Sevinc buxtası

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Sevinc buxtası
Fayl:Sevinc buxtası (film, 1977).jpg
Janr dram
tarixi
məhəbbət
Rejissor Eldar Quliyev
Ssenari müəllifləri Georgi Mdivani
Eldar Quliyev
Baş rollarda Həsənağa Turabov — Əlizadə
Əliabbas Qədirov — Nazim
Panteleymon Krımov — Potyomkin
Həsən Məmmədov — Rüstəmov
Nodar Şaşıqoğlu — Nikolayev
Tanilə Əhmərova — Leyla
Operator Rasim İsmayılov
Bəstəkar Polad Bülbüloğlu
Rəssam Rafiz İsmayılov
İstehsalçı "Azərbaycanfilm" Kinostudiyası
İlk baxış tarixi 16 yanvar 1977
Filmin növü tammetrajlı bədii film
Müddət 133,5 dəq.
Ölkə SSRİ SSRİ
Dil azərbaycanca
İl 1977
Texniki məlumatlar 2 seriyalı
14 hissə
3650 metr
I seriya: 7 hissə
1950 metr
II seriya: 7 hissə
1700 metr
genişekranlı
35 mm
Rəng rəngli
IMDb ID1330214

1920-ci il. Azərbaycanda sovet hakimiyyəti yenicə qurulmuşdur. Neft maqnatları üçün yalnız bir yol qalıb: iqtisadi blokada. Ümid yeri də birdir: müharibə nəticəsində əldən düşmüş sovetlər ölkəsi müstəqil şəkildə öz iqtisadiyyatını dirçəldə bilməyəcək. Belə bir şəraitdə Azərbaycan hökuməti qərar qəbul edir: mühəndis Potyomkinin (Panteleymon Krımov) cəsarətli layihəsini həyata keçirmək, dənizin dibindən neft çıxarmaq üçün mədən salmaq. Minlərlə adam, fəhlə-neftçilər, dağ kəndlərindən gələn əhali də bu möhtəşəm tikintiyə toplaşır...

Kinopovest XX əsrin əvvəlində Azərbaycanda baş verən dramatik hadisələri ekranda canlandırır. Burada 20-ci illərdə dünyada birinci dəniz neft mədəninin salınmasından və Bakı fəhlələrinin göstərdikləri misilsiz qəhrəmanlıqlardan, eyni zamanda Sovet Rusiyasının taleyinin Bakı neftinin hasilatından asılı olduğu tarixi şəraitdən bəhs olunur.

Festivallar və mükafatlar

[redaktə | mənbəni redaktə et]
1) 1978-ci ildə
  • Film rejissor assistenti Süleyman Əhmədovun kinoda ilk işidir.
  • Filmin I seriyası "Təxribat Sabaha Təyin Olunub", II seriyası isə "Əfsanənin Başlanğıcı" adlanır.
  • Quruluşçu rejissor filmlə bağlı müsahibəsində qeyd edir:[1]
" "Sevinc buxtası" siyasi kinoromandır və mənim yaradıcılığımda materialına və janrına görə bir qədər qeyri-adidir. "Sevinc buxtası" əsas problemi ilə mənə yaxındır. Bu film şəxsiyyətin formalaşması haqqındadır. Mənəvi borcun başa düşülməsi, heç nəyə baxmadan ideyaya sədaqət haqqındadır. Axı filmdə danışılan əhvalat təkcə siyasətlə yox, həm də qəhrəmanların mənəvi qələbəsi ilə bağlıdır. Bu film üzərində işləyərkən mən böyük zövq aldım. "Sevinc buxtası" insanlara, müxtəlif təbəqələrdən olan insan talelərinə böyük hörmət və məhəbbət nümunəsidir.
"

Film üzərində işləyənlər

[redaktə | mənbəni redaktə et]
Ssenari müəllifi: Georgi Mdivani, Eldar Quliyev
Quruluşçu rejissor: Eldar Quliyev
Quruluşçu operator: Rasim İsmayılov
Quruluşçu rəssam: Rafiz İsmayılov
Bəstəkar: Polad Bülbüloğlu
Montaj edən: Tahirə Babayeva
Səs operatoru: Kamal Seyidov
Quraşdırılmış səhnələrin operatoru: Həmzə Əhmədoğlu
Quraşdırılmış səhnələrin rəssamı: Mirzə Rəfiyev
Rejissor: Ramiz Əliyev
Operator: Yuri Varnovski
İşıqçı: A.Məmmədzadə
Rejissor assistenti: Süleyman Əhmədov, Vaqif Əsədullayev
Həsənağa Turabov — Əlizadə
Əliabbas Qədirov — Nazim
Panteleymon Krımov — Potyomkin
Həsən Məmmədov — Rüstəmov
Nodar Şaşıqoğlu — Nikolayev
Tanilə Əhmərova — Leyla
Qalina Andreyeva — Yekaterina Aleksandrovna
Y.Dubski — Detertinq
Yozef Lanqmiller (Y.Lanqmiller kimi) — Lloyd Corc
Radovan Lukavski — polkovnik Boyl
F.Valetski — Mantaşev
R.Romanov — Romanov
Ramiz Məlikov — Asanov
Əbdül Mahmudov — Əbdül
Sadıq Hüseynov — Fətullayev
Konstantin Adamov — fotoqraf
Nikolay Barmin — Petroviç
Şahmar Ələkbərov — Saleh
V.Daşdəmirov — Əli
Eldəniz Rəsulov — Seyidov
Elxan Quliyev
Elxan Cəfərov — Atamoğlan
Muxtar Maniyev
Aleksey Safonov
Bahadur Əliyev
Gəray Əlibəyov
  1. Kazımzadə, A. “Kinosalnamə” [Eldar Quliyevin "Sevinc buxtası" filminin çəkilişləri haqqında] //Mədəniyyət TV.- 2016.- 12 mart.
  • Азербайджанской ССР кинематография. Кино: Энциклопедический словарь / Гл. ред. С. И. Юткевич; Редкол.: Ю. С. Афанасьев, В. Е. Баскаков, И. В. Вайсфельд и др. — Москва: Советская энциклопедия, 1987. — стр. 13.
  • Кино: Энциклопедический словарь / Гл. ред. С. И. Юткевич; Редкол.: Ю. С. Афанасьев, В. Е. Баскаков, И. В. Вайсфельд и др. — Москва: Советская энциклопедия, 1987. — стр. 16; 154; 222.
  • Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi. C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası. Aydın Kazımzadə. Bizim "Azərbaycanfilm". 1923-2003-cü illər. Bakı: Mütərcim, 2004.- səh. 214-216; 271.
  • Azərbaycan Milli Ensiklopediyası: Azərbaycan. Ramiz Məmmədov. Kino. Azərbaycan Milli Ensiklopediyası Elmi Mərkəzi, 2007.- səh. 816.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]