Soen Şaku

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Soen Şaku
yap. 釈宗演
Doğum tarixi 10 yanvar 1860(1860-01-10) və ya 1860
Vəfat tarixi 29 oktyabr 1919(1919-10-29) və ya 1919
Vəfat yeri
Vəfat səbəbi ağciyər iltihabı
Təhsili
  • Keyo Universiteti[d]
Fəaliyyəti bhikşu

Soen Şaku (釈 宗演, Şaku Soen?, 10 yanvar 1860 və ya 186029 oktyabr 1919 və ya 1919, Kamakura, Kanaqava prefekturası)Yaponiya buddist keşişi.[1] Zen buddizminin Rinzay sektasına mənsub olmuşdur.[1] O, ABŞ-də Zen buddizminə dair dərslər vermiş ilk şəxsdir.

Soen Şaku 1859-cu ildə Yaponiyanın Vakasa əyalətinin Takahama yaşayış məntəqəsində doğulmuşdur.[1] Kiotoda yerləşən Myoşin məbədindəKamakurada yerləşən Enqaku məbədində təhsil aldıqdan sonra Keyo Universitetinə daxil olmuşdur.[1] 1889-cu ildə universitetdən məzun olmuş, SeylonHindistana səyahət etmişdir.[1] 1892-ci ildə Enqaku məbədinin abbatı təyin olunmuşdur.[1]

O, 1905–1906-cı illərdə ABŞ-də Zen buddizminə dair mühazirələr vermiş, ABŞ-də Zen meditasiyası təşkil edən ilk şəxs olmuşdur.[1] 1906-cı ildə "Amerikalılar üçün Zen" adlı əsəri nəşr olunmuşdur.[1] Yazıları 40 cild şəklində nəşr olunmuşdur.[1]

Şagirdi olmuş D.T. Suzuki onun məsləhəti ilə ABŞ-yə getmişdir.[1] Digər şagirdi Ozuma Çikudo Almaniyada təhsil alarkən Zen buddizmi haqqında almandilli kitab yazmış, Avropada Zenə qarşı maraq oyatmışdır.[1]

  • Kodansha Encyclopedia of Japan (ingiliscə). VII cild (Sake–Temm). Tokio: Kodansha. 1983. səh. 76. ISBN 0-87011-627-4. İstifadə tarixi: 23 yanvar 2023.