Sfinks (yunan)

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Sfinks
Saxsı heykəl, Sfinks, e.ə. 560-550
Saxsı heykəl, Sfinks, e.ə. 560-550
Yunanca adı Σφίγξ
Cinsi qadın[d]
Atası Tifon
Anası Exidna
Qardaşı və bacısı Hidra
Əlaqəli personajlar Edip
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Sfinks (yun. Σφίγξ "canalan, canboğan") yunan mifologiyasında Tifondan törənmiş qadın başlı, quş qanadlı, bəbir ya şir bədənli əcaib bir heyvan, Ximeranın bacısı.

Lay çar taxtına oturduqdan sonra İokastaya evlənir. İllər keçsə də onların uşağı olmur. Çar Delfi peyğənbərinə müraciət edir. peyğənbər ona evladsız qalmağı məsləhət görür. Oğlu olarsa öldürüb onun taxtına sahib olacağını deyir. Bundan qorxan Lay Iokasta ilə yatmaqdan ehtiyat edir, lakin bir dəfə İokasta layı içirdərək yatağına salır ki, nəticədə onların oğlu dünyaya gəlmiş olur. Lay uşağın hər iki ayağını deşərək qandalın qızıl həlqəsinə keçirdir və Kiferon dağının ətəyinə atmağı inandığı bir çobana tapşırır. Çobanın uşağa yazığı gələrək, kimliyini bildirmədən Korinfa çarı Polibin mehtərinə verir. Çar Polip və arvadı Meropa evladsız olduqlarından uşağı övladlığa götürərək ona şişman ayaq mənasını daşıyan Edip adını verirlər. Polibin sarayında Edip qayğısız günlərini yaşayırmış. Bir gün bir sərxoşla mübahisə edərkən bic uşaq olaraq dünyaya gəlməsini eşidir. Bir peyğənbərdən onu əhvəlatdan agah etməyi xahiş edir. Peyğənbər ona atasını öldürəcəyini və anasına evlənəcəyini bildirir. Sərgərdan olaraq nəhayət üç yol ayrıcılığında o, Lay və onun əyanlarına rast gəlir, bilməyərəkdən atasını və onun əyanlarını öldürür. Biri qaçaraq canını qurtarır və Fivə çarın ölüm xəbərini çatdırır. Fivin həndəvərində Sfinks — qadın başlı, quş qanadlı, bəbir ya şir bədənli əcaib bir heyvan peyda olur. Sfinks yolu kəsib hər keçənə üç sual verərmiş. Cavab almadıqda onları parçalayıb yeyərmiş. Laydan sonra onun yerini tutan çar Kreont vəd edir ki, kim Sfinksin suallarını cavablandırsa səltənəti və çariçanı ona verəcəkdir. Edip Sfinksin suallarının cavabını tapır. Nəticədə Sfinks özünü qayadan ataraq məhv edir. Beləliklə Edip tax-taca sahib olaraq öz anasına evlənmiş olur.

  • Греческая Мифология, Катерина Серви, EKDOTİKE ATHENON, Афины 2007 ISBN 960-213-378-3, ISBN 978-960-213-378-1
  • Софиа Сули, Греческая Мифология, Издателство Михалис Тубис А.О., 1995 ISBN 960-540-118-5
  • Panaghiotis Christou, Katharini Papastamatis, Griechische Mythologie, 2008 ISBN 978-88-476-2283-8
  • Менелаос Стефанидис, Яннис Стефанидис, ГРЕЧЕСКАЯ МИФОЛОГИЯ, БОГИ ОЛИМПА, Издательство "СИГМА", 2009, Lekanidi St.30, GR-173 43 Athens, Greece ISBN 978-960-425-078-3