–1996)
Rufus Skrimgeour (1996–1997)
Pius Tiknesse (1997–1998)
Kinqsley Şaklebolt (1998–)
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Magiya NazirliyiCoan Roulinqin Harri Potter romanında yaratdığı dünyada, London'da qurulmuş olan uydurma bir nazirlikdir. Bu təşkilat, Britanya'daki sehrbaz dünyasının rəhbərliyindən məsuldur. Əsas vəzifəsi, Maqlları cadugər dünyasından uzaq tutmaqdır. Bu kompleks və çox bürokratiya tələb edən bir vəzifədir.

Nazirlik binası yerin altındadır və girmək üçün, yer üstündəki telefon daxmasında 6-2-4-4-2 kodunu girmək lazımdır. Əlavə olaraq ora cisimlənmək və yaxud "uçan barıt" ilə buxarlaşmaq olur.

Quruluşu və vəziyyəti

[redaktə | mənbəni redaktə et]

"Maql" dünyası ilə əlaqəsi

[redaktə | mənbəni redaktə et]

Maql baş naziri sehr dünyasından xəbərdardır. Və digər dünya liderləri də Sirius Blek ve 10 ölüm yeyənin Azkaban həbsxanasından qaçması ilə birlikdə, Kornelius Fac (ing. Cornelius Fudge) bunun maqllara qarşı da bir təhlükə yaratdığını düşündükdən sonra bu barədə maql baş nazirinə olanları demişdir. Həm də Nazirlik bəzi Sehrli məxluqların əldən qaçması kimi xüsusi hallarda da, Səhv Məlumatlandırma Ofisi (Sehrli Məxluqların Təşkil Edilməsi və Nəzarət Dairəsinin alt hissəsidir) maql baş nazirinə, maqlları inandırabiləcək hekayələr uydurma mövzusunda köməkçi olmaqdadır. Nazirlik orqanı ilk vaxtlar olan "Sehrbazlar Şurası"nın yerini almışdır.

Nazirlik içindəki səlahiyyətli dairələr

[redaktə | mənbəni redaktə et]

Magiya Nazirliyi ən böyükləri olan Cadu Qanunları Tətbiq Dairəsi 21 ədəd hissəyə ayrılmışdır. Bunlar aşağıdakı kimidir:

  • Sehrli Nəqliyyat Dairəsi
  • Cadu Qanunları Tətbiq Dairəsi
  • Cadu qəzalarını Düzəltmə Servisi
  • Cin və cücə əlaqə Dairəsi
  • Təcrübi Sehrlər Dairəsi
  • Sir Dairəsi/Adı-Ağıza-Alınmayanlar
  • Sehrli Məxluqlar Dairəsi
  • Maql Əşyalarının sui-istifadəsi dairəsi
  • Sehrli Oyunlar və idmanlar Dairəsi
  • Sehrin Uyğunsuz İstifadəsi Dairəsi
  • Magiya Nazirliyi Sirr Dairəsi
  • Sehrli Məxluqların təşkil edilməsi və Nəzarət Dairəsi
  • Sehrli Qanuni Sanksiya Dairəsi
  • Sehrli fəlakətlər Dairəsi
  • Sehrli Hüquq İcra Komandası
  • Təhlükəli Məxluqların Rəhbərliyi
  • Beynəlxalq Sehrlilik Əməkdaşlıq hissəsi
  • Unutdurma hissəsi
  • Qadağan edilmiş cadulanabilən obyektləri qeydiyyatı Dairəsi
  • Sehrbaz Dairəsi
  • Maql Elmləri Dairəsi

Nazirlikdəki səlahiyyətli şəxslər

[redaktə | mənbəni redaktə et]

Ludoviç "Ludo" Baqman, adı ilk olaraq Harri Potter və Alov Qədəhukitabında adı keçmişdir. Harri ilə Kviddiç Dünya kubokunda qarşılaşıblar.

Barti Krauç, Sr.

[redaktə | mənbəni redaktə et]

Bartemius Krauç, Sr., J. K. Roulinq tərəfındən yazılmış Harri Potter və Alov Qədəhi kitabından bir personajdır. Barti Krauç Cuniorun atasıdır.

4-cü kitabda Persi Uizlinin müdirliyini etmişdir. Oğlu Barti Krauç Cunior ölüm yeyənlərə qatıldığı üçün, oğlunu Azkabana göndərmişdir. Daha sonra oğlu tərəfindən öldürülmüşdür. Barti Krauç Sr., oğlunun anasının formasına çevrilməsini təmin edərək onu Azkabandan qaçırtmışdır. Anası isə Azkaban'da oğlunun formasında olrkən 1 il sonra ölmüşdür.

Con Dauliş, adı ilk dəfə Harri Potter və Simurq Ordeni kitabında eşidilmişdir.

Kornelius Osvald Fug, 1988-ci il ilə 1996-cı il arasında İngiltərə Sehr Nazirliyində, Sehr Naziri vəzifədə olmuşdur.

Fug, Sehr Naziri olduğu dövrdə Lord Voldemort geri dönmüşdü, ancaq Fug, Lord Voldemort'un döndüyüne inanmır və Harri Potter və Simurq Ordeni'nində Albus Dambldor'la Harrini qaralamaq üçün bir sıra xoşa gəlməz şeylər edir. Sehr Naziri olaraq Fug eyni zaman Rubeus Haqridin Azkabana aparılmasında məsul şəxsdir.

Rufus Skrimqor, J. K. Roulinq tərəfindən yazılmış Harri Potter ardıcıllığının xarakterlərindən biridir. Sehrbaz xalqının bir qismi onun vampir olduğuna inanır. İlk olaraq 6-cı kitab olan Harry Potter və Mələz Şahzadə kitabında Sehr naziri olaraq görülmüşdür. Sehr naziri olmadan əvvəl sehrbaz olaraq çalışırdı. Bu zamana qədər bu vəzifəni Kornelius Fug daşıyırdı. Əslində Harri ilə Skrimqour yaxşı anlaşmazdı. Harri 5-ci kitab olan Harri Potter və Alov Kubokunda yaşananlara görə Sehr nazirliyinə güvənmirdi. 7-ci və son kitab olan Harri Potter və Ölüm Hədiyyələrinda Voldemort tərəfindən öldürülmüşdür. Öldürülmədən əvvəl ona Harri Potterin yerini Kriatus lənəti ilə söyledilməyə çalışıldığıni, amma söyləmədiyi yazılmaqdadır.

Pius Tiknes, adı ilk olaraq Harri Potter və Ölüm Hədiyyələri kitabında keçmişdir. Pius, Yaksli tərəfindən İmperius Lənətinə məruz qalmış və qaranlıq tərəf adına Sehr naziri olmuşdur. Hoqvarts savaşında Artur və Persi Uizli tərəfindən məğlub edilmişdir.

Dolores Ceyn Ambric, Sehr Nazirliyində Nazirlik müşaviri olaraq vəzifə yerinə yetirən Ambric; solğun bir qurbağaya bənzəyir. Geniş, sallanan bir üzü və çox geniş, yumşaq bir ağzı vardır. Boynu yox kimidir. Yuvalarından fırlayacakmış kimi görünən iri və yumru gözləri vardır. Qısa və buruq saçlı. Bəzən saçına məxmər fiyonklar taxır. Titrək və tiz bir səsi olan Ambric hər zaman Çəhrayı rəng geyimlər geyir. 1995-ci ildə Albus Dambldorun Nazirlik tərəfindən Hoqvarts müdirliyindən uzaqlaşdırılması ilə Hoqvartsa müdir olaraq təyin edildi. Eyni zamanda da Qaranlıq sənətlərə Qarşı Müdafiə dərsinə girməkdədir. Hər şeyə qadağan gətirən Ambrici demək olar ki, Hoqvartsda heç kim sevmir.