Sinan Oğan

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Sinan Oğan
türk. Sinan Oğan
12 iyun 2011 – 7 iyun 2015
Seçki dairəsiİğdır[d]
Şəxsi məlumatlar
Doğum tarixi 14 mart 1969(1969-03-14) (55 yaş)
Doğum yeri
Partiya
Təhsili
Fəaliyyəti siyasətçi
Dini islam

Təltifləri "Tərəqqi" medalı
sinanogan.com
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Sinan Oğan (14 mart 1969, İğdır) — Azərbaycan əsilli Türkiyə siyasətçisi, strateji tədqiqatçı və keçmiş MHP-li deputat (2011–2015); Türkiyə Strateji Araşdırmalar Mərkəzinin rəhbəri. 2023-cü ilin may ayında Türkiyədə keçirilən prezident seçkilərində ATA İttifaqından prezidentliyə namizəd göstərilmişdir.

Əslən azərbaycanlı olan[2] Sinan Oğan 1969-cu ilin mart ayının 15-ində İğdırda dünyaya gəldi.[a] 1989-cu ildə Mərmərə Universitetini bitirib. 1993–2000-ci illərdə Azərbaycan Dövlət İqtisad Universitetində dekan müavini vəzifəsində işləyən Sinan Oğan 2000-ci ildə Türkiyəyə qayıdaraq Avrasiya Strateji Araşdırmalar Mərkəzində Qafqaz istiqaməti üzrə çalışıb. O, on iki şiə müsəlmandır.[4]

Sinan Oğan Milliyyətçi Hərəkat Partiyasının İqdır bölgəsindən millət vəkilliyinə 1 nömrəli namizədi olmuş və MHP-nin S. Oğanı bu bölgədə 1 nömrəli namizəd kimi göstərməsi onun İqdırda yaşayan azərbaycanlıların səslərini qazanacağına əmin olmasından irəli gəlmişdir. Türkiyə Azərbaycan dərnəyinin rəhbəri Sinan Oğan Türkiyə Böyük Millət Məclisinə keçirilən seçkilərdə qalib gələrək deputat mandatı qazanmışdır.[5]

Onun iştirakı ilə Türkiyədə 20 Yanvar, Xocalı soyqırımı, 1918-ci il mart qırğınlarının qurbanlarının xatirəsinə həsr olunan çoxsaylı tədbirlər təşkil olunub. Azərbaycan dövləti və xalqının maraqlarına daha ardıcıl və sistemli şəkildə müdafiə etməsi üçün Türkiyə Azərbaycan Dərnəyi (TAD) diaspor təşkilatını yaratmışdır. TAD-ın yaradılması ilə Azərbaycanın Türkiyədəki diasporu daha da güclənmişdir. Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsi ilə sıx əməkdaşlıq edən TAD müntəzəm olaraq Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi, Ermənistanın Azərbaycana və Türkiyəyə qarşı düşmənçilk siyasəti ilə bağlı beynəlxalq konfrans və seminarlar keçirmiş, bu tədbirlərdə müxtəlif ölkələrin parlamentlərinin nümayəndələri, dövlət və ictimai xadimləri, siyasi ekspert və tarixçilər iştirak etmişlərdir.[6]

2023 prezident seçkiləri

[redaktə | mənbəni redaktə et]

O, 2023-cü ilin may ayında Türkiyədə keçiriləcək prezident seçkilərində ATA İttifaqının vahid namizədi kimi seçilmişdir. O, namizədlik üçün tələb edilən 100 min imzanı toplamış[7] və namizədliyi Yüksək Seçki Komissiyası tərəfindən təsdiq edilərək prezident seçkiləri üçün namizədliyi qəbul edilən 4-cü şəxs olmuşdur.[8]

Seçkilərdə səslərin 5,17%-ni (2.281.239 səs) alaraq, seçkiləri 3-cü sırada tamamlamışdır. Ən çox səs toplayan iki namizəd, Kamal KılıçdaroğluRəcəb Tayyib Ərdoğan seçki sisteminə əsasən, seçkiləri qazana bilmək üçün minimum 50%+1 səs toplaya bilməmişdir. Beləliklə, heç bir namizəd birinci turda üstünlük qazana bilmədiyi üçün seçkilər ikinci tura qalmışdır. Oğan mayın 22-si 2023-cü ildə seçkilərin 2-ci turunda Cümhur İttifaqının namizədi Ərdoğana dəstəyini açıqlamışdır.[9][10]

4 iyul 2011-ci ildə Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən "Tərəqqi" medalı" ilə təltif edilib[11]

Şəxsi həyatı

[redaktə | mənbəni redaktə et]

Evli və 2 uşağı var. Yüksək səviyyədə ingilisrus dilləri bilir.[12]

  1. Şəxsiyyət vəsiqəsində 1 sentyabr 1967-ci il yazılsa da, həqiqi doğum tarixinin 14 mart 1969-cu il olduğunu bildirmişdir.[3]
  1. 1 2 https://www.workwithdata.com/person/sinan-ogan-1967.
  2. Sinan Oğanın namizədliyi təsdiqləndi
  3. "Sinan Oğan "Türkiye daha iyisini hak ediyor"" (türk). Barış Murad Yağcı. 1 may 2023. İstifadə tarixi: 1 may 2023.
  4. "Sinan Oğan alevi mi? Sinan Oğan Caferi mi? Sinan Oğan mezhebi nedir? - Yalova Haberleri". www.yalovahayat.com (türk). 2024-02-13 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-02-13.
  5. TÜRKİYƏ AZƏRBAYCAN DƏRNƏYİNİN RƏHBƏRİ TÜRKİYƏ BÖYÜK MİLLƏT MƏCLİSİNƏ DEPUTAT SEÇİLMİŞDİR Arxivləşdirilib 2016-03-06 at the Wayback Machinediaspora.gov.az saytı
  6. AZƏRBAYCAN DİASPORUNUN LİDERLƏRİNDƏN BİRİ TÜRKİYƏ PARLAMENTİ DEPUTATLIĞINA NAMİZƏDDİR Arxivləşdirilib 2012-06-30 at the Wayback Machinediaspora.gov.az saytı
  7. "Sinan Oğan, Cumhurbaşkanlığı adaylığı için kaç imza topladı?". 2023-03-25 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-03-28.
  8. "Sinan Oğan 4. Cumhurbaşkanı adayı oldu". 2023-03-26 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-03-28.
  9. "Sinan Oğan Seçimin İkinci Turunda Erdoğan'ı Destekleyecek!". Sözcü Televizyonu (türk). YouTube. 22 may 2022. 24 May 2023 tarixində arxivləşdirilib. İstifadə tarixi: 22 may 2022.
  10. BBC News Türkçe (türk). 21 may 2023 https://www.bbc.com/turkce/articles/cgxl5nn2q5lo (#bare_url_missing_title). 24 may 2023 tarixində arxivləşdirilib.
  11. President.az. "Azərbaycan diasporunun inkişafındakı xidmətlərinə görə bir qrup şəxsin təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı" (az.). President.az. 2011-07-04. 2023-05-15 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2011-07-04.
  12. "Sinan Oğan". TBMM (türk). 2023-04-21 tarixində arxivləşdirilib. İstifadə tarixi: 21 aprel 2023. (#apostrophe_markup)

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]