Siqhizm
Bu məqalədəki məlumatların yoxlanıla bilməsi üçün əlavə mənbələrə ehtiyac var. |
Bu məqaləni vikiləşdirmək lazımdır. |
Siqhizm (pənc. ਸਿੱਖੀ – "şagird") — XVI və XVII əsrlərdə Şimali Hindistanda yaşamış və fəaliyyət göstərmiş on qurunun təlimləri və fikirləri əsasında formalaşmış monoteistik din Siqhizm, din kimi 1500-cü ildən etibarən yaranmışdır. Dünyadakı böyük dinlərdən biri hesab olunan Siqhizmin hal-hazırda 23 milyon nəfər ardıcılı vardır. Siqhizm sözü Sih sözündən yaranmışdır. Sih sözünün tərcüməsi isə şagird deməkdir. Siqhizm dininə inananlara sihlər deyilir.
İstiqamətləri
[redaktə | vikimətni redaktə et]Siqhizmin iki əsas istiqaməti vardır:
- Vahid tanrıya inanmaq. Sihlərin müqəddəs mətinlərinin açılışı iki sözdən ibarətdir və bu sözlər Sih inancının təməlini təşkil edir: ੴ — Tək Tanrı.
- Siqhimzə inananlar On Sih Qrusunun və digər müqəddəslərin təlimlərini öyrənməli və Siqhizmin əsas dini kitabı olan Quru Qrant Sahibdə yazılanlara tam əməl etməlidir.
Siqhizm tarix boyu Hinduizm və İslam dinlərindən təsirlənmişdir. Əsasən İslama yaxın olduğu güman olunan Siqhizmdə hər iki dinə aid olan bir çox adətlər vardır. Sihlərin fikirlərincə On Sih Qrusu Allahdan bir başa təlimatlar almış və bunların əsasında hərəkət etmişdilər.
Siqhizmin tarixi
[redaktə | vikimətni redaktə et]
Siqh quruları
Dini mətnlər
Məbədlər
Yaxın dinlər
|
Siqhizm dininin qurucusu Quru Nanak Dev (1469–1538) Talvandi (Pakistanın Lahor əyaləti) şəhərində anadan olmuşdur. Atası Katri köklü Hindu nəslindən idi. Bibi Nanak adlı özündən yaşca böyük bacısı vardı. Bacısının Quru Nanak Devdə Tanrının nurunu gördüyü ancaq bu sirri heç kimə açmadığı ehtimal olunur. Buna baxmayaraq Quru Nanak Devin ilk ardıcılı onun bacısı Bibi Nanak olmuşdur. Q. N. Dev həyatı daha dərindən anlamaq və kəşf etmək üçün evini tərk etmişdir. Səfərləri zamanı müxtəlif inanclı insanlarla qarşılaşmış, onlarla dini müzakirələr aparmışıdır. Bu səfərlər zamanı, bir gün tanınmış alim Kabir ilə qarşılaşdığı ehtimal olunur. 1538-ci ildə Dev öz davamçısı kimi, oğlu Lehnayı təyin etmişdir. Lehna Siqhizm dininin ikinci qurusu hesab olunur. Bhai Lehnaya Quru Anqad adı verilmişdir. Quru Amar Das, 1552-ci ildə 73 yaşında olarkən Sihlərin üçüncü qurusu olmuşdur. Onun qurucu olduğu dövrdə Qoindval Siqhizm dinin əsas mərkəzinə çevrilmişdir. 1574-cü ildə 95 yaşında vəfat edən Quru Amar Das dördüncü qurucu kimi ögəy oğlu Jethanı təyin etmişdir.[1]
Jetha Quru Ram Das adını almışdır. Quru Ram Das sonralar Amritsar olaraq adlandırılacaq Ramdaspur şəhərinin əsasını qoymuşdur. 1581-ci ildə Q. R. Dasın sonuncu oğlu Quru Arcan beşinci quru olaraq fəaliyyətə başlamışdır. Qızıl Məbədin inşası beşinci quru Quru Arcan Dev başlatmışdır. Eyni zamanda Quru Arcan Dev Quru Qrant Sahib adlı Siqhizm dinin müqəddəs kitabınıda hazırlatdırmışdır. 1604-cü ildə beşinci quru Sihlərin ilk müqəddəs mətni olan Adi Qrantı hazırlatdırmışdır. 1606-cı ildə Moğollar Quru Arcan Devə Quru Qrant Sahib kitabına bəzi əlavələr etmək barədə təziq göstərmişdilər. Ancaq Quru Arcan Dev müqəddəs kitaba şəxsi fikirlərin əlavə edilməsini günah hesab etmiş və bundan imtina etmişdir. Bu səbəbdən həmin ildə Quru Arcan Dev Monqollar tərəfindən öldürülmüşdür.
Quru Har Qobind Sihlərin altıncı qurusu olaraq fəaliyyətə başlamışdır. Quru Har Qobind ilk dəfə olaraq üstündə silah gəzdirməyə balamışdır. Əsasən iki ədəd qılınc gəzdirən Quru Har Qobind Sihlərin hərbi hazırlığına böyük önəm verirdi. Altıncı qurunun hakimiyyətindən etibarən Sihlər arasında hərbi birləşmələr yaradılmışdır. 1644-cü ildə Quru Har Ray yeddinci quru elan olunmuşdur. 1661-ci ildə isə Quru Har Krişan səkkizinci quru olaraq fəaliyyətə başlamışdır. 1665-ci ildə isə Quru Teq Bahadur doqquzuncu quru kimi fəaliyyətə başlamışdır. Quru Teqh Bahadurun 10 illik quruluq fəaliyyətinə 1675-ci ildə Kəşmirdən gələn hərbi dəstələr son qoymuşdur. 1675-ci ildə Böyük Moğol İmperiyasının 6-cı hökmdarı Aurangzeb doqquzuncu quru olan Quru Teq Bahaduru kütlənini önündə edam etdirmişdir. Onuncu və sonuncu quru olan Quru Qobind Sinq sihləri birləşməyə çağırmışdır. Siqhizm qurularının hər biri eyni dərəcədə müqəddəs hesab olunur. Ancaq beşinci quru olan Quru Arcan 1604-cü ildə ilk dəfə olaraq Siqhizmin müqəddəs kitabı Quru Qrant Sahibi hazırlatdırmışdır. Buna görə Quru Arcan digər qurulara nisbətən daha çox hörmət və ehtiramla anılır. (#empty_citation) (#empty_citation)"Sikh-Identity-An-Exploration-of-Groups-Among-Sikhs". www.routledge.com. 4 May 2023 tarixində arxivləşdirilib.
Siqh quruları
[redaktə | vikimətni redaktə et]Siqhizm on quru (müəllim və ya ustad) tərəfindən 1469–1708-ci illərdə yaradılmışdır. Hər bir quru özündən sonra gələn quruya yeni nəsihətlər və təlimlər bıraxmışdır. Bu şəkildə Siqhizm qurular dəyişdikcə daha da zənginləşmişdir. Quru Nanak Dev siqhlərin ilk, Qobind Sinqh isə insan qiyafəsində olan son qurudur. Qobind Sinqh ölüm yatağında olan zaman Quru Qrant Sahibi son və mütləq quru elan etmişdir. Quruların eyni ruha (jot) lakin müxtəlif bədənlərə sahib olduğu inancı Siqhizmin əsasını təşkil edir.[2]
Sayları
[redaktə | vikimətni redaktə et]Sikhlərin bütün dünyada sayları təxminən 23 milyon nəfərdir və sayına görə Siqizm dünyada beşinci ən böyük dindir. Təxminən 20 milyon Siqh Hindistanda, bunun da böyük bir qismi Pəncab əyalətində yaşayır. Bu say ilə Siqhizm Hindistanın dördüncü ən böyük dinidir. Böyük Britaniya, Kanada, Avstraliya, cənubi və şərqi Afrikada və ABŞ-də əhəmiyyətli sayda Sikh yaşayır. Ayrıca Malayziya və Sinqapurda da əhəmiyyətli azlıq olaraq mövcuddurlar. Saçlarını və saqqallarını doğuşdan etibarən heç kəsməyən Sikhlərin ən diqqətə çarpan xüsusiyyəti başlarına taxdıqları torfunlarıdır.[3]
Quruların siyahısı:
- Quru Nanak Dev
- Quru Anqad
- Quru Amar Das
- Quru Ram Das Ci
- Quru Arcan Dev
- Quru Har Qobind
- Quru Har Ray
- Quru Har Krişan
- Quru Teqh Bahadur
- Quru Qobind Sinqh
Ədəbiyyat
[redaktə | vikimətni redaktə et]- Dilgeer, Dr Harjinder Singh (2008), Sikh Twareekh, publisher Sikh University Press & Singh Brothers Amritsar, 2008.
- Dilgeer, Dr Harjinder Singh (2012), Sikh History (in 10 volumes), publisher Sikh University Press & Singh Brothers Amritsar, 2010–12.
- Duggal, Kartar Singh, Philosophy and Faith of Sikhism, Himalayan Institute Press, 1988, ISBN 978-0-89389-109-1
- Kaur, Surjit, Amongst the Sikhs: Reaching for the Stars, New Delhi, Roli Books, 2003 ISBN 81-7436-267-3
- Khalsa, Guru Fatha Singh, Five Paragons of Peace: Magic and Magnificence in the Guru's Way, Toronto, Monkey Minds Press, 2010, ISBN 978968265819
- Khalsa, Shanti Kaur, The History of Sikh Dharma of the Western Hemisphere, Sikh Dharma, Espanola, NM, 1995 ISBN 0-9639847-4-8
- Singh, Khushwant, The Illustrated History of the Sikhs, Oxford University Press, India, 2006
- Singh, Patwant, The Sikhs, Random House, India, 1999, ISBN 978-0-385-50206-1
- Takhar, Opinderjit Kaur, Sikh Identity: An Exploration of Groups Among Sikhs, Ashgate Publishing Company, Burlington, VT, 2005 ISBN 0-7546-5202-5
- Teece, Geoff, Sikhism: Religion in focus, Black Rabbit Books, 2004, ISBN 978-1-58340-469-0
- Dilgeer, Dr Harjinder Singh (1997), The Sikh Reference Book, publisher Sikh University Press & Singh Brothers Amritsar, 1997.
- Dilgeer, Dr Harjinder Singh (2005), Dictionary of Sikh Philosophy, publisher Sikh University Press & Singh Brothers Amritsar, 2005.
- Chopra, R. M. (2001), Glory of Sikhism, publisher Sanbun, New Delhi, ISBN 783473471195
İstinadlar
[redaktə | vikimətni redaktə et]- ↑ "Sikh-Reference-Harjinder-Singh-Dilgeer". www.amazon.in. Archived from the original on 2023-05-04.
- ↑ "religion-what-is-a-sikh". edition-m.cnn.com. Archived from the original on 26 March 2023.
- ↑ "who-are-nanak-naam-lewa-and-why-kartarpur-corridor-cant-be-limited-to-sikhs". indianexpress.com. Archived from the original on 13 February 2023.