39°09′35″ şm. e. 46°42′07″ ş. u.HGYO

Tatar (Qubadlı)

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Tatar
39°09′35″ şm. e. 46°42′07″ ş. u.HGYO
Ölkə
Tarixi və coğrafiyası
Saat qurşağı
Xəritəni göstər/gizlə
Tatar xəritədə
Tatar
Tatar

TatarAzərbaycan Respublikasının Qubadlı rayonunun Tatar kənd inzibati ərazi dairəsində kənd. Azərbaycan Respublikası Ali Sovetinin 25 may 1991-ci il tarixli, 123-XII saylı Qərarı ilə Qubadlı rayonunun Tatar kəndi Xocahan kənd Sovetindən ayrılaraq, bu kənd mərkəz olmaqla Tatar kənd Soveti yaradılmışdır.[1] 1993-cü ildə Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal edilib. Kənd 2020-ci ildə işğaldan azad olunub.

Oykonim özündə türk tayfalarından olan tatarların adını əks etdirir. Erkən orta əsrlərə aid Orxon-Yenisey yazılı abidələrində də tatarların adı çəkilir. Tatar etnonimi ilk dəfə VI-IX əsrlərdə Baykal gölündən cənub-şərqində köçəri həyat sürən monqol tayfalan arasında qeydə alınmışdır. XIII əsrdə monqol işğalları dövründə tatarların adı avropalılara da məlum oldu. Həmin bu dövrdən başlayaraq monqol işğal Ian zamanı Azərbaycana gəlmiş tatarlann bir qismi burada məskunlaşdılar. Monqol tarixinin tədqiqatçısı Rəşid-əd-Din monqol yürüşlərində türkdilli tayfaların iştirakından danışarkən Qafqazda tatar etnoniminin iştirakı ile 14 toponim qeyd edir. Keçən əsrin əvvəllərində Zəngilan rayonunda Tatar Kosalar, Zəngilan və Bərdə rayonlarında Tatarkənd adlı yaşayış məntəqələri olmuşdur. Tatar qayası (Qax rayonunun Armudlu kəndi), Tatar qaya (Laçın rayonu, Haqnəzər kəndi), Tatarlılar yaylağı (Laçın rayonu, Alxaslı kəndi), Tatar dərəsi (Zəngilan rayonu, Vejnəli kəndi; Cəbrayıl rayonu, Kürdlər kəndi), Tatar düzü (Cəbrayıl rayonu, Nüsüs kəndi) və başqaları məlumdur. Dağıstanın Dərbənd rayonunda Tatarxankənd kəndi, Rusiyanın Novosibirsk vilayətində Tatarsk adlı şəhər, Krımın Baxçasaray və Simferopol rayonlarında Tatarköy, Tatar Osman, Tatarıstanın Əlki rayonunda Tatar Suiksu, Tatar Şəpkəse adlı yaşayış məntəqələri qeydə alınmışdır.[2]

Coğrafiyası və iqlimi

[redaktə | mənbəni redaktə et]

Kənd dağətəyi ərazidə yerləşir.

  1. "Azərbaycan Respublikasının Abşeron, Ağstafa, Balakən, Beyləqan, Bərdə, Biləsuvar, Qobustan, Qubadlı, Zaqatala, İsmayıllı, Yevlax, Kəlbəcər, Masallı, Xızı, Şamaxı rayonlarının və DQMV Hadrut rayonunun inzibati ərazi bölgüsündə qismən dəyişikliklər edilməsi haqqında Azərbaycan Respublikası Ali Sovetinin 25 may 1991-ci il tarixli, 123-XII saylı Qərarı". 27 August 2022 tarixində arxivləşdirilib. İstifadə tarixi: 27 August 2022.
  2. Tatar (Qubadlı) // Azərbaycan toponimlərinin ensiklopedik lüğəti. II cild. Bakı: Şərq-Qərb. 2007. 304. ISBN 978-9952-34-156-0.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]