Son orta əsrlər
Son orta əsrlər — Avropa tarixində 1250-ci ildən 1500-cü ilə qədər davam edən dövr. Son orta əsrlər Klassik orta əsrlər dövrünün davamıdır erkən yeni dövrə qədər davam edir[1][2].
Tarixi
[redaktə | mənbəni redaktə et]Habsburqlar
[redaktə | mənbəni redaktə et]Məlum olduğu kimi, XIV-XVI yüzilliklər nəinki Avropada, habelə Şərqdə də mərkəzləşmiş feodal dövlətlərinin yaranmasında mühüm mərhələ hesab edilir. XVI əsrdəİngiltərə hələ ancaq adalardan ibarət olub, 3,5-4 mln əhaliyə malik idi. Ancaq burada mərkəzləşmiş feodal dövlətlərinin yaranması 1066-cı ilə aid edilir. Son dərəcə böyük əraziyə vəəhaliyə malik Rusiya imperiyası beynəlxalq münasibətlərdə dominantlıq etmək imkanlarına malik deyildi və Avropa siyasətinə təsir göstərmirdi. XVI əsr Avropasının əsas dövlətləri Fransa və İspaniya sayıla bilər.
Habsburqlar imperiyasının ayrı-ayrı qolları Alman knyazlıqlarını da əhatə edirdi. Dünya siyasətinin müəyyənləşməsində Portuqaliyanında rolu vardır. 1492-ci ildə Amerikanın kəşfi, 1498-ci ildə Ost-Hində gedən dəniz yolunun açılması tezliklə dünya ticarətinin yaranmasını şərtləndirdi. Dünya ticarəti ilə birlikdə isə təbii ehtiyatdan məhrum, qiymətli metalların təsadüfən müəyyənləşdiyi Avropada zənginləşmə prosesi başladı. Bu proses burjua istehsalını şərtləndirdi.
Tədqiqatçılardan Tarle qeyd edirdi ki, Avropanın beynəlxalq münasibətlərdə dominantlıq etməsi öz başlanğıcını coğrafi kəşflər nəticəsində yaranmış dünya ticarətindən götürür. Kapitalist istehsalı üsulunun ən qədim vətəni İtaliya hesab edilir. İlk burjua millətçilərinin vətəni də buradır. Burjua istehsalı nəticəsində tarixi vətən anlayışı və onun qorunması leksikona daxil olur. Dövlətlərin ticarət marağı meydana gəlir. Dəniz yollarının açılmasının digər nəticəsi dünya müstəmləkə sisteminin yaranması oldu. Lakin müstəmləkə siyasətindəİngiltərə Portuqaliya, İspaniya və Fransadan sonra sonuncu yerdə gəlirdi.
XIV-XV əsrlərdə Portuqaliyanın tədricən Afrikanın qərb sahilləri boyu apardığı ekspedisiyalar artıq XVI əsrin ortaları üçün Portuqaliya mülklərinin Yaponiyanın sahillərinə qədər yayılmasına gətirib çıxardı.
1516-cı il də Habsburqlar sülaləsindən olan I Karlın hakimiyyətə gəlməsi Avropanın siyasi həyatına təsir göstərdi. Belə ki, Maksimilian Habsburqun nəvəsi olan I Karl nə özünə qədərki, nə də özündən sonrakı nəsillərin malik olmadığı şöhrəti qazandı və 1519- cu ildən etibarən Müqəddəs Roma imperiyasının imperatoru seçildi. Məhz bu dövrdə İspan imperiyasının şimal hüdudları İngiltərə və Skandinaviyaya qədər Avropa ölkələrini, qərb hüdudları isə qərb və Mərkəzi Amerikanın şərqini əhatə edirdi.
V Karl adını almış bu imperatoru “günəş kral” adlandırırdılar. XIX əsrin ortaları etibarən məlum oldu ki, iki qat diplomatiyadan istifadə və dini müharibələrin qızışdırılması V Karlın adı ilə bağlıdır. Dünya ticarəti meydana gəldikdən sonra onun mərkəzinə çevrilən Antverpen və Amsterdam şəhərlərini illik gəliri İspaniyanın tarixi ərazilirinin verdiyi illik gəlirə bərabər idi. 17 Niderland əyaləti isə İspaniyanın bütün müstəmləkələrinin verdiyi gəlirə bərabər gəlir verirdi. Habsburqların möhləknəməsində cənubi Almaniya burjuaziyasının və tacirlərinin böyük rolu olmuşdur.Almaniyanın ən qədim bankir evi sayılan Fuggerlər bankir evi İspan Habsburqları ilə qadın xəttilə qohum idi.
Cənubi Almaniya bankir evinin başçısı Yakov Fugger 1523-cü ildə V Karl yazmışdır: "İndi hamıya gün kimi aydındır ki, əgər mənim köməyim olmasaydı Siz Müqəddəs Roma imperiyasının imperatorunun tacını başınıza qoya bilməzdiniz." Müqəddəs Roma imperiyasının imperatoru o demək idi ki, İspaniyadan başlamış Almaniya, İtaliya, Amerika koloniyaları, Niderland, Neopolitan krallığı və Sardiniya onun hakimiyyətində idi.
Ancaq V Karl bununla kifayətlənmir, bütün katolik dünyasını birləşdirmək istəyirdi. Məhz onun dövründə inkvizisiya məhkəməsi bütün Avropada tüğyan etmişdi. Məhz onun göstərişilə, katoliklərlə protestantlar arasında başlamış dini müharibələr 20 ildən çox Avropada bütün dövlətlərarası münasibətlərə təsir göstərmiş, V Karlın yaratdığı intriqalar olduqca çətinliklə aradab qaldırılmışdı. Məhz V Karl bu nəhəng imperiyanı saxlamaq üçün başlıca diqqəti diplomatik işə və intriqaya vermişdi.
Lakin Roma papasının hesabdan silinməsi V Karl diplomatiyasına ağır zərbə vurdu. Papanın təhriki ilə həm Almaniyada, həm Fransada katoliklər öz fəaliyyətlərini İspan kralına qarşı çevirmişdilər. Lakin 1555-ci ildə dini müqavilə imzalanarkən məlum oldu ki, protestantları və katolikləri bir-birinin üzərinə salışdıran məhz V Karl olmuşdu.
Məlum olduğu kimi, müstəqilliyə can atan alman protestant feodalları 30-cu illərdən etibarən Şimali kalden ittifaqı adlanan ittifaq yaratmışdılar. V Karl bu ittifaqı dağıtmaq üçün protestant knyazlıqlarının ən qüvvətlisi saksoniyalı Morislə ittifaqa girmiş və nəticədə Şimal kalden ittifaqının üzvləri darmadağın edilmişdi. 1526-1555-ci illəri əhatə edən və dini müharibə adı altında tarixə düşən mübarizənin gedişində əvvəlcə nəticə V Karlın xeyrinə idi.Roma papası protestantları lənətlədiyinə baxmayaraq V Karlın güclənməsi müqabilində protestant alman knyazlarına dəstək verməyə başladı. Şimal Kalden ittifaqının qüvvələri dağıldıqdan sonra saksonlu Morisə əhəmiyyət verməyən V Karl çox tezliklə səhv etdiyini başa düşdü. Belə ki, V Karldan üz döndərən Moris yenidən köhnə ittifaqın üzvləri ilə birləşdi.Roma papasının maddi və hərbi yardımı ilə V Karla qarşı hərbi əməliyyatlara başladı. Beş ildən çox davam etmiş mübarizə 1555-ci il Ausburq dini müqaviləsi ilə başa çatdı.
Roma papasının protestantların tərəfinfində durması nisbi idi. Papa əslində onları yiretik – dindən dönmüş hesab edir və onlara qarşı mübarizədən imtina etmirdi. 1572-ci ilin avqustunda Varfolomey gecəsində iki min nəfərdən çox protestantın qırılması papanın protestantlara qarşı münasibətini göstərirdi.
Diplomatik leksikona “V Karlın sirri” adı ilə daxil olmuş ifadə onu iki qat diplomatiyadan və intriqadan istifadə etməsi ilə bağlı olmuşdur. Sonralar kardinal Rişelye tərəfindən son dərəcə geniş şəkildə tətbiq olunmuş bu siyasətin mahiyyəti- V Karl diplomatları seçərkən onlara etimad göstərmir, diplomatın fəaliyyətinə nəzarət etmək üçün mandatı I-dən daha güclü olan II şəxsi göndərirdi. Əgər I şəxs satqınlıq etsəydi, II – diplomat onu kənarlaşdıraraq danışıqları özü aparırdı. Əgər əksinə olsaydı, I göndərilən şəxs V Karlın etibarlı şəxslərindən olardı.
V Karlın diqqət verdiyi məsələlərdən biri də nikah diplomatiyası idi. Bu yolla İspan Habsburqları öz sülalərini digər sülalələrlə qohum edir və bu qohumluğu siyasi təsir vasitəsinə çevirirdilər. İspan kralının az yaşlı oğlu Filip bu məqsədlə özündən 16 yaş böyük İngiltərə şahzadəsi Mariya Mediçiyə nişanlamış, lakin nikah baş tutsa da, fransız səfirinin işə qarışması nəticəsində onun uğursuzluğu təmin olundu. İngiltərə parlamentinin hazırladığı nikah müqaviləsinə görə, İspaniya İngiltərədən Fransaya qarşı mübarizə üçün istifadə etməməli, İngiltərənin mənafeyinə zərər gətirməməli, Mariya Mediçi vəfat edərsə, İngiltərə taxt-tacına iddialı olmamalı idi. Nikah müqaviləsində İngiltərə kralı ifadəsi ingilis kraliçasının əri ifadəsi iləəvəzlənmişdi. Bu da son nəticədə II Filippin və onun varisinin İngiltərə taxt-tacına olan iddiasına son qoymuşdu.
Ausburq sülh müqaviləsi imzalandıqdan sonra V Karl hakimiyyətdən əl çəkərək monastıra getmiş, oğlu II Filipdə xarici və daxili siyasətdəki uğursuzluqdan yaxa qurtara bilməmişdi. Çünki Fransanın beynəlxalq aləmdə qüvvələr müvazinətini pozması ona qarşı kontinental Avropanın birləşməsi ilə nəticələnmişdi.
İspaniyanın belə ağır vəziyyətə düşməsi ilk növbədə onun həddindən artıq dərəcədə qüvvətlənməsi və bu zəmində Avropa ölkələrinin koalisiyası ilə qarşılaşması nəticəsində yaranmışdı. V Karlın istifadə etdiyi üsullara üstünlük verən Rişelye xarici siyasətdə daha ehtiyatlı hərəkət etmiş, Fransaya qarşı düşmən dövlətlərin koalisiyasının yaranmasına imkan verməmişdi.
Fransa
[redaktə | mənbəni redaktə et]XIV-XVII əsrlər Fransız mütləqiyyətinin formalaşması dövrü kimi göstərilir. Belə ki, XI Lüdovik və onun varislərindən sayılan VIII Karl, XII Lüdovik, I Fransisko və II Henrnin hakimiyyəti illərində İspan Habsburqları tərəfindən sıxışdırılan Fransa yardım əldə etmək üçün alman protestant knyazları və türk sultanları ilə ittifaqa girməyə çalışırdı. Türk sultanı Süleyman Qanuninin 1526-1529-cu illər Vyana yürüşü bununla əlaqədar idi. Sultanın vəziri İbrahim paşa Fransa ilə yaradılacaq ittifaqa Türkiyənin Avropada uğurlarının başlanğıcı kimi baxdığını gizlətmirdi.
Məhz buna əsasən 1535-də Türk sultanı fransız kralı I Frasisklə sonralar “kaputiliyasiya müqaviləsi adını almış ittifaq və ticarət müqaviləsi” imzaladı. Müqaviləyə görə, Türkiyə boğazlarına gələn Avropa gəmiləri Fransız bayrağı qaldırmalı idilər. Kapitulyasiya müqaviləsi diplomatik leksikona qeyri-bərabər hüquqlu müqavilə kimi daxil olmuşdur. Kapitulyasiya iki fəsildən ibarət müqavilənin fəsillərinə verilmiş ad idi. Fransanın şərq ölkələri ilə ittifaqa böyük ehtiyacı var idi. Məlum olduğu kimi IV Xaç yürüşündən sonra 1261-ci ilə qədər Konstantinopol Avropa səlibçiləri ilə mübarizə aparmış və onların qovulmasına nail olmuşdur. Elə bu dövrdə Anadoluda, Kiçik Asiya torpağında Osmanlı knyazlarının əsası qoyulur və 1299-cu ildə Osmanlı dövləti təşəkkül tapmışdı. Bu dövrdən Türkiyə Avropa siyasəti meydanına çıxmış, Ərəbistandan, sonra isə 2-ci dəfə Balkanlardan Prineyə qədər əraziləri nəzarəti altına aldı. Artıq XV əsrin II yarısı və XVI əsrdə Türkiyə Avropa siysətindəəsas faktora çevrilmlşdi. Təsadüfi deyildir ki, Avropa monarxları bu faktorun təsiri ilə Fransaya münasibətdə mövqelərini dəyişmiş, Fransa da Antitürk koalisiyasına qatılmışdı.
Rişelyenin hakimiyyətinə qədər Fransa ayrı-ayrı məqəmlara baxmayaraq Avropadakı siyasətdə o qədər də güclü rola malik deyildi. XVI əsr Avropa diplomatiyasında İngiltərə də özünəməxsus şəkildə rol oynayirdı. Artıq bu dövr üçün İngiltərədə 2 palatalı parlament monarxiya quruluşu bərqərar olmuşdu. Lakin İngiltərə mütləqiyyəti heç vaxt İspaniya və Fransadakı kimi qüvvətli olmamış, məhz buna görəİngiltərə parlamenti ilə Kral arasında daxili və xarici siyasət məsələlərində güclü siyasi antoqonizmə yol verilməmişdi. Kral həmişə xüsusi xarici siyasət məsələləri ilə bağlı problemlərə nəzarəti parlamentlə bölüşmüşdü.
İngiltərə
[redaktə | mənbəni redaktə et]XVI əsrin II yarısından etibarən İngiltirə ilə İspaniya arasında Avropa hegemonluğu uğrunda mübarizə kəskin xarakter aldı. İngilis dəniz quldurları İspaniyanın Amerikadan taladığı sərvətlərə şərik çıxırdı.
Ingilis diplomatiyası İspaniyanın Avropa hegomonluğunun köklərini qazırdı. Yaranmış şəraitdə İspaniyada dəfələrlə İngiltərəyə qarşı xaç yürüşü keçirilməsi ideyası baş qaldırmışdı. İspaniya bu mübarizənin əvvəlində diplomatik fəaliyyətə üstünlük vermiş və 1558-1603-cü illərdəİngiltərə kraliçası olmuş Yelizaveta Stüartı fiziki baxımdan məhv etmək üçün konkret plan hazırlamışdı. Məlum olduğu kimi, Yelizaveta Stüartın atası VII Henri həm Şotlandiya varisinin qızına, həm də İngiltirə şahzadəsi Anna Boleynlə nikahlı idi və hər nikahdan bir qızı doğulmuşdu.
Şotlandiyada hakimiyyət uğrunda mübarizənin gedişində Yelizavetanın bacısı Mariya Mediçi Şotlandiyadan qaçmağa məcbur oldu. Londonda məskunlaşdıqdan sonra çox tezliklə II Yelizavetaya qarşı müxalifətin mərkəzi fiquruna çevrilmişdi. İspaniya ilə aparılan yazışmaların bir neçəsinin ələ düşməsi İngiltərədəki hakimiyyət uğrunda mübarizənin konturlarını müəyyənləşdirməyə imkan verdi. Bununla belə, nə xəfiyyə xidməti, nə də parlamentin müvafiq strukturları Yelizavetanı öz bacısını edam etməyə sövq edə bilmədi.
Yaranmış şəraitdə Mariyanın həqiqətən Yelizavetaya düşmən olmasını sübut etmək üçün parlament bir sıra diplomatları səfərbər etdi. Bunlardan biri də Uol Sinqem idi. Müxtəlif Avropa dillərində danışan, gözəl xəttatlıq qabiliyyəti olan diplomatik ustalığa malik Uol Sinqem tezliklə Mariyanın hazırladığı qəsdin üstünü açdı və Yelizavetanın göstərişi ilə Mariya Mediçi edam olundu.
Ingiltərə öz müstəsna mövqeyindən çıxış edərək Avropa siyasətinə fəal şəkildə təsir göstərməyə çalışırdı. Təsadüfi deyil ki, İspaniya tərəfindən sıxışdırılan Fransa bu məsələdə İngıltərənin müttəfiqinə çevrildi. 1588-ci ildə İspaniyaya məxsus məğlubedilməz Armadanın La-manş boğazında dağıdılması ilə Avropanın tarixində Fransanın hegemonluğu dövrü başladı.
Rusiya
[redaktə | mənbəni redaktə et]XVI əsrdə dünya siyasi meydanına çıxan dölətlərdən biri də çar Rusiyası idi. 1480- ci ildə Monqol imperiyasının əsarətindən qurtaran Rusiyanın xarici siyasətində 3 əsas vəzifə dururdu:
- Baltik dənizinə çıxmaq;
- Qara dənizdən çıxmaqla isti dənizlərə çıxışəldə etmək;
- Avropa sərhədlərinə yaxınlaşmaq.
Qərb dövlətlərinin Rusiya haqqında məlumatları epizodik xarakter daşıyır. Monqollar Rusiyadan qovulandan sonra Sileziyalı tacir Nikolay Peppel Rusiyada olur və burada gördüklərindən heyrətə gəlir. O, geri qayıtdıqdan sonra gördüklərinə dair kitab yazmış və Avropada sensasiya yaratmışdı.O vaxta qədər Avropada hesab edilən Böyük Moskva knyazlığı Polşanın qəyyumluğu altındadır. Üç il sonra Moskvaya qayıdan Peppel Müqəddəs Roma imperiyasının agenti kimi imperatriçanın məktubunu gətirmiş və rus çarı III İvanla görüşmüşdür. Peppel III İvana təklif etdi ki, o, Roma papasından kral adı almaq üçün xahiş etsin. Lakin III İvan imtina etmiş,yalnız IV İvan Qroznı papadan çar titulunu almışdı.
Müqəddəs Roma imperiyası ilə münasibətlərin qurulması üçün hətta Bizans şahzadəsi Zoya Paleoqolun Rusiya sarayına gəlin köçməsi də Rusiya ilə imperiya arasında və ya Roma papası arasında münasibətlərə start vermədi. Doğrudur, III İvan İtaliyaya-papanın yanına öz nümayəndəsini göndərdi. Onu burada elə “təmtəraqla” qarşılamışdılar ki, IV İvanın çar titulu aldığı dövrə qədər, Roma ilə Rusiya arasında münasibətlər kəsilmişdi.Müasir Avropa müəlliflərindən biri yazırdı ki, son 500 il ərzində Rusiya özünün Avropaya aid olubolmamasını müəyyənləşdirə bilməmişdir. Xarici siyasəti qarşısında Avropa ilə bağlı konkret vəzifələr duran əski və müasir Rusiya özünü bu dilemmadan qurtara bilməmişdi.
Rusiyanın papa İtaliyası ilə diplomatik münasibətlərinin olmaması bu dövlətin heç də beynəlxalq münasibətlər orbitindən kənarda qalması demək deyildi. XVI əsr üçün Rusiyada xarici siyasət orqanları təşəkkül tapmış, Boyar dumasında bu sahə konkret fəaliyyət növünə çevrilmiş, Rusiyanın paytaxtında xaricilər üçün sonralar “Kitay qorod” adını almış məhəllə meydana gəlmişdi. Lakin Avripa ölkələrindən fərqli olaraq, Rusiyaya gələn səfirlər, elçilər, tacirlər əhalidən təcrid olunmurdular. Onların çar sarayında qəbulu, ticarət üçün imtiyazların verilməsi, cavab elçilik heyətlərinin göndərilməsi mərasim forması almışdı.
Avropadan fərqli olaraq Rusiyada qonşu ölkələrlə sülalə nikahlarına geniş yer verilirdi.Bir qayda olaraq elçi tacirlər Rusiyada olarkən onların gələcək xidmətindən istifadə edilməsi üçün təkliflər verilirdi. Məsələn: İngiltərənin Moskva şirkətinin agenti Antoni Cenkinson rus çarının yanında xidmətə götürülmüş və ona Rusiya adından Səfəvilərlə danışıqlar aparmaq və müqavilə imzalamaq səlahiyyəti verilmişdi. Cenkinson analoji səlahiyyətləri Mərkəzi Asiya dövlətlərindən və Səfəvilərdən də almışdı.
Rusiyanın beynəlxalq aləmə çıxması İvan Qroznunun fəaliyyəti ilə sıx bağlıdır. Rusiyanın I Pyotrun hakimiyyətinin sonuna qədər xarici siyasət strategiyasından çıxmayan iki vəzifə vardır.
- Baltik dənizi vasitəsilə Avropaya çıxış əldə etmək.
- Qara dəniz boğazları vasitəsilə dünya okeanına çıxmaq.
Bu iki vəzifənin reallaşması Rusiyanı Avropanın ayrılmaz hissəsinə çevirdi.1547-ci ildə İvan Qroznı Roma papasından çar titulunu aldı. Bundan sonrakı rus çarlarının hamısı həmin titulu daşıyirdı. Rurikoviçlər sülaləsinin son nümayəndəsi olan IV İvan Qroznı Rusiyanın türk-tatar ünsüründən təmizlənməsində mənfur rol oynamış şəxsiyyətlərdən biri idi.Bu yolda o, yaxın məsləhətçisi və uşaqlıq dostu Andrey Kurpskini də qurban vermişdi. IV İvanın 1564-1572-ci illərdə həyata keçirdiyi “Opriçnina” siyasəti Rusiyanın xarici siyasətində olduqca böyük dəyişikliklərə gətirib çıxardı.Ancaq bu dəyişikliklər Rusiyanın xeyrinə olmadı.
Məlum olduğu kimi, Polab slavyanları vaxtilə Baltik dənizinin sahilində məskunlaşmış, sonralar bu ərazilər Kiyev Rus dövlətinin himayəsində olmuşdu.Lakin Rusiyanın zəifləməsi üzündən Baltik dənizinin sahillərində İsveçin, finlərin yaşayış məskənləri peyda olmuş və bu ərazi XIII-XIV əsrdən etibarən İsveç krallığının tərkibinə daxil olmuş və bu ərazilərin geri qaytarılması uğrunda mübarizə müharibəyə gətirib çıxarmışdı. Rusiyanın xarici siyasətində Livoniya müharibəsi mühüm yer tuturdu.
İvan Qroznunun dövründən etibarən Boyar dumasının içərisindən seçilmiç xüsusi istedada malik ayrıayrı adamlar Avropaya və şərq ölkələrinin sarayına elçi kimi göndərilirdi.Əsas məqsəd Rusiyanın kənd və meşə təsərrüfatı mallarına alıcı tapmaqdan ibarət olurdu. Bismark sonralar yazırdı ki, 3 ilə yaxındır ki, Rusiyanın aqrar sahələrinin məhsullarının başlıca alıcısı alman knyazlıqlarıdır. Sonralar Almaniya ilə Rusiya arasında başlanmış gömrük müharibəsi bu zəmində baş vermişdi.
IV İvanın dövründən etibarən meydana gəlməkdə olan prikazçılıq sistemi xarici siyasət və xarici ticarət məsələlərini əhatə edirdi. Xarici siyasətləəsasən puşkar və yam prikazları paralel məşğul olurdular. Çox keçmədən bu sahəyə qoşulan və ordu quruculuğunu həyata keçirən daha iki prikaz meydana gəldi.
Xarici keçidlər
[redaktə | mənbəni redaktə et]Son orta əsrlər və yeni dövrün əvvəllərində Avropa - kayzen.az Script Termux Hack Akun FB Target Tanpa Login
Ədəbiyyat
[redaktə | mənbəni redaktə et]Rus dilində
[redaktə | mənbəni redaktə et]- Документыпо истории внешной политики Франции. М., 1963
- Европа в средний века. Экономика, политика, культура. Сб. статей. М., 1972
- Гуревич А.Я. Походывикингов. М., 1966
- История Византии. Т. 1, т.2, т.3. М., 1967
- История Средних веков. Учеб. М., Просвещение, 1986
- История Франции, т.1, M., 1972
- ЗаборовМ.А. Крестовепоходы. М., 1956
- Люблинская А.Д. Франса в начале XVIIв.(1610-1620). Л., 1959
- Люблинская А.Д. Французский абсолютизм первой трети XVIIв. М-Л., 1965
- Сапрыкин Ю.М. Английская колонизация Ирландии в XVI – нач. XVIIв. М., 1958
- Чистозванов А.Н. Нидерландская буржуазная революция XVIв. М., 1958
- Штокмар В.В. Очерки по истории Англии XVIв. Л., 1957
İngilis dilində
[redaktə | mənbəni redaktə et]Araşdırmalar
[redaktə | mənbəni redaktə et]- The New Cambridge Medieval History, vol. 6: c. 1300 – c. 1415, (2000). Michael Jones (ed.), Cambridge: Cambridge University Press. ISBN 0-521-36290-3.
- The New Cambridge Medieval History, vol. 7: c. 1415 – c. 1500, (1998). Christopher Allmand (ed.), Cambridge: Cambridge University Press. ISBN 0-521-38296-3.
- Brady, Thomas A., Jr., Heiko A. Oberman, James D. Tracy (eds.). Handbook of European History, 1400–1600: Late Middle Ages, Renaissance and Reformation. Leiden, New York: E.J. Brill. 1994. ISBN 90-04-09762-7. ([[:Category:|link]])[[Category:]]
- Cantor, Norman. The Civilization of the Middle Ages. New York: Harper Perennial. 1994. ISBN 0-06-017033-6.
- Ferguson, Wallace K. Europe in transition, 1300-1520 (1962) online.
- Hay, Denys. Europe in the Fourteenth and Fifteenth Centuries (2nd). London: Longman. 1988. ISBN 0-582-49179-7.
- Hollister, C. Warren. Medieval Europe: A Short History (10th). McGraw-Hill Higher Education. 2005. ISBN 0-07-295515-5.
- Holmes, George (ed.). The Oxford History of Medieval Europe (New). Oxford: Oxford University Press. 2001. ISBN 0-19-280133-3. ([[:Category:|link]])[[Category:]]
- Keen, Maurice. The Penguin History of Medieval Europe (New). London: Penguin Books. 1991. ISBN 0-14-013630-4.
- Koenigsberger, H.G. Medieval Europe 400 - 1500 (1987) excerpt
- Le Goff, Jacques. The Birth of Europe: 400–1500. WileyBlackwell. 2005. ISBN 0-631-22888-8.
- Waley, Daniel; Denley, Peter. Later Medieval Europe: 1250–1520 (3rd). London: Longman. 2001. ISBN 0-582-25831-6.
Xüsusi regionlar
[redaktə | mənbəni redaktə et]- Abulafia, David. The Western Mediterranean Kingdoms: The Struggle for Dominion, 1200-1500. London: Longman. 1997. ISBN 0-582-07820-2.
- Duby, Georges. France in the Middle Ages, 987–1460: From Hugh Capet to Joan of Arc (New). WileyBlackwell. 1993. ISBN 0-631-18945-9.
- Fine, John V.A. The Late Medieval Balkans: A Critical Survey from the Late Twelfth Century to the Ottoman Conquest (Reprint). Ann Arbor: University of Michigan Press. 1994. ISBN 0-472-08260-4.
- Jacob, E.F. The Fifteenth Century: 1399–1485. Oxford: Oxford University Press. 1961. ISBN 0-19-821714-5.
- McKisack, May. The Fourteenth Century: 1307–1399. Oxford: Oxford University Press. 1959. ISBN 0-19-821712-9.
- Mango, Cyril (ed.). The Oxford History of Byzantium. Oxford: Oxford University Press. 2002. ISBN 0-19-814098-3. ([[:Category:|link]])[[Category:]]
- Martin, Janet. Medieval Russia, 980–1584 (2nd). Cambridge: Cambridge University Press. 2007. ISBN 0-521-85916-6.
- Najemy, John M. (ed.). Italy in the Age of the Renaissance: 1300–1550 (New). Oxford: Oxford University Press. 2004. ISBN 0-19-870040-7. ([[:Category:|link]])[[Category:]]
- Wandycz, Piotr. The Price of Freedom: A History of East Central Europe from the Middle Ages to the Present (2nd). London: Routledge. 2001. ISBN 0-415-25491-4.
İctimaiyyət
[redaktə | mənbəni redaktə et]- Behrens-Abouseif, Doris. Cairo of the Mamluks: A History of Architecture and its Culture (Reprint). Ann Arbor: University of Michigan Press. 1994. ISBN 0-472-08260-4.
- Chazan, Robert. The Jews of Medieval Western Christendom: 1000–1500. Cambridge: Cambridge University Press. 2006. ISBN 0-521-61664-6.
- Herlihy, David. Medieval Households. Cambridge, Massachusetts; London: Harvard University Press. 1985. ISBN 0-674-56375-1.
- Herlihy, David. Medieval Culture and Society. London: Macmillan. 1968. ISBN 0-88133-747-1.
- Jordan, William Chester. The Great Famine: Northern Europe in the Early Fourteenth Century. New Jersey: Princeton University Press. 1996. ISBN 0-691-01134-6.
- Klapisch-Zuber, Christiane. A history of women in the West (New). Cambridge, Massachusetts; London: Harvard University Press. 1994. ISBN 0-674-40368-1.
Qara ölüm
[redaktə | mənbəni redaktə et]- Benedictow, Ole J. The Black Death 1346–1353: The Complete History. Woodbridge: Boydell Press. 2004. ISBN 0-85115-943-5.
- Herlihy, David. The Black Death and the transformation of the West. Cambridge, Massachusetts; London: Harvard University Press. 1997. ISBN 0-7509-3202-3.
- Horrox, Rosemary. The Black Death. Manchester: Manchester University Press. 1994. ISBN 0-7190-3497-3.
- Shillington, Kevin. Encyclopedia of African History, Volume 1 (1st). Taylor & Francis, Inc.: Cambridge University Press. 2004. ISBN 9781579582456.
- Ziegler, Philip. The Black Death (New). Sutton: Sutton Publishing Ltd. 2003. ISBN 0-7509-3202-3.
Müharibələr
[redaktə | mənbəni redaktə et]- Allmand, Christopher. The Hundred Years War: England and France at War c. 1300–c. 1450. Cambridge: Cambridge University Press. 1988. ISBN 0-521-31923-4.
- Chase, Kenneth. Firearms: A Global History to 1700. Cambridge: Cambridge University Press. 2003. ISBN 9780521822749.
- Contamine, Philippe. War in the Middle Ages. Oxford: Blackwell. 1984. ISBN 0-631-13142-6.
- Curry, Anne. The Hundred Years War. Basingstoke: Macmillan. 1993. ISBN 0-333-53175-2.
- Davis, Paul K. 100 Decisive Battles: From Ancient Times to the Present. Oxford: Oxford University Press. 2001. ISBN 0195143663.
- Keen, Maurice. Chivalry. New Haven: Yale University Press. 1984. ISBN 0-300-03150-5.
- Verbruggen, J. F. The Art of Warfare in Western Europe during the Middle Ages: From the Eighth Century to 1340 (2nd). Woodbridge: Boydell Press. 1997. ISBN 0-85115-630-4.
İqtisadiyyat
[redaktə | mənbəni redaktə et]- Cipolla, Carlo M. Before the Industrial Revolution: European Society and Economy 1000–1700 (3rd). London: Routledge. 1993. ISBN 0-415-09005-9.
- Cipolla, Carlo M. (ed.). The Fontana Economic History of Europe, Volume 1: The Middle Ages (2nd). New York: Fontana Books. 1993. ISBN 0-85527-159-0. ([[:Category:|link]])[[Category:]]
- Postan, M.M. Mediaeval Trade and Finance. Cambridge: Cambridge University Press. 2002. ISBN 0-521-52202-1.
- Pounds, N.J.P. An Economic History of Medieval Europe (2nd). London and New York: Longman. 1994. ISBN 0-582-21599-4.
Din
[redaktə | mənbəni redaktə et]- Kenny, Anthony. Wyclif. Oxford: Oxford University Press. 1985. ISBN 0-19-287647-3.
- MacCulloch, Diarmaid. The Reformation. Penguin. 2005. ISBN 0-14-303538-X.
- Ozment, Steven E. The Age of Reform, 1250–1550: An Intellectual and Religious History of Late Medieval and Reformation Europe. New Haven and London: Yale University Press. 1980. ISBN 0-300-02477-0.
- Smith, John H. The Great Schism, 1378. London: Hamilton. 1970. ISBN 0-241-01520-0.
- Southern, R.W. Western society and the Church in the Middle Ages. Harmondsworth: Penguin Books. 1970. ISBN 0-14-020503-9.
Elm və incəsənət
[redaktə | mənbəni redaktə et]- Brotton, Jerry. The Renaissance: A Very Short Introduction. Oxford: Oxford University Press. 2006. ISBN 0-19-280163-5.
- Burke, Peter. The European Renaissance: Centres and Peripheries (2nd). Oxford: Blackwell. 1998. ISBN 0-631-19845-8.
- Curtius, Ernest Robert. European Literature and the Latin Middle Ages (New). New York: Princeton University Press. 1991. ISBN 0-691-01899-5.
- Grant, Edward. The Foundations of Modern Science in the Middle Ages: Their Religious, Institutional, and Intellectual Contexts. Cambridge: Cambridge University Press. 1996. ISBN 0-521-56762-9.
- Snyder, James. Northern Renaissance Art: Painting, Sculpture, the Graphic Arts from 1350 to 1575 (2nd). Prentice Hall. 2004. ISBN 0-13-189564-8.
- Welch, Evelyn. Art in Renaissance Italy, 1350–1500 (reprint). Oxford: Oxford University Press. 2000. ISBN 0-19-284279-X.
- Wilson, David Fenwick. Music of the Middle Ages. New York: Schirmer Books. 1990. ISBN 0-02-872951-X.
İstinadlar
[redaktə | mənbəni redaktə et]- ↑ Wallace K. Ferguson, Europe in transition, 1300-1520 (1962) online.
- ↑ Austin Alchon, Suzanne (2003). A pest in the land: new world epidemics in a global perspective. University of New Mexico Press. p. 21. ISBN 0-8263-2871-7.