Tahir Əmiraslanov
Tahir Əmiraslanov | |
---|---|
Tahir İdris oğlu Əmiraslanov | |
Doğum tarixi | 14 mart 1958 (66 yaş) |
Doğum yeri | |
İxtisası | İctimai İaşənin mühəndis texnoloqu,aşpaz,tarix üzrə fəlsəfə doktoru |
Təhsili | Ali |
Fəaliyyəti | kulinariya üzrə elmi tədqiqatlar, Azərbaycan milli mətbəxinin toplanması, tədqiqatı və təbliğatı,restoran konsaltinqi. |
Elmi dərəcəsi | tarix üzrə fəlsəfə doktoru |
Mükafatları |
|
Tahir Əmiraslanov (14 mart 1958, Qovlar, Tovuz rayonu) — Əməkdar mədəniyyət işçisi (21. aprel 2016), Azərbaycanın Milli Kulinariya Mərkəzinin (AMKM) baş direktoru (1991–2022), "Kulina" jurnalının baş redaktoru[1].
Həyatı
[redaktə | mənbəni redaktə et]Tahir Əmiraslanov 1958-ci il martın 14-də Tovuz rayonunun Qovlar qəsəbəsində anadan olmuşdur. 1975-ci ildə Gəncədə 39 saylı orta məktəbi bitirmişdir. 1975–1976-cı illərdə Gəncə Toxuculuq fabrikində fəhlə işləmişir.
1976–1978-ci illərdə Tahir Əmiraslanov orduda tank komandiri olmuşdur. 1978–1979-cu ildə Leninqradda Tikintidə bənna işləmış, 1979 ildə Leninqrad Sovet Ticarəti İnstitutunun Azərbaycandan olan yeganə əyani tələbəsi oldu. İnstitutu 1984-cü ildə uğurla bitirmiş, peşəkar iaşəçi-kulinar, mühəndis-texnoloq sənətinə yiyələnmişdi. Maraqlıdır ki, hələ ali məktəbin 1-ci kursunda oxuyarkən — 1980-ci ildə onun "Çay Azərbaycan mətbəxində" adlı tələbə elmi işi SSRİ-nn institutlararası tələbə elmi işlərinin müsabiqəsində II dərəcəli diploma layiq görülmüşdü.[2] Tahir Əmiraslanovun Diplom işi Leninqradda Vasiliostrovski Fabrik-mətbəxində tətbiq olunmuş, fabrik onun diplom işinə uyğun rekonsruksiya edilmışdir.
İnstitut diplomu ilə eyni vaxtda Leninqrad ictimai iaşə idarəsi tərəfindən 5-ci dərəcəli aşpaz ixtisası dərəcəsi də almışdır. (5-ci dərəcə 200 nəfərdən yalnız 3 nəfərə verilmişdir. qalanlarına 3-cü və 4-cü dərəcələr verilmişdir), 1993-cü ildə Azətbaycan Respublikası Ticarət Nazirliyi tərəfindən ona "Usta-Aşpaz" ixtisas dərəcəsi verilmişdir və o sabiq SSRi məkanında Usta ixtisas dərəcəsi almış ən gənc mütəxəsis olmuşdur. 2007-ci ildə Ekaterinburq hökuməti də ona "İctimai İaşə Ustası" ixtisas dərəcəsi verir. Hazırda o həm də Başqırdıstanın, Çuvaşiyanın Usta-Aşpazıdır. 2017-ci ildə Tahir Əmiraslanov Dünya Usta-Aşpazı ixtisas dərəcəsinə layiq görülüb. O həm də Dünya Kulinariya Mədənıyyəti Ustasıdır.
Tahir Əmiraslanov tarix üzrə fəlsəfə doktorudur. Gürcüstan BMEA-nın professorudur. Gürcüstan Millı Elmlər Akademiyasının həqiqi üzvüdür.2018-ci ildə Beynəlxalq Elmlər Akademiyasına həqiqi üzv seçilmışdir. 2018-ci ildə Beynəlxalq Elmlər Akademiyasında Kulinarologiya (nutrisiologiya, texnologiya və gastrosifiya) bölməsinə sədr seçilmişdir.
1985-ci ildə Gəncədə ilk Kulinariya Birliyini yaradıb.
Azərbaycan mətbəxinin Azərbaycanda inkişafında, Mili mətbəxin toplanmasında, qorunmasında , qədim xörəklərin bərpasında , dünyadakı təbliğatında, elmı təşəkkülündə və praktikada tətbiqində müstəsna xidmətlərə malik ilk Azərbaycanlı mütəxəsisdir.Bir çox olkələrdə o cümlədən bütün türk ölkələrində ilk Kulinariya Assosiasalarını yaratmışdır.
Əsas hadisələr
- 1979–1984-cü illərdə Leninqrad Sovet Ticarəti İnstitutunu əyani şöbəsində ictimai iaşənin təşkili və texnologiyası falultəsinə təhsil almışdır.
- 1984–1989-cu illərdə Gəncə İctimai iaşə trestində mühəndis-texnoloq, yeməkxana müdiri işləmişdir.
- 1987-ci ildə ilk dəfə olaraq Azərbaycan Milli Mətbəx muzeyindən, tədris, tədqiqat komplekslərindən ibarət bir mərkəzin yaradılması haqqında məsələ qaldırır.
- 1989-cu ildə Ticarət Nazirliyinin Elmi və texniki naliyyətlərin tətbiqi cəmiyyətində ictimai iaşə şöbəsinin müdiri təyin edilir.
- 1990-cı ildə SSRİ Kulinariya Assosiasiyasının yaradıcılarından biri kimi həmin təşkilatın idarə heyətin üzvü və təbliğat şöbəsinin sədri seçilir.
- 1993–2012 illər Rusiya Kulinariya Assosiyasiyasının vitse -Prezidenti olmuşdur.
- 1991-ci ildə Tahir Əmıraslanovun təşəbbüsü əsasında Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarı ilə Azərbaycan Milli Kulinariya Mərkəzi (AMKM) yaradılır və ilk gündən Tahir Əmiraslanov həmin təşkilata rəhbər təyin edilir.
- 17 mart 2022-ci ildə Azərbaycan Milli Kulinariya Mərkəzinin baş direktoru vəzifəsindən azad edilmişdir.
Nailiyyətləri
[redaktə | mənbəni redaktə et]- 1998-ci ildən YUNESKO-nun Beynəlxalq Xalq Yaradıcılığı Təşkilatının üzvü, 2000-ci ildən Ənənəvi Qida Komitəsinin sədr müavini, 2004-cü ildən sədridir.
- Rusiya Kulinariya Assosiasiyasının vitse prezidenti, Dünya hakimlər kollegiyasının üzvüdür.
- Fransa Kulinariya Akademiyasının, Malta, Rumıniya, Yerusəlim, BƏƏ-nin və s ölkələrin Kulinariya Assosiasiyalarının fəxri üzvüdür.
- Azərbaycan Milli Kulinariya Assosiasiyasının prezidentidir.
- 1998-ci ildən T. Əmiraslanov Azərbaycanı dünya yarışlarının münsiflər heyətində təmsil edir.
- 1992-ci ildə onun sayəsində Azərbaycan Ümümdünya Kulinarıya Təşkilatları Brliyinə (ÜKTB) sabiq SSRi məkanından, Türk və İslam dünyasından qəbul edilən ilk ölkə oldu. Sonra Rusiya, Türkiyə, Qazağıstan, Serbiya, Belarusiya, Moldova , Özbəkistan , Qırğızıstan və s. ölkələr ÜKTB-yə məhz onun aktiv köməyi ilə üzv qəbul edildilər.2010-cu ildə ÜKTB -nin Həyati Fəxri üzvü seçilib. (Vəsiqə və 85 saylımedal)
- 2017-ci ildə Dünya İslam Kulinariya Birliyinin Vitse Prezidenti 2022-ci ildə Prezidenti seçılıb.
- 5-:6 iyun 2023-cü ildə Bişkəkdə Türk Dünyası Mətbəx Kültürü , Elmi və Sənətləri birliyinin Prezidenti seçilib
- Dünya Qatronomiya İnstitutunun idarə şurasının üzvü və səfiridir.
- Fransa Milli Kulinariya Akademiyasının, Sicilya Kulinariya Akademiyasının və s. Fəxri üzvüdür. Beynəlxalq elmlər akademiyasının akademikidir.
- Gürcüstan Elmlər Akademiyasının Akademikidir.
- Yeni İnformatıv qida nəzəriyyəsinin banısidir.
- "Mətbəx və müsiqi", "Mətbəx və rəqslər","Mətbəx və arxeoloqiya", "Qidanın psixofizioloji təsiri" və s. kimi İnnovativ istiqamətlərin əsaslarını qoyub.
- Din və qida, Qida və tarix, Qida və siyasət, Qida və sağlamlıq, Qida və mədəniyyət, s. istiqamətlərdə yeni ideyalarla çıxış edir.
- Qədim milli xörəklərin bərpası və dünyada tanınması sahəsində bir çox işlər görmüşdür. Müxtəlıf qida texnologiyalarının yaradıcısıdır.
- Dünya və beynəlxalq yarış , Çempionat və Oimpiadalardan ölkəmizə 50 kqa yaxın qızıl, gümüş, bürünc medallar gətirmişdir.
- Bir çox ölkələrdə yüzlərlə milli mətbəx günləri keçirmişdir.
- Dünyanın bir çox elm və təhsil ocaqlarında mühazirələr oxumuşdur.
- Bir çox restoranları və restoratorları konsaltinq etmişdir.
- Dünyanın bir çox olkələrinin və dünya təşkilatlarının ən yüksək mükafatlarına, adlarına layiq görülmüşdür.
- Ümümdünya Kulinariya Təşkilatları Birliyinin (ÜKTB) Ən yüksək mükafatının 85 saylı kavaleridir. (Bu mükafat 115 ölkədən olan 12milyon üzvdən 90 il ərzində cəmısi 110 nəfərə verilib)
- ÜKTB-nın 115 ölkədən.12 milyon üzvündən cəmı 39 nəfərə verılmış Prezident medalının kavaleridir.
- dünyanın ilk və yeüganə mütəxəsisidir ki. Üç ulduz "Hilal Chef" (Mişlenin islam analoqu) adına layiq görülüb.
- Ölkə daxilində Bir çox ictimai, peşəkar təşkilatlar, media qruplar, Naxirliklər tərəfindən mükafatlandırılıb.
- 1993-cü ildən Azərbaycan Ordusunun milli yeməklərə keçirıiməsi, Ordu aşpazlarının hazırlaması, beynəlxalq yarışlara çıxarılmas və s. məşöul olur. Ordu ilə birlikdə irimiqyaslı tədbirlər keçirir.
- 44günlük Vətən müharıbəsində döyüşən Ordunun könüllü aşpazlarla , mətbəx avadalığı ilə təmin edilməsinə rəhbərlik edib , müstəsna xidmətlər göstərib
Təltif və mükafatları
[redaktə | mənbəni redaktə et]Tahir Əmiraslanov 14. mart 2018 tarixdə Fəxri mədənıyyət işçisi adına layiq görülmüşdür.
- Əməkdar mədəniyyət işçisidir — 21. aprel 2016[3]
- Şöhrət ordeni ilə təltif olunmuşdur — 2. aprel 2018[4]
Əsərləri
[redaktə | mənbəni redaktə et]Bir neçə kitabın, o cümlədən Azərbaycanın ilk Kulinariya ensiklopediyasının, çoxsaylı məqalələrin müəllifidir.
- Mətbəx Dastanı [ölü keçid]. Bakı: "Nurlar", 2010.
- Qarabağ mətbəxi (Aynurə Əmiraslanova ilə birgə) Arxivləşdirilib 2014-03-11 at the Wayback Machine. Bakı: "Nurlar", 2012.
- Кулинарная клептомания Arxivləşdirilib 2014-03-27 at the Wayback Machine. Bakı: "Nurlar", 2012.
- Söz mətbəxı. Bakı. Nurlar. 2013.
- Azərbaycan kulinari (Aynurə Əmiraslanova ilə birgə) Bakı, Şərq-Qərb 2013
- Azərbaycan kulinari (Aynurə Əmiraslanova ilə birgə) Bakı, Qanun 2013.
- Kulinaria Azera (Aynurə Əmiraslanova ilə birlikdə. Chişinau 2013. 8
- Azerbaydzsani dolma Budapest 2010.
- Novruz 96 Bakı Şərq-Qərb 1996.
- Novruz Süfrəsi (Aynurə Əmiraslanova ilə) Bakı Şərq-Qərb 2010
- Mətbəxdən gələn atalar sözləri, idiomlar (Səyyarə Sadıqova ilə) Bakı Nurlar 2016.
- Армянская Экспансия в кулинарной культуре или армянские ученые и вопиющая кулинария. Баку. Елм 2003.
- The Azerbaiyani Kitchen. (Leyla Rəhmanova ilə) London Saqi 2015. Kİtab Avropanın və Dünyanın ən yaxşı Kulinariya kitabı mükafatını alıb.
- Кухня Любви Баку Нурлар 2018
- Сказання про азербайджанську кухню Харкiв .Контраст.2018.
- Tahir Əmiraslanov 5x12 =? Bakı Nurlar 2018.
- Azərbaycan mətbəxində dolmalar. 381 çeşid.(Azadə müsabəyli, Aygül Əsgərova, Ceyran Əsgərova, Aynurə Əmiraslanova, Ağakərim Şamidzadə ilə) Şərq-Qərb. 2018. Kitab dünyanın ən yaxşi kulinariya kitabı olub.
- "Azərbaycan mətbəxi. Qacarlar dövrünün bərpa edilmış yeməkləri."(O. Əliyev, A. Şəmıdzadə, B, Məmmədova, A. Əmiraslanova, M. Quuliyev ilə) Bakı. Elm və Təhsil. 2018.
- Азербайджанская Кулинария.101 блюд. . (Фото Г. Гусейнзаде) Баку .Минарет 19
- Azərbaycan Kulinariyası.222 reseptlər 3 dildə (Foto H. Hüseynzadə). Уляновск Дом печати. 1996
- Azərbaycan kulinariyası ensiklopediyası. Bakı Şərq-Qərb 2007
- Блюда из картофеля. ;65 рецептов Уляновск. Дом печати 1994г.
- Сборник рецептур национальных блюд (и другие) Москва Сварог 1994г
- "İrəvan xanlığı bölgə mətbəxi" (Oruc Əliyev və Aygül Əsgərova ilə) Bakı TEAS press 2020
- "Qastrosofiya" (Bakı "Nurlar" — 2021)
- Azərbaycanca — Türkcə — Rusca — İngiliscə Qida və İaşə Terminləri Lüğəti (M. Ə. Məhərrəmov, Ş. Ə. Əmiraslanov, A. T. Əmiraslanova, C. Ə. Əsgərova) Bakı "Nurlar" — 2020
- "Долма.все точки над "И" (на русском и английском) Баку "Нурлар" 2021
- "Qarabağ Mətbəxinin inciləri, Жемчужины Карабахской кухни" (A, Əmiraslanova. Ceyran Əsgərova. Gülnar Ələsgərova ilə) Bakı. İndiqo mətbəəsi. 2022
Filmoqrafiya
[redaktə | mənbəni redaktə et]İstinadlar
[redaktə | mənbəni redaktə et]- ↑ "Azərbaycanın Milli Kulinariya Mərkəzi – Rəhbərlik". 2013-10-06 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2013-11-01.
- ↑ "Kulinariya generalı — Tahir Əmiraslanov əslində kimdir…". 2019-05-10 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-01-08.
- ↑ "Azərbaycan milli kulinariya sahəsinin əməkdaşlarına "Əməkdar mədəniyyət işçisi" fəxri adının verilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı". president.az (az.). president.az. 21 aprel 2016. 2021-04-16 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2016-04-24.
- ↑ "Tahir Əmiraslanov "Şöhrət" ordeni ilə təltif edilib" (az.). APA. 2018-05-10 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2 aprel 2018.