Sergey Obraztsov

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Sergey Obraztsov
rus. Сергей Владимирович Образцов
Doğum adı Сергей Владимирович Образцов
Doğum tarixi 22 iyun (5 iyul) 1901[1]
Vəfat tarixi 8 may 1992(1992-05-08)[2][3][…] (91 yaşında)
Vəfat yeri
Dəfn yeri
Vətəndaşlığı
Fəaliyyəti aktyor, kuklaçı, kinorejissor, teatr rejissoru, teatr pedaqoqu[d], publisist, kukla dizayneri[d], rejissor, ssenarist
Təhsili
Mükafatları Sosialist Əməyi Qəhrəmanı
"Lenin" ordeni "Qırmızı əmək bayrağı" ordeni "1941–1945-ci illər Böyük Vətən müharibəsində rəşadətli əməyə görə" medalı "Moskvanın 800 illik xatirəsinə" ordeni
SSRİ xalq artisti RSFSR xalq artisti RSFSR əməkdar artisti "Lenin" mükafatı "Stalin" mükafatı
"Təbəssüm" ordeni
Konstantin Stanislavski adına RSFSR Dövlət Mükafatı
IMDb ID1191982
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Sergey Vladimiroviç Obraztsov (rus. Серге́й Влади́мирович Образцо́в; 22 iyun (5 iyul) 1901[1]8 may 1992[2][3][…], Moskva[1]) — Rusiya-sovet teatr xadimi, aktyoru və rejissoru, SSRİ xalq artisti (1954), Sosialist Əməyi Qəhrəmanı (1971), SSRİ Dövlət mükafatı laureatı (1946).

Sergey Vladimiroviç Obraztsov 5 iyul 1901-ci il tarixində Rusiya imperiyasının Moskva quberniyası ərazisində yerləşən Moskva şəhərində anadan olmuşdur. O, Vladimir Obraztsovun oğludur. Obraztsov 1922–1930-cu illərdə Moskva Bədaye Teatrı musiqi studiyasının, 1930–1936-cı illərdə İkinci Moskva Bədaye Teatrının aktyoru olmuşdur. O, 1920-ci ildə ilk dəfə kuklalarla çıxış etmiş, 1930-cu illərin ortalarında estrada artisti kimi məşhur olmuşdur. Obraztsov 1931-ci ildən Dövlət Mərkəzi Kukla Teatrına rəhbərlik etmişdir. Onun uşaqlar üçün tamaşaları: "Kaştanka" (1935, Y. Speranski), "Ələddinin çırağı", "Balaca pələng Petrik" (1940, 1965, N. Gernet), "Mister Tvister" (1961, S. Marşak); böyüklər üçün tamaşaları: "Qeyri-adi konsert" (1946), "Şeytan dəyirmanı" və "İlahi komediya" (1953, 1961, İ. Ştok), "Danışır və göstərir Mərkəzi Kukla Teatrı" (1973), "Çar Saltan nağılı" (1974, A. Puşkinin əsəri üzrə), "Əjdaha" (1980, Y. Şvarts), "Don Juan 81" və s. Obraztsov 1956-cı ildən rejissor və ssenarist kimi kinoda da fəaliyyət göstərmişdir. O, 1957-ci ildən Beynəlxalq Kuklaçılar İttifaqının vitze-prezidenti, 1958-ci ildən isə bu ittifaqın SSRİ bölməsinin prezidenti olmuşdur. Obraztsov 1935-ci ildən (fasilələrlə) pedaqoji fəaliyyət göstərmişdir. O, 1973-cü ildən professordur. Obraztsov 8 may 1992-ci il tarixində, 90 yaşında Rusiyanın paytaxtı Moskva şəhərində vəfat etmiş, Novodeviçye qəbiristanlığında dəfn edilmişdir.[5]

Təltif və mükafatlar

[redaktə | mənbəni redaktə et]

Sergey Obraztsov 1946-cı ildə SSRİ Dövlət mükafatı ilə təltif edilmiş, 1954-cü ildə SSRİ xalq artisti, 1971-ci ildə isə Sosialist Əməyi Qəhrəmanı adına layiq görülmüşdür. 3 dəfə Lenin ordeni, 2 başqa orden və medallarla təltif edilmişdir.[5]

  1. 1 2 3 4 ОБРАЗЦОВ // Большая российская энциклопедия (rus.). Москва: Большая российская энциклопедия, 2004.
  2. 1 2 Sergey Vladimirovich Obraztsov // Encyclopædia Britannica (ing.).
  3. 1 2 Sergei Wladimirowitsch Obraszow // Brockhauz Ensiklopediyası (alm.).
  4. 1 2 https://wepa.unima.org/en/sergei-obraztsov/.
  5. 1 2 Образтсов Серҝеј Владимирович // Азәрбајҹан Совет Енсиклопедијасы: [10 ҹилддә]. VII ҹилд: МисирПрадо. Бакы: Азәрбајҹан Совет Енсиклопедијасынын Баш Редаксијасы. Баш редактор: Ҹ. Б. Гулијев. 1983. С. 316.

Əlavə ədəbiyyat

[redaktə | mənbəni redaktə et]
  • Образцов П. А., Образцова Е. М. Необыкновенный Образцов. Хозяин кукольного дома и его семья. — М.: Эксмо, 2006. — ISBN 978-5-699-18351-7.
  • Музей театральных кукол ГАЦТК имени С. В. Образцова. // Ред. Степанкова. — М.: Бук Хаус, 2005. — ISBN 5-98641-011-4.
  • Театр кукол. — М.: Планета, 1981.
  • Театру кукол С. Образцова и его творчеству посвящены статьи нескольких выпусков журнала "Наука и жизнь".

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]