Telli Pənahqızı
Telli Pənahqızı | |
---|---|
Telli Panah qızı Əliyeva | |
Doğum adı | Telli |
Təxəllüsü | Pənahqızı |
Doğum tarixi | 24 may 1954 (70 yaş) |
Doğum yeri | |
Fəaliyyəti | jurnalist |
Mükafatları |
|
Telli Pənahqızı (tam adı: Əliyeva Telli Pənah qızı; 24 may 1954, Vedi) — Əməkdar mədəniyyət işçisi, Azərbaycan Respublikası Milli Televiziya və Radio Şurasına Şura üzvü, şairə, publisist, nasir.
Həyatı
[redaktə | mənbəni redaktə et]Telli Əliyeva 24 may 1954-cü ildə Qərbi Azərbaycanda Vedibasar mahalının Böyük Vedi kəndində anadan olmuşdur. Burada kənd orta məktəbini bitirdikdən sonra Azərbaycan Dövlət Universitetinin jurnalistika fakültəsində təhsil almışdır (1971–1976).
Əmək fəaliyyətinə ilk dəfə 1977–1980-ci illərdə C. Cabbarlı adına Respublika Gənclər Kitabxanasında baş kitabxanaçısı olaraq başlamışdır. Daha sonra 1980–1981-ci illərdə Azərbaycan Dövlət Televiziya və Radio Verilişləri Komitəsində (Azərbaycan Dövlət Teleradio Verilişləri Şirkəti) müxbir, 1981–1982-ci illərdə Azərbaycan Dövlət Televiziyasının Gənclik redaksiyasında kiçik redaktor, 1982–1992-ci illərdə Dövlət Televiziyasının İctimai-siyasi və iqtisadi informasiyalar redaksiyasında redaktor, 1992–1993-cü illərdə Dövlət Televiziyasının İnformasiya studiyasının "Günün ekranı" Yaradıcılıq Birliyi rəhbərinin müavini, 1993–1995-ci illərdə Azərbaycan Dövlət Teleradio Şirkətinin İnformasiya xidməti rəhbəri, 1995–1997-ci illərdə Televiziyanın İkinci Proqram üzrə direktoru, 1997–2005-ci illərdə İkinci Proqram üzrə Baş proqram direktorunun müavini, 2005-ci ildən isə Azərbaycan Teleradio Verilişləri QSC Televiziya Proqramları direktorunun müavini vəzifələrində işləmişdir.
12 mart 2019-cu ildən Azərbaycan Respublikası Milli Televiziya və Radio Şurasına Şura üzvü təyin edilmişdir.[1]
Bədii yaradıcılığa tələbəlik illərindən başlamışdır. Dövri mətbuatda şeir, oçerk və hekayələri dərc olunmuşdur.
Faiq Ağayevin oxuduğu "Məni sevərsənmi?" (bəstəkarı Novruz Aslan), Azərinin oxuduğu "Bizi intiqama çağırır cəngi" (bəstəkarı Gülsüm xanım) mahnılarının sözləri Telli Pənahqızınındır. Səyyad Əlizadə, Niyaməddin Musayev, Teymur Əmrah da şairənin sözlərinə yazılan mahnıları ifa edirlər.[2]
Üç dəfə Həcc ziyarətində olmuşdur.
Mükafatları
[redaktə | mənbəni redaktə et]Telli Pənahqızının Azərbaycan televiziyası və radiosunun inkişafındakı xidmətlərinə görə hər zaman dövlət tərəfindən yüksək qiymətləndirilib.
- "Əməkdar mədəniyyət işçisi" fəxri adı[3]
- "Tərəqqi" medalı[4]
- 2-ci dərəcəli "Vətənə xidmətə görə" ordeni[5]
Həmçinin, müxtəlif illərdə "Qızıl qələm", "H. B. Zərdabi", "Məmməd Araz", "Natəvan" mükafatlarına layiq görülmüşdür.[6] "Ali Media" mükafatı laureatıdır.
Əsərləri
[redaktə | mənbəni redaktə et]- "Ömrün qoşa izi". Bakı: Maarif, 1995.
- "Tanrımla söhbət". Bakı: 1999.
- "Ayrılıqdan sonra çəkilmiş şəkillər". Bakı:
- "Səsində ay işığı var". Bakı:
- "Sizi sevən Sərdaram". Bakı: "Ziya-Nurlan", 2004.
- "Səsin xiffəti". Bakı:
- "Uzun, incə bir yol varmış". Bakı: 2011.
- "Yaddaşım qaval daşı". Bakı: "Təhsil" nəşriyyatı, 2013
Filmoqrafiya
[redaktə | mənbəni redaktə et]- Nailə (film, 1994) — ssenari müəllifi
- Min ev Sədərək (film, 2004)
- Sizi sevən Sərdaram (film, 2005)
- Sarı simin möcüzəsi (film, 2011) — ssenari müəllifi (Elxan Məsumovla birlikdə)
İstinadlar
[redaktə | mənbəni redaktə et]Bu məqalədəki istinadlar müvafiq istinad şablonları ilə göstərilməlidir. |
- ↑ "Azərbaycan Respublikasının Milli Televiziya və Radio Şurası üzvlərinin təyin edilməsi haqqında Azərbaycan Respublikasının Prezidentinin Sərəncamı". 2023-07-04 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-08-14.
- ↑ Faiq Balabəyli. "Telli Pənahqızı: "Məni dəli kimi sevən olmadı..."" (az.). axar.az. 29 yanvar 2014. 2014-03-02 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015-04-14.
- ↑ "Azərbaycan Respublikasının televiziya və radio işçilərinə fəxri adların verilməsi haqqında Azərbaycan Respublikasının Prezidentinin Sərəncamı". 2021-07-09 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-08-14.
- ↑ "Azərbaycan Respublikasında televiziya işçilərinin "Tərəqqi" medalı ilə təltif edilməsi haqqında Azərbaycan Respublikasının Prezidentinin Sərəncamı". 2019-05-03 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-08-14.
- ↑ "T.P.Əliyevanın 2-ci dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı » Azərbaycan Prezidentinin Rəsmi internet səhifəsi". president.az (az.). 2024-05-24 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-05-23.
- ↑ Mədəniyyət TV. "Telli Pənahqızının 70 illik yubileyi ilə bağlı toplantı keçirilib" (az.). Youtube.com. 28.05.2024. 2024-05-28 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-05-28.
Xarici keçidlər
[redaktə | mənbəni redaktə et]- Kaspi.az. "Telli Pənahqızı: "Həmişə efirin acıyam"" (az.). bakuinfo.az. 2013-05-25. 2016-03-04 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2015-04-14.
- Çetin Bayramoğlu. "Telli Pənahqızı – Unudulmuş kəndlərə ağı". Can Azerbaycan (az.). cetinbayramoglubaku.wordpress.com. 6 sentyabr 2014. İstifadə tarixi: 2015-04-14.
- 24 mayda doğulanlar
- 1954-cü ildə doğulanlar
- Yaşayan insanlar
- Böyük Vedidə doğulanlar
- 2-ci dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə təltif edilənlər
- "Tərəqqi" medalı ilə təltif edilənlər
- Azərbaycan Respublikasının əməkdar mədəniyyət işçiləri
- Əlifba sırasına görə yazıçı və şairlər
- Azərbaycan jurnalistləri
- Azərbaycan qadın jurnalistləri
- Azərbaycanlı jurnalistlər
- Azərbaycan şairləri
- Azərbaycanlı şairlər
- Azərbaycan publisistləri
- Azərbaycanlı publisistlər
- Ssenaristlər
- Vedibasarda doğulanlar
- Hacılar
- "Qızıl qələm" media mükafatı laureatları
- Həsən bəy Zərdabi mükafatı laureatları
- "Məmməd Araz" mükafatı laureatları