Tağı Əhmədov

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Tağı Əhmədov
Şəxsi məlumatlar
Doğum tarixi 1 fevral 1949(1949-02-01)
Doğum yeri
Vəfat tarixi 18 oktyabr 2024(2024-10-18) (75 yaşında)
Vəfat yeri
Dəfn yeri
  • Əhmədli qəbiristanlığı[d]
Partiya
Təhsili
Həyat yoldaşı

Təltifləri "Şöhrət" ordeni
Fəxri dəmiryolçu Azərbaycan Respublikasının əməkdar mühəndisi
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Tağı Məhəmməd oğlu Əhmədov (1 fevral 1949, Güney Qışlaq, Şahbuz rayonu18 oktyabr 2024, Bakı) — Bakı Metropoliteninin sabiq rəisi (1998–2014), Azərbaycan Dama Federasiyasının vitse-prezidenti (2008–2022), Yeni Azərbaycan Partiyası Yasamal rayon təşkilatının sədri (2015–2022).[1]

Tağı Əhmədov 1 fevral 1949-cu ildə Naxçıvan Muxtar Respublikası Şahbuz rayonunun Yuxarı Remeşin (indiki Güney Qışlaq) kəndində anadan olmuşdur. 1965-ci ildə Naxçıvan Kənd Təsərrüfatı Texnikumunu, 1977-ci ildə Azərbaycan Politexnik İnstitutunu, 1987-ci ildə Azərbaycan İnşaat Mühəndisləri İnstitutunu bitirmişdir.

1965-ci ildən "Badamlı" zavodunda fəhlə, 1970–1994-cü illərdə Bakı Metropoliteninin tunel qurğuları və yol xidmətində tunel fəhləsi, böyük tunel ustası, distansiya rəisi, 1994–1998-ci illərdə tunel qurğuları xidmətinin rəisi işləmişdir.

1997-ci ildən Azərbaycan Memarlıq və İnşaat Universitetinin aspirantıdır. Texnika elmləri namizədidir.

1998–2014-cü illərdə Bakı Metropoliteninin rəisi vəzifələrində çalışmışdır. "Tunellərin zəlzələyə davamlılığı" mövzusunda tədqiqat işi aparıb.

"Fəxri Dəmiryolçu", "Bakı metropoliteni veteranı" döş nişanları, "Şöhrət ordeni" və "Azərbaycan Respublikasının əməkdar mühəndisi" fəxri adı və nişanı ilə təltif edilib. 2005-ci ildən Beynəlxalq Nəqliyyat Akademiyasının həqiqi üzvüdür. "Bakı metropolitenini dünya standartlarına çatdırılması sahəsində xidmətlərə" görə "Qızıl Buta" müstəqil milli mükafatına layiq görülüb.[mənbə göstərin] 2012-ci ildə ölkənin iqtisadi inkişafında xidmətlərinə və Azərbaycan elminə verdiyi töhfələrə görə akademik Yusif Məmmədəliyev adına medalla təltif olunub.[mənbə göstərin] 2022-ci ilədək Yeni Azərbaycan Partiyası Yasamal rayon təşkilatının sədri olmuşdur.

Salatın Əhmədli ilə evli idi, 2 övladı var idi.

Tağı Əhmədov son illərdə yüksək qan təzyiqindən, şəkərdən və digər xəstəliklərdən əziyyət çəkib. 18 oktyabr 2024-cü ildə 75 yaşında vəfat etmişdir.[2] Günəşli qəbiristanlığında dəfn olunub.[3]

  • Gözəlliyi gözdən salma, sevgilim. Bakı: Zərdabi, 2018.
  • Gülüm, gözlə sən məni. Bakı: Zərdabi, 2018.
  • Bir ömrün işığı. Bakı: Zərdabi, 2018.
  • Hikmətli misralar (beytlər, rubailər). Bakı: Zərdabi, 2019.
  1. "Tağı Əhmədov: "Birinin evində silahı varsa, qonşu bu barədə polisə xəbər verməlidir"". 2016-04-06 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015-11-20.
  2. "Tağı Əhmədov vəfat etdi". Qafqazinfo (az.). 18 oktyabr 2024. İstifadə tarixi: 18 oktyabr 2024.
  3. Report İnformasiya Agentliyi. "Tağı Əhmədov dəfn olunub" (az.). Report. 19.10.2024. İstifadə tarixi: 2024-10-19.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]