Sumida Hokusay Muzeyi
Sumida Hokusay Muzeyi | |
---|---|
Əsası qoyulub | 2016 |
Açılış tarixi | 22 noyabr 2016 |
Ölkə | |
35°41′48″ şm. e. 139°48′01″ ş. u.HGYO | |
hokusai-museum.jp | |
Vikianbarda əlaqəli mediafayllar |
Sumida Hokusay Muzeyi (すみだ北斎美術館, Sumida Hokusay Bicutsukan?) – Yaponiyanın Tokio şəhərində ukiyo-e sənətçisi Hokusaya həsr olunmuş muzey. Muzey Hokusayın anadan olduğu və həyatının böyük hissəsini keçirdiyi Sumida rayonunun cənubunda yerləşir.
Tarixi
[redaktə | mənbəni redaktə et]Muzey 22 noyabr 2016-cı ildə Sumida rayonunun yerli hakimiyyəti tərəfindən açılmışdır.[1] Muzeyin loqosu Hokusayın "Zirvənin ətəyində fırtına" əsərindəki ildırım təsviri əsasında hazırlanmışdır.[2]
Sərgi
[redaktə | mənbəni redaktə et]Muzeyin sonuncu mərtəbəsində "Kanaqavada böyük dalğa" əsərinin nüsxəsi də daxil olmaqla Hokusayın bir çox əsərinin nüsxəsi sərgilənir. Sərginin bir hissəsi ukiyo-e əsərlərinin yaradılma prosesinə həsr olunmuşdur. Üçüncü mərtəbədə Hokusay ilə yanaşı digər ukiyo-e sənətçilərinin əsərləri sərgilənir. Burada xüsusi sərgilərə malik əlavə qalereyalar yerləşir.[3]
Sərginin mərkəzindəki hissədə Hokusayın evinin replikası yaradılmışdır. Burada döşəmədə yaradıcılıqla məşğul olan 84 yaşlı Hokusayın və ona tamaşa edən qızı Katsuşika Oinin fiqurları yerləşdirilmişdir. Hokusayın əlinin hərəkət etməsi fiqurun daha canlı görünməsinə səbəb olur.[3]
Muzey binası
[redaktə | mənbəni redaktə et]Muzey binası ukiyo-e əsərlərinin sərgilənməsi və saxlanılmasına uyğun şəkildə dizayn edilmişdir. Memar Kazuyo Secima tərəfindən modernizm üslubunda dizayn edilmişdir. Binanın xarici fasadını ətraf ərazinin miqyası ilə uyğunlaşdırmaqdan ötrü binanın 4 ətrafında "yarıqlar" yerləşir. Bu, birinci mərtəbəyə daxil olmağı asanlaşdırmaq üçün nəzərdə tutulmuşdur. Muzey binası 4 mərtəbəlidir və 1 yeraltı mərtəbəsi var. Bina ərazisinin sahəsi 699,7 m2, ümumi sərgi sahəsi isə 3278,9 m2 təşkil edir. Binanın xarici fasadı alüminium panellərdən hazırlanmışdır və güzgü funksiyası yerinə yetirərək binanın ətraf mühiti əks etdirməsinə səbəb olur. Bu, bina ilə şəhər mənzərəsinin uyğunlaşmasına imkan yaradır.[4]
Binanın ərazisi Edo dövründə Tsuqaru klanının daymyosuna məxsus olmuşdur. Deyilənə görə Hokusay daymyonun xahişi ilə bu əraziyə gəlmiş və onun üçün at təsviri olan əsər hazırlamışdır.[4] Muzeyin yaxınlığında kiçik park və oyun meydançası yerləşir. Ətraf ərazidə "Kanaqavada böyük dalğa" əsərinin təsvirlərinə (məsələn, kanalizasiya qapağının üstündə) rast gəlmək mümkündür.[3]
Qalereya
[redaktə | mənbəni redaktə et]-
Muzeyin yarıq girişləri.
-
Muzeyə giriş.
-
Hokusayın özünün və evinin modelləri.
-
"Kanaqavada böyük dalğa" əsərinin nüsxəsi.
-
Hokusayın eskizləri.
-
Muzeyin rəqəmsal sərgisi.
-
Muzeydə keçirilmiş vikipediya tədbiri.
İstinadlar
[redaktə | mənbəni redaktə et]- ↑ "Basic Philosophy". Muzeyin rəsmi saytı (ingiliscə). 1 avqust 2023 tarixində arxivləşdirilib. İstifadə tarixi: 1 avqust 2023.
- ↑ "Logo". Muzeyin rəsmi saytı (ingiliscə). 1 avqust 2023 tarixində arxivləşdirilib. İstifadə tarixi: 1 avqust 2023.
- ↑ 1 2 3 "Sumida Hokusai Museum". Atlas Obscura (ingiliscə). 24 aprel 2023. 2023-04-28 tarixində arxivləşdirilib. İstifadə tarixi: 1 avqust 2023.
- ↑ 1 2 "Architecture". Muzeyin rəsmi saytı (ingiliscə). 1 avqust 2023 tarixində arxivləşdirilib. İstifadə tarixi: 1 avqust 2023.
Xarici keçidlər
[redaktə | mənbəni redaktə et]- hokusai-museum.jp — Rəsmi saytı